Страница 2 из 2 · 50%


Atalar demişkən, sən saydığını say, gör fələk nə sayır. Heybət öz aləmində plan çəkir, tədarük görürdü.

Rəşid də institut otaqlarında, tələbələr qabağında kimyadan təcrübə aparırdı. Böyük imtahan qarşısında idi. Bu təcrübəni rəhbər professor çoxdan - bir ilə yaxın olardı ki, ümid ilə ona tapşırmışdı. Hər beşdə-üç aspirantından haqq-hesab istəyirdi.

– Təcrübə necə gedir?

– Yaxşıdır.

– Başa çatırmı?

– Çatar!

– Rektor ilə şərt kəsmişik, – gələn ayın axırında bizim m ə ru zəmizi konfransa qoyurlar, gərək onacan başa çatdıraq. Aspirantların məruzələrini yuxarıdan, qonşu institutlardan gələn alim yoldaşlar da eşidəcəklər!

– Sizin köməkliyiniz olsa, elə bilirəm vaxtında başa çatdırarıq, yoldaş professor.

Xoşbəxtlikdən, Rəşidin təcrübələri yaxşı nəticələr verir, neft aşqarlarından xüsusi yağlar hazırlanırdı.

Kimyaçıların konfransı bu şəhərdə keçirilirdi. Rəşidin təcrübələrinə yekun vurulanda aspirant konfransının iştirakçıları, buraya toplanmışdılar.

– Hanı Rəşid?

– Çağırın gəlsin.

– Təklif var, Rəşidin ailəsinə dəvətnamə verilsin!

– Verilsin.

– Verilsin.

– Qoy aspirantın müvəffəqiyyətinə hamı sevinsin. Oğlanın valideyninə də dəvətnamə göndərin!

– Rəşid istəmir.

– Oğlan utancaqlıq eləyir, qoy heç özü bilməsin. Dinləyənlərin çox olması məruzəçini daha da ruhlandırar, çağırın.

Heybət xalanı konfransa çağıranda gözü bərəldi.

– Mən nə haydayam, bunlar nə haydadı. Sən demə, Rəşid öz işində imiş. Biz də qız evinə xəbər-sifariş göndəririk.


Aspirantların, cavan kimyaçıların müzakirələri şəhər məktəblərindən birində ikinci qatdakı geniş, yaraşıqlı otaqda keçirilirdi.

Doğrudur, bugünkü məclis kimyaçıların işgüzar müzakirə məclisi, cavan alimlərin hesabatı idi.

Hər kəs planına görə ilboyu işləyib-hazırladığı ixtisas sahiblərinin yoxlama-resenziyasından keçirdiyi elmi işini nümayiş etdirirdi.

Divarlara cədvəllər, lövhələr vurulmuş, yazı taxtasında yazılmış müxtəlif məhlulların keyfiyyəti, xüsusiyyəti haqqında mülahizə və nəticələr söylənirdi.

Əyninə ağ xalat geymiş cavan oğlan və qızlar məruzəçinin ətrafında tez-tez görünür, müzakirədə nümayiş olunası cihaz və materialları yerbəyer edirdilər.

Rəşid də bu maraqlı aləmdə idi. Müzakirəyə gətirdiyi elmi tədqiqatından məlumat verirdi...

Heybət xala nəvəsini camaat qabağında dayanıb cəsarətlə danışan, yaraşıqlı şüşələrdə cürbəcür rəngdə, həcmdə məhlulların mənasından, xüsusiyyətindən, əhəmiyyətindən izahat verən görəndə əvvəlcə çaşbaş qaldı. Bilmədi neyləsin.

Rəşidin evdə, ailədə heç vaxt danışmadığı, səliqəli bir dil ilə camaata üz tutaraq qayımdan danışdığını görəndə, hərdəm yaylığı ilə alın tərini silib, sözünə davam etdiyinə fikir verəndə nəvəsi onun gözündə başqalarına dərs öyrədən birinci müəllim kimi görünürdü.

"Halal olsun, bala, boyuna qurban, oğul!.."

Heybət nənə indi görürdü ki, o düşünən, onun gördüyü, onun anladığı aləm deyil. Zəmanə, cavanların, elmə, sənətə, tərəqqiyə qurşanan balaların zəmanəsidir. "Mən də başını kola salmış kəkliklər kimi hey uşağı danlayıram. Evlən, evlən! Sən demə, Rəşid daha vacib işlərə cumub..."

O heç vaxt Rəşidi bu qədər camaat qabağında dayanıb danışan görməmişdi. Məruzə qurtaran kimi qoca, ağsaç, gözü çeşməkli professorlar bir-bir cavan oğlana üz tutub təcrübələrindən suallar verirdilər.

Rəşid diqqətlə dinlədiyi suallara tələsmədən cavab verir. Axırda da sual verən yoldaşa müraciətlə soruşurdu:

– Aydın izah eləyə bildimmi?

– Sağ olun, kifayətdir.

Sual-cavab qurtarandan sonra adamların çoxu Rəşidə yanaşıb əlini çıxır, razılıqla təbrik edirdi. Rəşid nənəsini zalın axırında əyləşən görüb yanaşdı, Heybət xala onu danışmağa qoymadı.

– A qırışmal, belə işlərin var idi, bizə niyə demirdin? Qorxurdun sənin iclasına yaraşmayaq?

– Ay nənə, sənin evdə-eşikdə nə çoxdur işin, buralarda darıxarsan!

– Yox, darıxmaram.

Sən məni yaxşı tanımamısan? Mən hər üzünəyəm, bil!

– Onda tez-tez çağıraram, otur bizim aləm ilə tanış ol!


O günün səhəri kimya institutunun maşını Heybət xalanın qapısında dayandı.

Məsmə qapıya çıxanda şofer ona bir kağız verdi. "Maşın sizin üçün gəlib, yubanmayın, nənəmi də gətirin, biz mehmanxanada gözləyirik.

Rəşid."

Aspirant elmi işlərinə illik yekun vuran konfransın iştirakçıları mehmanxanada xudmani bir görüş düzəltmişdilər. Oradakı süfrənin səliqəsi də Heybət xalanın xoşuna gəlmişdi.

O görürdü ki, nəvəsinin, cavanların idarəsi elmi işdə çalışanlara çox diqqət göstərir. Onların hər birinin həyat şəraiti ilə də maraqlanır.

Rəşidin nənəsi olduğunu bilib ona yanaşan çeşməkli kişi, sanki çoxdanın dostu, tanışı kimi Heybət arvad ilə mehriban söhbət edirdi:

– Eşitmişəm, – deyirdi, – Rəşidin xeyir işinə hazırlaşırsınız. Mübarək olsun. Rəşid bizim institutda qabiliyyətli cavanlardan biridir. Eşitdiyiniz məruzə onun dissertasiya işidir. Bu ilin axırında başa vuracaq. Alimlərin Rəşidin elmi işi haqqında gözəl mülahizələri var. Rəşid bir sizin yox, bizim də ləyaqətli övladımızdır! Rəşidin bir xeyir işi də var. Bizim kimya institutunda Rəşid üçün iki otaqlı mənzil yazılıb. Bina başa çatan kimi, paylanacaq. Rəşidin rəhbəri professor Əli Məlikov özü deyib ki, bu mənzillərin biri mənim istedadlı şagirdim Rəşidindir.

Heybət xala bu sözləri professordan eşidəndə qanadlanıb uçmaq istəyirdi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Toy tədarükü

Hər yaşın öz qayğısı, öz tələbi var. Doqquz aylıqda doğulasan, dünyaya gələsən gərək (tələsənlər yeddi aylıqda gəlirlər). Bir yaşa çatdın, yeriyəsən gərək. İki yaşda danışasan, üç yaşda bağçaya, yeddi yaşda məktəbə gedəsən gərək, on altıda işə gedə bilərsən, on səkkiz, iyirmi yaşda evlənsən yaxşıdır.Ad günümdə nənəm məni əzizləyər, aş bişirər, hədiyyə alar, yaraşığıma baxardı. Bu dəfə açıq dedi:

19734 мин
Varislər

Çoxdanın, qırx ilə yaxın bir zamanın söhbətidir ki, sizə danışıram: onda mən cavan, gümrah, çevik bir tələbə idim. Yay tətilini vətən yaylaqlarında keçirməyi, fürsətdən istifadə edib qoca, təcrübəli kişilərin xatirələrini dinləməyi, vəzifəm ilə bağlı bir iş olan xalq ədəbiyyatı nümunələrini toplamağı sevərdim.Yayın isti günlərindən birində yerli tələbə yoldaşlarımdan biri məni müdrik bir kişinin, qoca bağbanın yanına, Dilican yaylağının mənzərəli bir dağ döşünə gətirdi.

19735 мин
Əziz kitabım

Əziz dost, əziz qohum, qardaş, yoldaş, əziz sirdaş, məsləkdaş olar. Ancaq mən əziz kitab haqqında demək istəyirəm. Belə kitab bəlkə sizin hər birinizin varıdır.Əziz kitab!

5 мин
Gülmək lazımdır

Səfərovu başağrısı əldən salmışdı. Elə bil ki, bu xəstəliyi ona hardansa məcburi vəzifə kimi tapşırmışdılar. Çarəsini də tapmırdı. Ha çalışırdı, yaxasını qurtara bilmirdi.İşdən qayıdıb soyunandan, yuyunandan, evdə güzgü qabağında dayanıb üz-gözünə baxandan sonra sanki bir ağrı qara qarğa kimi qəflətən onun başına qonur, rəhmsiz bir davamla beynini dimdikləməyə başlayırdı.

19743 мин

Стихи других поэтов