Страница 2 из 2 · 50%

– Kommunist küçəsinin başında, beşinci dalanın yanından tapılıb. Valideyni haqqında bir şey demir. Ancaq görünür, oxumuş ailə uşağıdır.

Qatıq almağa gedəndə Yarpız uşağın əlindən tutmuşdu. Budkaya yaxınlaşan kimi, buraxmalı oldu. Çünki satıcının qabağında adam çox idi. Uşağı kənarda qoyub özü növbədəkilərin dalında dayandı. Bankanı alanda da bir xeyli gözlədi. Satıcının xırda pulu yox idi, başqalarından alıb ona verməli idi.

Yarpız geri dönüb uşağı yerində görməyəndə təşvişə düşdü. Adını çağırdı. O tinə baxdı, bu dükana girdi, ətrafını yoxladı, Aydından bir əsər görmədi. Güman etdi ki, uşaq birbaş evə qaçıb. O evdən başqa bir yer tanımır, özü də qorxar, adamsız heç yana tərpəşməz. "Bəlkə də qohumlarımızdan birinə rast gəlib, götürüb aparıblar."

Bir tərəfdən də Yarpız anasından bərk qorxurdu: "Getdim , gördüm uşaq evdə yoxdur, onda bəs necə?"

O halda nə qiyamət qopacağını düşünəndə Yarpız evə getməyə qorxdu. Əlində banka küçə aşağı getdi, küçə yuxarı qayıtdı, balaca boylu adamların hamısına yaxınlaşıb üzünə baxdı, bəzilərindən soruşdu, gördüm deyən olmadı. Küçənin ortasında Yarpızı ağlamaq tutdusa da, o, özünü saxladı. "Bəlkə, – dedi, – evdədir elə!"

Evə gəlib bankam anasına verəndə qonaqla atası çay stolunun qabağında oturub şirin danışır, qah-qah çəkib gülürdülər.

Zivər bankanı açıb qatığı piyalələrə tökdü və soruşdu:

– Bəs uşaq hanı?

Saymazyana sorğusunun cavabı gecikəndə, Zivər bir də soruşdu. Yarpız donub qalmışdı, bir söz demirdi. Zivər bir az da bərkdən dedi:

– Uşağı hara ötürdün bəs, a qız?

– Uşaq məndən qabaq gəlib ki.

– Hara gəlib, ham gəlib? – deyə Zivərin gözləri alacalandı.

– Mən qatıq aldım, dönəndə gördüm yoxdur, – deyə Yarpız başını aşağı dikdi.

– A qız, necə yoxdur, uşağa nə olub, açığım de!

Zivərin səsi get-gedə ucalır, rəngi dəyişir, həyəcanı artır, gözləri böyüyürdü:

– Hanı Aydın?

Yarpız əlləri ilə üzünü tutub ağladı. Zivər isə: "Uşağı harda itirdin, ay qız?" – deyə küçə qapısından, beş pilləkəni birdən hoppanıb yüyürdü, özünü küçəyə atdı.

İndi ananın qəlbində nə kimi bir tufan, təlatüm olduğunu oxucular yaxşıca təsəvvür edə bilərlər. Sağa-sola ötən dağ kimi maşınlar, ağır sürətli tramva)^ vaqonları, sürüb gedən trolleybuslar, dizellər... Bunlar Zivərin həyəcandan böyümüş gözünə görünəndə qadının səbri tükəndi, ürəyi üzülən yarpaq kimi əsməyə başladı. Ayağında ev başmağı, yaxası açıq, saçı dağınıq, tövşüyə-tövşüyə yüyürən Zivər hara getdiyini, necə getdiyini bilmirdi.

– Ay qardaş! Ay bacı! Körpə uşaq! Üç yaşında oğlan uşağı, üzündə də qara xal! – deyə-deyə adamların üzünə baxır, cavab gözləmədən ötürdü. Kim isə həyəcanım duymuşdu:

– Bacı, – dedi, – uşaq itibsə, rayona müraciət edin! Onlar bilərlər.

Zivər düz qayıdıb rayona yol aldı. Yol aldı, ancaq nə ayaqları ge dir, nə gözləri ətrafdan çəkilirdi.

O hər addımda, hər küncdə, hər tində Aydını axtarırdı, bütün küçəni diqqətlə nəzərindən keçirməmiş ötmək istəmirdi.

Milis nəfəri uşağı gətirib növbətçiyə təhvil verdikdən sonra öz postuna getdi.

Növbətçi Məhər Əliyev dərhal Mərkəzi milis və yaxın rayon milis idarələrinə zəng vurub məlumat verdi. O, dəstəyi yerə qoymamış Aydın qapıya tərəf üz qoydu. Məhər telefondan ayrılıb tələsik uşağın dalınca gəldi:

– Hara gedirsən, bala?

– Anamın yanına.

– Evinizi tanıyırsanmı?

– Hə!

Məhər sevincək uşağın əlindən tutub getdi:

– Gedək!

Qapıdan çıxıb böyük küçənin səkisinə çatanda Məhər dayanıb uşağın fəhmini yoxladı. Aydın da dayandı. O yan-bu yana baxdı:

– Eviniz hayandadır?

– O yanda.

– Hayanda?

– O yanda.

Aydın müəyyən bir cəhət göstərə bilmirdi. Ancaq balaca, girdə, ağ çənəsini tərpədib göyə işarə edirdi.

Məhər aşkar görürdü ki, uşaq heç bir yeri tanımır, ancaq anasını görmək üçün hansı tərəfə aparsan gedəsidir.

– Gedək, mən səni bir yaxşı yerə aparım, anan da ora gələcək. Məhər uşağı idarənin həyətinə, üzbəüz qapıya, Nyura xalanın evinə apardı.

Aydın kimi bir qonaq Nyura xala üçün təzə hadisə deyildi. Onun evi belə azan çox körpə uşaqlar üçün bağça əvəzini görürdü.

Zotova Pavlovna Nyura otuz birinci məktəbin xadiməsi idi. Özünün uşağı olmasa da, uşaq ruhuna bələd idi. Ömrünün çoxunu məktəblərdə xidmətdə keçirmişdi. Məhər də onun qonşuluğunda mənzil tutmuşdu. Zotovaya doğma xalası kimi ərki var idi.

Aydın Nyura xalanın evində axtardığım tapdı. Haradansa ona iri bir yük maşını (oyuncaq) gətirdilər, iki dənə də qaz balası. Quşları görən kimi, Aydın oxumağa başladı:

– Qusi-qusi, qa-qa-qa!

Yest xotite, da-da-da!

Aydın bir bulkanı doğrayıb quşların qabağına tökməkdə idi ki, Zivər özünü uşağın üstünə atdı:

– Aydın, can!

Ana uşağını götürüb öpə-öpə növbətçinin yanına gəldi, dəftəri imzaladı, bilmədi nə dillə təşəkkür etsin. Anaya elə gəldi ki, bu sadə, milis libası geymiş adamın sinəsində böyük və müqəddəs duyğularla zəngin bir qəlb döyünür. Bu qəlb anaların da, ataların da, uşaqların da, böyüklərin də həyəcanlarını dərindən duyur. Bu adam vətəndaş deyib əzizlədiyi deyil, qoruduğu hər kəsə eyni dərəcədə, eyni sədaqətlə xidmət edir. Zivər indi Məhərə minnətdarlıq etməyə kifayət və münasib söz tapmırdı.

Həqiqət xanım da evdə belə bir həyəcana səbəb olduğuna görə xəcalət çəkirdi. Aydının qarşısında oturub gileylənirdi:

– r Bir də sizə gəlməyəcəyəm!

– Gələrsən!

– Sən məni qoyub gedirsən.

– Nyura xalagilə səni də apararam. Orda qusi, qusi, qa-qa-qa var!

Aydın Nyura xalanı indi də yadından çıxarmır. Atası ona yük maşını da, minik maşını da alır. Qusi, qusi, qa-qa-qa da gətirir. Yenə hər səhər yerindən duranda uşaq papağını götürüb yola düzəlir:

– Hara gedirsən, Aydın? – deyə ondan soruşanda:

– Nyura xala çağırır! – deyə cavab verir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов