Parisdə görüş
Страница 3 из 4 · 50%
Həmin çinar ağaclarının başında qarğa yuvaları görünürdü.
Marsel Aralıq dənizində çox böyük bir portdur. Burada hansı ölkənin desən, paroxodları vardır. Kater, yelkənli qayıqların çoxu o yanbu yana səyyah daşıyır.
İf adasında işləyən katerlərin işi çox olur. Bu adada çoxlu tarixi abidələr gördük. "Dəmir maska" kinosunda göstərilən əhvalat, guya, burada baş vermişdir. Keçmiş Fransa krallarının amansız cəza tədbirlərini nümayiş etdirən çox ibrətli nümunələr var. Parisdə satılan malın müəyyən, qəti qiyməti yoxdur. Bu mağazadan on beş franka aldığın köynəyi o birisində iyirmi beş franka satırlar. Bunun səbəbini soruşanda belə deyirlər: "Bəs bizim reklamımız, işıqlarımız, xidmətçilərimiz, şəhər mərkəzində olmağımız..."
Buralarda oğurluq yoxdur. Küçədə, stol üstündə tökülən mallara heç kəs nəzarət etmir. Müştərilər, məsələn, köynəyi, ya cemperi götürüb, özü içəriyə satıcının yanına gedir və qiymətini soruşur.
İyirmi franka deyilən paltarı bəzən danışıb, on franka alanlar olur. Sovet adamları mağazada şeyin müəyyən qiyməti olduğunu bildikləri üçün belə danışığı artıq sayırlar. Mağaza sahibi müştərini aldatmağa aldatmaq yox, "ticarət məharəti" adı verir.
Oğurluq, ancaq xırda oğurluq yoxdur. Biz orada olan günlər böyük bir oğurluqdan qəzetlər yazır, adamlar qəzəblə danışırdılar. Pijen adlı bir milyarderin dördyaşlı Erik adlı uşağını oğurlamışdılar. Atasına məktubla bildirmişdilər ki, yarım milyon frank verməsən, oğlunun üzünü görə bilməyəcəksən. Ata yazıq tələb olunan məbləği verməyə məcbur olmuşdu.
Soruşacaqsınız ki, pulu verəndə oğruları ələ keçirmək olmazdımı? Yox, olmazdı! Çünki, oğrular, düşündüyümüz qədər də aciz və köməksiz deyillər. Oğrular həmin məbləği müəyyən bir oteldə, müəyyən adam vasitəsilə milyarderdən almışlar və zərərdidəni inandırmışlar ki, pul verdiyin adamın başından bir tük əskik olsa, oğlunu da, özünü də oğurlanmış bil!
Pulu verəndən sonra saat 4-də ata vəd olunan yerə getmiş, orada uşağını oturub ağlayan görmüşdü.
Mətbuat bu hadisədən ağızdolusu bəhs edir. Pijenin hətta istənilən pulu verəndən sonra da qorxuya düşdüyünü, polisə lənətlər yağdırdığını yazırdı.
Marselin yaxınlığında tarixi yerlərdən sayılan, vaxtilə məhbuslar saxlanan İf sürgün yeri imiş. Bir metroluq daş daxmada bir əsgərin on beş il sərasər əzab çəkdiyini danışırdı. "Unutma yeri" deyilən daş otağın pəncərəsindən oraya atılmış adama bir müddət çörək, su verir, sonradan "unudurmuşlar". Dəmir maska geyməyə məcbur olan əkiz qardaş (kralın qardaşı) burada ömür sürmüşdür.
Yollar boyu səliqəli əkin, bağ, bağçalar görürsən, fransız kəndliləri ailə üzvləri ilə birlikdə öz tarlalarında işləyirlər. Qəribədir, burada bağlardakı tənəklər kol kimi bəslənib becərilir. Tənəyin boyu yarım adam boyudur. Yuxarısına qədər budaqlardan təmizlənmişdir. Başmda isə bütün budaqlar buraxılmışdır. Hər il məhsul götürüləndən sonra həmin budaqlar kəsilir. Tənək bizim bəzi gül kollarına bənzəyir. Ancaq neçə-neçə hektar bağlarda bütün tənəklər möhkəm cərgələrlə əkilmişdir. Ərik, alma, armud ağaclarının da cərgə ilə əkildiyini gördük. Ən səfalı, tamaşalı yol Nisse şəhərindən sonra, sahildən, kurort şəhərlərindən ayrılaraq, ölkənin içərilərinə doğru getdiyimiz yoxuş, "üçmərtəbə" yol idi. Bu yol hər an bizi dənizdən uzaqlaşdırır, yüksəklərə, həm də abad villaların, bağ-bağçanın içindən keçirirdi. Burada mən istər-istəməz Soçini, Qara dəniz sahillərinin yaşıl meşələri arasından keçən qıvrımlı yolları xatırladım. Sağımızda adamı valeh edən dumduru mavi dəniz, solumuzda isə yaşıllaşmaqda olan yamaclar görünürdü. Hər neçə kilometrdən bir abad düşərgə - kafe, restoran, əyləncə mağazalarına rast gəlirdik.
Fransa yolları ilə hər markadan olan cürbəcür maşınlar gedir. Ölkə səyyahlarından milyard mənfəət götürürlər. Bu işi sadələşdirmək, asanlaşdırmaq üçün bir sıra Avropa ölkələrindən gələnlərdən (İtaliya, İspaniya) xüsusi icazə tələb olunmur. Maşınların çoxunun dalında təkərli qoşqu var. Maşın sahibləri bu "təkərli otaqlara" bütün ailə üzvlərini doldurub, istədikləri yerlərə aparır, istənilən müddət dayanıb yaşayırlar. Həmin "otaqların" üstündə isə yük bağlamaq üçün münasib dəmir kəmərlər düzəldilmişdir. Kann şəhərində plyajda minlərlə adamın dincəldiyini görürdük. İki nəfər əlcəzairli ərəb qardaş da çiyinlərində xalça, palaz, əllərində dəsmal, portmanat satır, birtəhər gün keçirirlər.
Reklamların birində Sibir sözü oxudum. Bunun, Fransada buzxana demək olduğunu öyrəndim. Bu söz buz maşını satan bütün mağazalarda yazılmışdı. Sonra latın hərfləri ilə yazılmış Buxara (Bixaçça) sözü diqqətimizi cəlb etdi. Güman etdim ki, bu, dəri mağazasıdır. Sən demə Buxara burada xalça-palaz deməkdir. Həmin mağazada dünyanın hər yerindən gətirilmiş fərş görmək olardı.
Gözəl yaylaq şəhəri Nitsa eramızdan 350 il əvvəl yunanlar tərəfindən salınmışdır. Bura məşhur Qaribaldinin vətənidir. Onun adına küçə var. İndi şəhərdə iki yüz min əhali yaşayır. Gül-çiçək bağları çoxdur. Güldən alınan mənfəət milyonlara bərabərdir. Nitsada gül təsərrüfatı və ətriyyat sənayesi də vardır. Mehmanxana və salonların çoxu matahını buradan aparır. Nissedə bizə Turgenevin yaşadığı mehmanxananı göstərdilər. Keçdiyimiz yerlərin çoxu tarixi şəhərlər idi. Fevral ayında Platin qırılıb, kəndləri dəhşətli sel aparıb, minlərlə adam ölüb. Platin tikan mühəndisləri məhkəməyə veriblər. Məhkəmə prosesi indi də qurtarmayıb, yollarda uçan binaları, kökündən qopan nəhəng ağacları, sel basan kəndləri, hələ də qurumamış gölməçələri gözümüzlə gördük.
Nim şəhərinin yollarında sərv ağaclarının yaraşıqlı xiyabanı var. Bu ağacların lap cavan olduğu məlumdur. Bunları xüsusilə əzizləyir, hətta bir qədər müqəddəs də sayırlar.
Sovet şairi Dolmatovski Fransanı gəzərkən "Sovet səyyahının mahnısı" şeirini yazmışdır. Həmin şeir fransız dilində də nəşr olunmuşdur.
Burada yolların mühüm bir qismi xüsusi kompaniyanın əlindədir. Hərəkət zamanı baş verən hadisələrə kompaniya cavabdehdir. Yolda Nim şəhərini keçəndən sonra böyük avariya baş vermiş, iki maşın toqquşmuşdu. Odur ki, polislər bütün sürücülərdən ehtiyatlı olmağı tələb edirdilər.
Eks deyilən köhnə, balaca bir şəhərdən keçdik. Bura XV əsrdən universiteti olan şəhərdir. Universitetdə yalnız hüquq fakültəsi vardır. Eksdə məşhur müalicə suyundan istifadə olunur. Salon adlı balaca şəhərin (on yeddi min əhalisi var) XVI əsrdən suvarma sistemi məşhurdur. Arlda isə şəhər meydanında yaşıl göbələk şəklində böyük qəribə bir heykəl var.
Nimə, qədim şəhər olduğu üçün, Fransa Roması deyirlər. Burada iki min il əvvəl tikilmiş üçmərtəbəli bir körpü gördük. Bu körpü doğru288 dan da böyük sənət abidəsidir. "De qardo" körpüsünün 49 metr hündürlüyü, 270 metr uzunluğu vardır. Möhkəmliyinə isə söz ola bilməz. Sonra Nim şəhərində köhnə sarayların qalıqlarına, Qız qalasına oxşayan hündür minarə uçuqlarına tamaşa etdik. Kilsələrin hansında isə səsin böyük və davamlı əks-sədası var idi. Bələdçilərdən biri "mən oxuyum, siz dinləyin" deyə bir az səslənəndə səda hər yanı götürdü.
Biz bir sıra şəhərlərdə muzey, kilsə, saray, qəbiristan, körpü xarabalarına baxmaqdan bezmişdik.
Ayın 19-da Fransanın məşhur şəhəri, bir çox tarixi hadisələrin məkanı Versala getdik. Bu, Parisin həvaləsidir. 70 min əhalisi var. 1883-cü ildə, Amerika-İngiltərə müqaviləsi, Birinci Cahan müharibəsindən sonra, 1919-cu il (28 iyul) sülh müqaviləsi burada bağlanmışdır. Versal lap əvvəllər ovçu evi, sonra kralların iqamətgahı olmuşdur. XIII Lüdovik buranı dövlət sarayına çevirmişdir. İndi isə məşhur muzey kimi səyyahların çox gəlib-getdiyi bir yerdir.
Vaxtilə qırmızı kərpicdən tikilmiş bu sadə saray Kral XIV Lüdovikin evi idi. 600 xidmətçi yaşayırdı. Qapıda 2000-nə qədər yəhərli at dayanardı. Kralın mətbəxi kənarda idi. Oradan buraya gələnə qədər xörək soyuyurdu. Sonralar sağ-solda binalar artırıblar. Krala yaxın olanlar burada yaşamaq istəyirlər. Lap yuxarı çardaqda isə kimi desən, tapardın.
1789-cu ildə Parisdən bura üsyançı qadınlar gəlib kralı xalqdan ayrılmaqda təqsirləndirmişdilər. Məşhur general La Fayet kraliçanı camaat arasına çıxarmış, hərəkatı yatırtmışdı.
Sonra kral adamları ilə Parisə köçdü və Versal sarayım bağladılar. Versal birdən-birə tikilməyib, tədricən inkişaf etmişdir. 1918-ci ildə bir milyarder yüz milyon pul xərcləyib sarayı əsaslı təmir etdirmişdir. Əfsanəvi simaların adına təntənəli zallar tikilmişdir (Venera, Diana, Merkuri). Bu zallar müəyyən məqsəd güdürdü. Məsələn, Murano zalı qəbul üçün təyin olunmuşdu. Həftədə iki dəfə burada iki min şam yanardı. Kral camaatı qəbul edər, onların yanında əyləşib nahar edərdi. Camaat ona baxardı.
Zalların birinin küncündə 1919-cu ildə Almaniyanın məğlubiyyətindən sonra müttəfiqlərlə bağlanan sülh müqaviləsindən yadigar kiçik bir stol qalmışdı. Bunun ətrafında böyük diplomatik söhbətlər getmiş
2 89 di.
Dəhşətli müharibələrə, qırğınlara son qoymaq kimi müqəddəs bir amalı düşünəndə, doğrudan da, bu yerin tarixi əhəmiyyəti adamın gözündə böyüyür. Ancaq tarix və hadisələr göstərdi ki, Versal kürsüsünün ömrü və gücü az oldu. Kapitalist dövlət başçılarının qanlı qırğın siyasətləri sonralar da şiddəti ilə davam etdi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/mir-celal-parisde-gorus
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
1Qəşəm kişi küsənərək deyirdi:
Qocaların uşaq söhbəti1Vahid müəllimin yaşıl təpədə işıqlı, səfalı bir evi var. Günəş səhərdən batanacan otaqların içindədir. Axşamlar da ki, büllur çilçıraq otaq nədi, eyvana, həyətə, hətta küçəyə də işıq verir.
Qəbul imtahanıDövlət universitetinin böyük, daş binası qarşısında iynə salsan, yerə düşməz. Adam əlindən keçmək olmur. İsti yay səhəri açılandan axşamacan cavan oğlan və qızların burada yığnağı, mübahisəsi, söhbəti, gəl-geti kəsilmir. Kimisinin qoltuğunda jurnal, kitab, vəsiqə qovluğu, kimisinin əlində itilənmiş qələm, iki qatlanmış dəftər, coğrafiya atlası, cildi kirlənmiş proqram, rus, Azərbaycan dilində qəbul qaydaları...Bu il jurnalist şöbəsinə böyük müsabiqə var: iyirmi beş nəfər qəbul olunasıdır, girmək istəyənlər yüz iyirmi beş nəfərdir. Ərizə verən hər beş adamın dördü kənarda qalacaqdır.
Neçə cür salam var?Mən elə bilərdim salam bircə cür olar, növbənöv olmaz. Düzdür, hər şeyin növləri olur: əla növ çay, birinci, ikinci növ çay, əla növ tütün, un, düyü və sairə...Ancaq salam kimi məşhur bir adəti növlərə bölmək, nömrələmək olmaz. Salam həmişə, hər yerdə, hər kəs üçün salamdır, lazım və vacibdir. Bir-birini görəndə, görüşəndə, ya ötəndə salam verib keçirlər. Burada adamdan adama, ya vaxtdan-vaxta, yerdən-yerə təfavüt olmasın gərək!
Стихи других поэтов
Huş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.
QızlarBir bölük sona tək göllər üstündəDüzülüb dönübdür durnaya qızlar.
Təcnis: Gözüm görcək səni istər kamaləGözüm görcək səni istər kamalə,Bürqeyin üzündən dağıdar Yaxşı,
OlurEşq odına düşdüm, çəkdim cəfalar,Dünyada səfasız nə yaman olur,