Содержание
  1. 1. Kolxoz işinin mahir ustası
  2. 2. Vətən qızı Sədaqət
  3. 3. Yeni kənd
  4. 4. İrəliyə baxmaq lazımdır!

Страница 1 из 7

1. Kolxoz işinin mahir ustası

Mən sözümü deyən kimi raykom katibi ayağa qalxdı:

– Bu gün müşavirə çağırmışam, - dedi, - Rüstəm dayı buradadır.

Kənar otağın qapısını açıb baxdı və işarə ilə bir nəfəri çağırdı.

Ucaboy, boğazlı çəkmə, komandir şineli geymiş bir adam içəri girib, salam verdi. Qəzetlərdə adı iri hərflərlə yazılan, kəndlilərin isə sadəcə Rüstəm dayı çağırdığı, Sosialist Əməyi Qəhrəmanı, Səfərəliyev rayonu Füzuli kəndində "Qırmızı Oktyabr" kolxozunun sədri, Azərbaycan SSR Ali Sovetinin deputatı Rüstəm Əliyev bu idi. Rüstəm əslən Kirovabadın dağ kəndlərindəndir. Cavanlığını ağır zəhmət və əziyyətdə keçirmişdi. Muzdurlar arasında böyük hörməti var idi. Qolçomaqlar ilə dik danışan, onların tüfeyli sifətini açıq deyən Rüstəm maraqlı mübarizə yolu keçmişdir. 1929-30-cu illərdə Azərbaycanda kolxoz hərəkatı genişlənəndə Rüstəm Sünniilər kəndində idi. O, partiyanın i 98 çağırışına səs verənlərdən oldu:

– Kolxoz yolu - əsl bizim yolumuzdur. Sovet hökuməti sayəsində təsərrüfat sahibi olan zəhmətkeş kəndlinin yoludur. Ay camaat, nə durmusunuz!

Rüstəm Əliyev kəndin yoxsul və ortabablarını başına yığıb balaca bir kolxoz düzəltdi. Ancaq ona böyük ad verdi: "Qırmızı Oktyabr" kolxozu.

Qırmızı Oktyabr adı kəndlilərə çoxdan məlum və çox əziz idi. Oktyabr inqilabı onları bəy-mülkədar zülmündən xilas etmiş, onlara torpaq, su, sərvət, həyat və əmək imkanı vermişdi. Onlar əziz balalarının adını "Oktyabr" qoyurdular. İndi budur, Rüstəm camaatın qabağına düşüb kolxoz qurur.

"Oktyabr" kolxozuna kim getməz? Rüstəmin təşəbbüsü və kəndlilərin həvəslə bu işə qol qoymaları qolçomaqlar üçün nagəhani oldu, həm də çox ağır gəldi. Əsrlər boyu həsəb-nəsəbi ilə fəxr edən, çiynində tüfəng, belində xəncər, əlində qamçı bütün mahalda at oynadan, yeridiyi yerdən bac-xərac istəyən yapıncılı bəylər "ayrım gədəsinin başını quş başı kimi üzməyə" and içirdilər.

Rüstəm Əliyev güman edildiyindən güclü çıxdı. Yalnız əkin-biçin işini deyil, yalnız muzdurlara başçılıq etməyi, doqqazda daş üstünə qalxıb nitq söyləməyi deyil, silah oynatmğı, kənd yoxsullarını nizami qoşun kimi düşmən üstünə aparmağı da bacarırdı. Kənddə sinif mübarizəsi hərbi şəkil almışdı. Qolçomaqlar kolxozun əkin-tikininə mane olmaq üçün silahlanıb meşələrə dolmuşdular. Rüstəm Əliyev də "meşələri müzür-həşəratdan" təmizləmək üçün tüfəng-qatar götürdü. Gündüz tarla üstündə briqadalara naryad verir, şəhərdən aldığı tapşırıq, təlimatı üzvlərə başa salır, toxum ölçür, təmirdən çıxmış alətləri təhvil alırdı. Gecə isə adamlarını başına yığıb kəndi, kolxozu qoruyurdu.

Qolçomaqlar Rüstəmə sifariş göndərirdilər:

– Adın Rüstəm olsa da, özün heç nəsən! Gəl daşı ətəyindən tök, kolxoz yolundan qayıt! Camaat da sənə baxır!

Rüstəm düşmənlərə, onların xam xəyalına gülürdü:

– Mən özüm bəlkə də heçəm. Bunun kolxoz işinə nə dəxli var? Kolxoz zəhmətkeş kəndli yoludur. Kolxoz yolunu bizə Sovet hökuməti göstərib. I3u yolda öldü var, döndü yoxdur. Kim ağ gün istəyir kolxoza gəlsin. Kim birlik istəyir, kim mədəniyyət istəyir, kim ictimaiyyət istəyir, kim yeni həyat istəyir, kolxoza gəlsin! Düşmənlər bizi qorxuda bilməz! Bizi o yekəlikdə Nikolay qorxuda bilmədi. Çar hökuməti kimi əjdahanı yıxan inqilabın işinə dərənin quldurları mane ola bilməzlər.

Meşələrdə qolçomaqların yuvasını dağıdaraq Rüstəm gələcək planlarını qurur, üzvləri başa salırdı:

– Yoldaşlar! Biz kolxozu qurduq, indi də gərək bərkidək! Partiyamız kolxozu təşkilat-təsərriifatça möhkəmlətməyi tələb edir. Yəni dost və düşmən görsün ki, kolxoz təsərrüfatı həqiqi inkişaf yoludur. Sabah deməsinlər ki, keçmişdə bu kənd 100 ton məhsul alırdı, indi az alır. Gərək aləmə sübut edək ki, kolxoz məhsulu təklik dövründən yüz qat artıq olur. Bunu gərək isbat eləyək! Hökumətimiz bizdən heç bir kömək əsirgəmir. Handa bir əla toxum bizdə, bərəkətli torpaq bizdə, əla traktor, maşın bizdə, su bizdə. İndi iş bizim özümüzə qalıb! Qeyrət lazımdır!

Rüstəmin adamları da özü kimi kolxoz işinə can yandırırdılar. O zamanlar bu kənddə uşaqdan-böyüyə hamını həyəcanlı bir əzmlə çalışan görərdin. Dəstə-dəstə atlıları tarladan iclasa, iclasdan şəhərə, kolxozçular yürüşünə, oradan yarış üçün müqavilə bağlamağa gələn qonaq qabağına, Bezençuk kolxozçularını qarşılamağa gedən, yeni təsərrüfat üsulu haqqında məsləhət üçün aqronom axtaran görərdin. Kənddə heç bir dövrdə çalışmaq həvəsi bu qədər coşqunluqla qaynamamışdı, heç vaxt adamlar indiki kimi ictimailik duyğusu ilə birləşməmişdi. Kənd adamları öz zəhmətlərinin, işlərinin, torpaqlarının ağası olduqlarını görüb çalışır, çalışmaqdan həzz alırdılar. Bir adamı bikar görməzdin. Hamı tarlada, suda, bağda, bağçada, məntəqədə özünə gün, ağ gün qazanmaqda idi.

Çox çəkmədi ki, "Qırmızı Oktyabr" kolxozu Kirovabad mahalında məşhur təsərrüfatlardan oldu. Güclü sovet traktorları zəmilərdə aslan kimi nərildəyəndə Rüstəm başladığı işin böyüklüyünü duydu. Hiss etdi ki, yox, mənə yer lazımdır! Mənə əkin yeri lazımdır! Torpaq azlıq edir!

– Yeri kimdən almaq olar?

Qonşu kəndlərin hamısı Rüstəmin kəndi kimi kolxoz yoluna düşürdülər. Stalin yoldaşın fəhləni maşına, kəndlini traktora əyləşdirmək haqqındakı tapşırığı həqiqətə çevrilirdi. Sovet traktorları bir saatda cövlan vurub zəmiləri qaraltdıqca, mexanikləşdirilmiş əkinçilik üçün böyük və geniş sahələrin lüzumunu hamı dərindən dərk edirdi. Qonşu kolxozlar Rüstəmin xatirini istəsələr, hörmətini saxlasalar da, ona yer verməzdilər və istəmək də yaxşı olmazdı.

Rüstəm deyirdi:

– Yoldaşlar, biz meşələrdən torpaq almalıyıq! Ayrı çarəmiz yoxdur!

Kolxoz briqadaları əldə külüng, mişar, ip, kərki qocaman meşənin canına düşdülər. Ağacları kəsmək, tikanları və kötükləri çıxartmaq, kol-kosu qırmaq, torpağı təmizləmək nə qədər çətin, əzablı bir iş idi. Bu, xalis ağaclıq meşə deyildi. Şoranda bitən və bir-birinə dolaşan yolğun kolları hər yeri basmışdı. Keçilməsi çətin olan çəpərlikləri, çeyillikləri qarış-qarış təmizləmək, əkinə yarar hala salmaq lazım idi. "Qırmızı Oktyabr" kolxozunun adamları sinfi düşməndən qorxmadıqları kimi, vəhşi təbiətdən də qorxmadılar. Əvvəl 127 hektar yer sahibi olan kolxozun indi 5200 hektar əkin yeri var. Bu yerin 70 faizi kollektiv zəhmət gücünə meşəlik, şoranlıq, tikanlıqdan alınmışdır.

İndi Rüstəm Əliyev kəndin bir tərəfində axar sular başında dayanıb iftixarla bu yerlərdəki pambıq, taxıl, yonca, dirlik zəmilərinə, cavan meyvə bağlarına baxır. Qanlı vuruşmalar nəticəsində xilas etdiyi məskənləri seyr edən igid bir komandir kimi ürək rahatlığı ilə baxır və deyir:

– Bu yerin məhsuluna da söz yoxdur. Torpaqda xəzəllər çürüyüb xalis gübrə kimi bir şey olub!

Rüstəmin kolxozu bostançılıqda da mühüm iş görür. Kirovabad fəhlələrinə dirrik məhsulu verməyi Rüstəm vacib vəzifə sayır:

– O kişilər, - deyir, - bizə sənaye malı verir, biz də əlimizdən gələni gərək eləyək axı!

Kolxoz torpaqlarında yalnız əla pambıq, buğda və ya meyvə ağacları göyərmirdi. Aylar, illər keçdikcə bir də görürdün yeni, gözəl və yaraşıqlı bir bina yüksəldi.

– Bu nədir?

– 7 illik məktəb!

– Bu nədir?

– Kolxoz idarəsidir!

– Bu nədir?

– Dəyirman!

– Səhiyyə məntəqəsi!

– Bəs bu nədir?

– Klubdur, hamamdır, pambıq qurudan yerdir.

Rüstəm Əliyevin şəhər bağlarına bənzər plan və səliqə ilə saldığı istirahət parkı, cavan şamağacları, fəvvarəli hovuzu, dəmir çəpərləri ilə yoldan ötəni çağırır. Parkın iki yerində dünya xilaskarlarının - Lenin və Stalinin heykəlləri dayanmaqdadır. Parka su kəməri çəkilmişdir. Dinc vaxtlarında kolxozçular şamağaclarının kölgəsində əyləşir, Rüstəm kişinin təşəbbüsünü tərifləyirlər.

Kolxoz idarəsi məktəb ilə üz-üzədir. Rüstəm bir gün müəllimləri çağırıb soruşdu:

– Kəndin adı xoşuma gəlmir. "Sünnülər" əyyamı çoxdan keçib axı!

Müəllimlər də razı oldular. Kənd camaatı kəndə yeni bir ad - Azərbaycanın dahi "qəlb şairi" Füzulinin adını verməyi hökumətdən xahiş etdi. Hökumətin bu haqdakı qərarı şeir və şair sevənlərin ürəyini tərpətdi. Ağsaqqal bir kişi papağını çıxarıb Rüstəmə işarə elədi:

– Bu yerdə insaf deyil şairin qəzəli oxunmasın!

– Bizim radio niyə dillənmir?

Rüstəm klub müdirinə tərəf döndü. Ordudan yenicə qayıtmış, döşündə qırmızı lent gəzdirən oğlan da Rüstəmin üzünə baxdı:

– Yoldaş Rüstəm, radioda orkestr çalğısı verirlər.

– Patefona nə gəlib?

– Bu saat!

Böyük şairin qəlbdən gələn, qəlbə girən sözlərini incə səs dalğalarında göylərə yayan musiqi kəndlilərin sevincinə qanad verirdi.

İndi Füzuli kəndində yeddiillik məktəb, ləyaqətli qiraətxana, radio məntəqəsi vardır. Daxma və qarğı evlərdən nişanə yoxdur. Rüstəm çoxdan çalışdığı elektrik işığı üçün hazırlıq işini qurtarmışdır.

Füzuli kəndində indi azad və məhsuldar kollektiv əməyinin bəhrəsi ildən-ilə artmaqdadır. Adamlar burada öz işlərinin ustası və ağası kimi işləyirlər.

1947-ci il "Qırmızı Oktyabr" kolxozunun parlaq qələbə illərindən biri olmuşdur. Kolxoz pambıq planını 230 faiz ödəmiş, plandan artıq dövlətə 100 ton taxıl vermiş, barama, qoyunçuluq, qaramal və s. təsərrüfat işləri sürətlə inkişaf etdirilmişdir. Burada il-ildən yaxşı gəlir, usta əllərin işlədiyi torpaq səxavətlə məhsul verir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов