Yeni kəndin adamları
Страница 6 из 7 · 71%
– Tfu! - deyə hirslə içəri qayıdanda qəhrəman yoldaşı Həzrətqulu ona təsəlli verdi:
– Qanını qaraltma! Bərkə qalar lap, toxumu bir-bir əkərik! Həmişə belə qalmayacaq ki!
Allahverdi sakit ola bilmir. Təcrübə stansiyasına zəng edib aqronomu çağırır, "Qırmızı Oktyabr" kolxozuna zəng edib soruşur:
– Görürsünüz havanı? Tərs kimi başımızın üstünü kəsib. Əl tərpətməyə macal vermir. Nə fikirdəsiniz?
Səpin briqadasını boş görən Allahverdi kişi adamları töküb mədəniyyət sarayının bünövrəsini qoydurur. Həmin bina üçün daş-torpaq gətirdir. Məktəbə ayaq qoyub müəllimdən xahiş edir ki, mədəniyyət sarayının həyətində futbol meydançasına nə lazımsa gəlib yazdırsın: "Səhərə sifariş göndərirəm". Allahverdi kişi bir neçə il əvvəl tikdirdiyi məktəb binasını indi bəyənmir. Kənardan durub ona tənqid gözü ilə baxır və mədəniyyət sarayını tikdirənlərə tapşırır:
– Yoldaş mühəndislər, bağışlayın, mədəniyyət sarayı bu kəndlərdə hələm-hələm tikilməyib... Biz kəndlilərdən töylənin, samanlığın, anbarın, pambıq çardağının tikintisini soruşa bilərdiniz. Ancaq mədəniyyət sarayı bu ətraf kəndlərdə təzə bir şeydir. Düzdür, hər kənd özünü yığışdırıb belə işi başlamaq istəyir. Ancaq Səfərəliyev rayonunda mənim mədəniyyət sarayım birincidir. Gərək də birinci ola!
Ani və mənalı bir sükut ilə susan Allahverdi kişi xoşbəxt bir sahibkar nəzərilə dönüb kənddə ərik və alma ağaclarını qucaqlayan hasarlı həyətlərə, söyüd və çinar kölgələrilə örtülən küçələrə baxır, yollardan gələn traktor səsini, su bəndlərində eşidilən bel-küliing səsini dinləyir. Sonra da Bakıdan təzə xəbərlər danışan radioya fikir verir. Mühəndisin üzünə dik baxaraq, daha artıq tələbkarlıqla deyir:
– Birinci ola gərək! Sən özün sovet hökumətinin yetirdiyi bir mühəndis, xahiş eləyirəm deməyəsən bura bir kənd guşəsidir, necə olsa, ötüşər... yox!
Allahverdi kişi bu sözü elə ucadan və elə ürəkdən dedi ki, mühəndis dik-dik kişinin üzünə baxdı.
Allahverdi kişi şəhadət barmağını silkələyib, dəmiryola işarə elədi:
– Buranı görürsünüz? Bura vacib yerdir! Gün olmaz mənim yanımdan beş dəstə, üç dəstə qonaq, səyyah, briqada, komisyon ötməsin.
Dəmiryolun qırağıdır, vaqon pəncərəsindən hər baxan soruşur:
– Bu hansı kənddir?
– O nə tikintidir?
Bir az bundan qabaq burada bolqariyalı qonaqlar görmüşəm. Ukraynadan gələn, Tiflisə gedən! Sovet ölkəsi böyük, adam çox! Hamı soruşur. Atalar demişkən, biz yol üstündə yurd salmışıq. İndi ki belədir...
Allahverdi kişi səsinin ahəngini incəldərək mətləbi bitirmək istəyir:
– İndi ki belədir, burada nə tiksən gərək yaxşısını tikəsən! Məktəbi bəyənmirəm, on il bundan qabaq tələsik tikilən şeydir. Onda mənə deyirdilər, neyləyirsən bu qədər otağı, 70 evli bir kəndə bunun yarısı bəsdir. İndi camaat görür ki, bizim onillik məktəbə neçə-neçə kabinələr, laboratoriyalar, müəllim otaqları lazımdır. Səndən xahişim budur, bizim saray üçün nə gücün var vur! Sovet məktəbləri sənə nə öyrədib burada işlət! Əsirgəmə! Ağ daş deyirsən de, qırmızı kərpic deyirsən, genə varam! Sement də baş üstə, kirəmit də! Qərəz, bayaq dedim, birincidir, birinci də gərək ola!
– Yaxşı taxta da vacibdir!
– Əlbət ki, mən sənə deyirəm hər şeyin əlası! Burada tapmırsanmı, gəl lap Urala, Sibirə yazaq, bərkə qalanda adam göndərək, Həştərxandan neçə vaqon suya tökdürsün. Niyə olmur, hamısı öz vətənimiz, öz işimiz deyilmi, qardaş?
Allahverdinin belə cəsarət və geniş ürəklə danışmağı mühəndisin xoşuna gəlir.
Mühəndis ağzını açıb xərci çox "götürər" deməmiş Allahverdi kişi cavabını verdi:
– Xərci boynuma! Əlindən isbatlı bina çıxsın, mən milyon tökərəm! Şükür, pulumuza nə gəlib? Biz elə pulu bu gün üçün qazanmırıqmı?! Kolxoz pulu kolxozçunun deyilmi? Kolxozçu da bunu məndən istəyir, borcumuzdur verək!
Allahverdi kişi hər işdə olduğu kimi, mədəniyyət yolundakı əzmində də sabitdir. Onun arzusu var ki, bu kənddə nümunəvi mədəniy224 yət sarayı olsun. Bu kəndin səhnəsində "Hacı Qara", "Vaqif" oynansın.
Kolxoz uşaqları səs-səsə verib bülbül kimi oxusun, şəhər uşaqlarından geri qalmasınlar.
Allahverdi Bağırov dediklərini yeritməkdədir.
1947-ci il Allahverdi Bağırovun pambıq uğrunda mübarizəsində yaddaqalan illərdən olmuşdur. O da öz yerliləri kimi qəhrəmanlıq şərtləri uğrunda var gücü ilə çalışmışdır. Ancaq Allahverdi yalnız özünə, ailəsinə deyil, bütün Lenin kolxozuna cavabdehdir. Bu böyük imtahandan Lenin kolxozu gərək adına layiq çıxaydı və çıxdı da. Kolxoz illik pambıq planı 220,9 faiz, taxıl planını 125 faiz ödədi. Lenin kolxozundan Allahverdidən başqa briqadir Həzrətqulu Hüseyn oğlu Verdiyev, manqabaşçısı Xəlilova da Sosialist Əməyi Qəhrəmam adı aldılar. Kolxoz ancaq 470 min manat mükafat alıb ki, bunun çox hissəsi kolxozçu qadınlara düşmüşdür.
Allahverdinin ailəsindən üç adam kolxozda işləyir. Onlar kolxozun fəal üzvlərindəndir.
Allahverdi deyir:
– Mənim öz adamım qabağa getməsə, kənardakılara sözüm nə təsir eləyər?
Doğrudan da Allahverdi kişi hər cəhətdən nümunə olmaq istəyir. Onun ailəsi bu il 2130 gün qazanmışdır. Öz halal zəhmətinə 11 ton taxıl, 44 min manat pul almışdır.
Allahverdinin böyük oğlu Aydın atasının təcrübədə öyrəndiyi əkinçiliyi elm ilə möhkəmlətmək istəyir. O, Kirovabad Kənd Təsərrüfatı İnstitutunun tələbəsidir. On dörd yaşlı Abid yeddincidə, on bir yaşlı İsa dördüncüdə oxuyurlar. Allahverdi uşaqlarını da özü kimi zəhmətə, çalışqanlığa alışdırmışdır. Onların heç biri atalarının adı-sam ilə öyünmür, dərslərdəki müvəffəqiyyətləri ilə sevinirlər.
– Allahverdi dayı, sənin kolxozçuların yaxşıca varlanmışlar!
– Əvvəl kolxoz varlanıb, sonra kolxozçular!
– Kolxozun nəyi var?
Bu sual Allahverdi dayının ürəyindən idi. Onun dostlara deməli xoş sözü çox idi:
– Hələ ki, - dedi, - bölünməz fondda duru yerindən bir milyonum var! 400 sağlam qaramal, 2800 qoyunumuz, maşınımız, təsərrüfatımız da buna münasib!..
Bu halda cavan bir çoban içəri girib Allahverdi kişiyə dedi:
– Əmi, təkər gətirmişəm!
Allahverdi qapıya çıxıb at belindəki araba təkərlərinə baxdı:
– Kimin işidir?
– Atam qayırıb!
Çoban Qabaqtəpə kəndlilərindən idi. Onlar meşə ağaclarından kənd təsərrüfatına lazım olan əməsəlah düzəldib aran kəndlərinə gətirirlər. Allahverdi təkərləri yoxladı:
– Oğul, - dedi, - iş yaxşı işdir, ağac pis. Bunun qundağı gərək cökədən, başqa möhkəm ağacdan olaydı. Apar, bu bizə əl verməz.
Bir başqası gəlib Allahverdini toxuma baxmağa, maşını yoxlamağa, haradansa gələn adama cavab yazmağa çağırır. Kolxoz sədrinin başını qaşımağa macalı yoxdur. Kənddə belə iş yoxdur ki, Allahverdi kişi "bilmirəm" desin. O, hətta texnikanı, traktor, kombayn maşınlarının sirrini də öyrənməyə çalışır:
– İndi, - deyir, - kənd işi köhnə kənd işi deyil. İndi hər yerdə elm tələb olunur. Elmi olmayan, kor qız kimi faydasız olar. İndi ki kolxozda məsul işə qoyublar, gərək adamları öyrədək. Öyrətmək üçün də gərək özümüz bilək!
İndi qabaqcıl sayılan Lenin kolxozunun inkişaf yolu, həm də dəyişilməz sədr olan Allahverdi Bağırovun kolxoz uğrunda mübarizə tarixini göstərir. Allahverdi 1931-ci ildən burada sədrdir. Bu müddət ərzində rayonda neçə-neçə işlər olub. Kənd rayondan-rayona keçib. Əvvəl Qasım-İsmayılov rayonuna, sonra Kirovabad rayonuna, indi də Səfərəliyev rayonuna keçib, həmişə də rayon rəhbərləri Allahverdinin işinə layiqli qiymət veriblər:
– Təki bütün kolxozlarda Allahverdi kimi adamlar olaydı.
Allahverdinin rəhbərlik işində öz etiqadı və inamı var. Onun fikrincə:
– Kolxozda iş yaxşı getmək üçün birinci gərək düzlük ola! El işi haram götürməz. El malına haram əl uzandımı, orada qarışıqlıq düşəcək. Mənim aləmimdə kolxoz sədrinin gərək qardaşı, bacısı, uzağı-yadı olmasın. Gərək övlad kimi hamını bir gözlə görsün! Mən buna çalışmışam, iş də şükür, hələ ki pis getməyib.
Vacib bir şey yadına düşmüş kimi, Allahverdi kişi əlini mizə döyüb deyir:
– Qardaş, indi iş zəmanəsidir. Nə əsil-nəsəb, nə gözəllik vaxtıdır. Məndən çox gözəl, çox göyçək oğlanlar var ki, üzünə baxmaq istəyən yoxdur. Sovet hökuməti bu uca adı, qəhrəman adını ki bizə verir, nəyin sayəsindədir? Zəhmətin, halal zəhmətin! Var olsun bizə halal zəhmət şəraiti verən və onu qiymətləndirən rəhbərlərimiz!
Kitabxana.az · https://kitabxana.az/ru/works/mir-celal-yeni-kendin-adamlari
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Uzun müddət ayrıldığınız və həmişəlik unutduğunuz, hətta "öldüyə" çıxdığınız əziz bir dostla üz-üzə gəlsəniz, nə cür olarsınız?– Paho, bu nə işdi, görəsən?!
Gülbəsləyən qızBağ-bağat içində, güllük əhatəsində tikilmiş ağ daş binanın ikinci mərtəbəsində geniş bir eyvanda istirahətdə idim. Həkimlər əsəb sakitliyi üçün buranı münasib bilib mənə məsləhət görmüşdülər.Hər səhər tezdən eşitdiyim ilk və ən munis musiqi suyun şırıltısı idi. Bu səs gah leysanı andırır, gah da seyrəlib xışıltıya dönür, sonra da kəsilirdi. Təbiətin sədasını eşitmək - suyun, küləyin, yağışın səsini dinləmək nədənsə həmişə mənə xoş idi. Çünki bu səslər məni boğulub təngə gəldiyim düşüncələrdən, intizar və çətinliklərdən xilas edir, anamız təbiətin qoynuna çıxarır.
Mən zaminəmBir neçə cərgə boz kürsü düzülmüş böyük, uzun zalm axırındakı iri qapı cırıldadı, gödəkçəli, arıq kişi içəri girən kimi papağını əlinə aldı, zalı boş görüb sağa-sola döyükdü. Əvvəl ehmal, sonra qəti addımlarla lap başa, sədarət stolunun başmda oturanlara tərəf yeridi, salam verdi:– Sabahınız xeyir, yoldaş!
Mənim vəfalı dostumHörmətli həkimlərimizə:*H.Veysova və B.Abbasovu*
Стихи других поэтов
Əbləh oldur kim cahan mülkündə daim qəm qılar,Ey xoş ol kəs bivəfa dünyaya rəğbət kəm qılar
Allahın aslanınaHəm kərimsən, həm alimsən, həm qüvvətli, həm də uca.Gecə-gündüz könlüm istər, dilim eylər iltica.
QaldımYanaram, yanaram, dilim dönməz,Qərib qərib qürbət ellərdə qaldım
Gedər oldumBir işdi düşdü mənim başıma,Gələk halallaşaq, mən gedər oldum.