Ağlar qalan Göyçə gölümSən ağlama, mən ağlaram!Ay didərgin düşən elim!Sən ağlama, mən ağlaram!

Göyçənin qarlı dağları,Buz bulaqlı yaylaqları,Qocaları, uşaqlarıSən ağlama, mən ağlaram!

Tərlan yurdu qaldı sara,Sinəmdə göynəyir yara,Həsrət gözüm o dağlaraSən ağlama! Mən ağlaram!

Hanı bizim Sultan bəylər?Bir nərəsi ordu əylər.Göyçə üstə dolan göylərSən ağlama! Mən ağlaram!

Kəsilmişəm dilim-dilim,Bölünübdür obam, elim,“Sevan” olan Göyçə gölümSən ağlama, mən ağlaram!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О мудрости