Heydərbaba, Şəhriyarın necə oldu?Niyə dövran xalqımızla gec oldu?Ayrılmazdıq, iki yandan güc oldu.Paralanmış torpaq ağlar, el ağlar.

Yaman olur dərd ürəyi oyanda,Biz bu yanda ağlarıq, siz o yanda.Sənətkarı el məzara qoyanda,İnsan nədir, kürək ağlar, bel ağlar.

Ürəyimdə neçə dərdin dağı var,Günlərimin qarası var, ağı var.Şəhriyarın necə oldu, a dağlar?Bu ölümə göy kişnəyər, sel ağlar.

Heydərbaba, Şəhriyarın necə oldu,O şöhrətin, o vüqarın necə oldu?Özü demiş, “görüşmədik, gec oldu”Bülbül öldü, gülüstanda gül ağlar.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе