Birinci fəsil
Страница 1 из 11
O gün gələcək!.. O gün ki, bütün ölkələrin
başlarını qaldırıb, qəti səslə deyəcəklər:
daha bəsdir!.. Artıq biz belə həyatı istəmirik!
O zaman güclülərin həris ağalığı dağılacaq,
torpaq ayaqlarının altından qaçacaqdır,
onlar söykənməyə bir şey tapa bilməyəcəklər...”
Maksim Qorki, "Ana"
Bütün günü hər tərəfə od ələyən günəş təzəcə batmışdı. Onun şüalarını əks edən üfüqlərə yatmış ala-tala buludlar pul kimi qızarmış ocaq daşlarını xatırladırdı. Yavaş-yavaş onlar soyuyan təndir kimi qaralmağa başlayır və qapa ərəb çadırlarına oxşayan bir cənub qaranlığı kəndi bürüyürdü. Bu qaranlıqla bərabər mavi boşluqlardan yerə xoş bir sərinlik də enirdi. Başı qarlı Savalan dağından əsən meh gecənin ayaz olacağını xəbər verirdi.
Fridun xırmanın qırağında, hələ döyülməmiş buğda tayasının yanında uzanmışdı. O, isti gün və ağır zəhmətdən sonra gözünü mavi boşluqlara dikib düşünürdü. Dumduru bir dənizi andıran göy tabağı, orada parlayan ilk ulduzlar, uzaq Savalandan əsən həzin meh gəncin yorğun, əzgin vücuduna dinclik gətirir, xəyalını uzaq və xoş bir aləmə uçururdu. Səadət həsrəti və şirin arzuların yaratdığı bu xəyali aləmdə hər şey əbədi və pozulmaz bir ahənglə qəlbini oxşayır, hər şey füsunkar bir gözəlliklə ona baxıb gülümsəyirdi. Bəlkə də, bu, bir təsəvvür deyil, bir röya idi. Bəlkə də, bütün bunları o, yuxuda görürdü: azad və xoş bir dünya! İnsan bütün varlığın ağasıdır, hakimidir. Üzlər səadət işığı ilə parlayır. Hər kəs sönməz bir həvəslə yaşamaq və yaratmaq istəyir! Nə aclıq, nə ehtiyac, nə də ümidsizlikdən qaralmış batıq gözlər var!
Nagahani bir səs onu bu xəyaldan ayırdı:
– Oğlan, şananı mənə ver...
Bu, qonşu xırmanın sahibi Həsənalı idi. Fridun qalxıb şananı ona verdi və qayıdıb yerində uzandı. Yenə əvvəlki şirin xəyallara dalmaq istədi. Lakin bacarmadı. Külək qamış evi uçurub dörd tərəfə səpələdiyi kimi onlar dağılmışdı. O xəyalları yenidən bir yerə yığmaq mümkün deyildi. Artıq Fridunun gözlərində həyatın ağır və əzablı səhnələri canlanırdı. Uşaqlığı... Ata və anasının ölümü... Tehran həyatı... Sonra Təbriz... – Bu xatirələr içərisində nədənsə, Tehranın əsl bir cəhənnəmi andıran isti günləri və boğucu axşamları xəyalından çəkilmirdi. Fridun orada həmişə özünü qəfəsdəki quş kimi hiss edərdi. Bu xatirə qarşısında ona Azərbaycanın ağaclı və sulu kəndləri, yazda, yaşıl xalı döşənmiş kimi, səfalı çəmənləri və dağları həqiqi bir cənnət kimi görünürdü. O, çaxmaq qığılcımı kimi ani olaraq qəlbində baş qaldıran bir məhəbbətlə təzəcə biçilmiş, taxıl qoxusu verən yumşaq və doğma torpağı qucaqladı, üzünü ona sürtdü. Gözlərindən iki damcı yaş süzülərək yerə düşdü.
Fridun 1915-ci ildə, Təbrizin qərbində, Səhənd dağının ətəklərində düşmüş bağ-bağatı və dadlı meyvələri ilə məşhur Azərşəhrdə anadan olmuşdu. Bir tərəfdən Urmi gölü, o biri tərəfdən daima başıqarlı Səhənd dağı silsiləsi ilə əhatə olunmuş Azərşəhr təbiətin gözəl və səfalı guşələrindən biridir. Dağlardan süzülüb gələn dumduru bulaqlar və çaylar burada həm insan yaşayışı, həm də bağçılıq üçün müstəsna bir şərait yaradır. Yayda bura Təbriz mülkədar və tacirlərinin istirahət yeridir.
Fridunun atası Təbriz tacirlərindən birinin Azərşəhrdəki malikanəsində bağbanlıq edərdi. Onun atası da, babası da, babasının babası da bu malikanədə bağban olmuşdu. Malikanə bir mülkədardan o birinin əlinə keçmişdi, bir tacir o birinə satmışdı, lakin Fridunun dədə və babaları yerindən tərpənməmişdi, torpağın üstündə bitmiş ağac kimi torpaqla birlikdə yeni ərbabın ixtiyarına keçmişdi. Bağbanlıq sanki yer üzündə onların yeganə qisməti, anadangəlmə sənət və vərdişləri idi. Gözlərini açdıqları gündən ağacların arasında, daima yumşaq və yaş torpağın üstündə böyümüş və ağsaqqal dədələrindən ağacları becərmək, ətirli güllər bəsləmək, cürbəcür dadlı meyvələr yetişdirmək yollarını öyrənmişdilər. Beləliklə, ata qocalıb ölənə qədər öz təcrübəsini boy atıb yetişən oğluna verirdi, oğul onun yerini tutur, belini, bıçaq və qayçısını yerə düşməyə qoymurdu. Bu qayda ilə nəsilbənəsil bağbanlıq onların sənəti olmuşdu. Azərşəhrdə onlar haqqında danışanda “anadangəlmə bağbandırlar” deyərdilər. İşi çətinə düşən, yaxşı bir meyvə cinsi yetirmək istəyən, məhsuldarlığı qaldırmağa çalışan hər kəs məsləhət üçün onların yanına gələrdi. Onlar da kömək əllərini heç kəsdən əsirgəməzdilər. Qapılarına gələn hər kəsi hörmətlə, səylə və istəyini ödəməklə yola salardılar. Buna görə də bütün kəndlilər onları sevər və xətirlərini əziz tutardılar.
Fridun xırda bir daxmada dünyaya gəlmişdi. Bu, hündür divarla hasarlanmış, göz işlədikcə uzanan bağın darvazaları yanındakı ikigözlü palçıq daxma idi. Fridunun atası da, babası da burada doğulmuşdu. Anası hər il mart ayında novruz bayramı qabağı daxmanı qapı tərəfdən çöl divarlarını ağardar, içəridəki yırtıq kilim və yorğan-döşəyi çırpıb təmizlərdi. Belə yoxsul yaşasalar da, onlar özlərini xoşbəxt hesab edərdilər: bir tikə çörək üçün hələ onların nəslindən heç kəs başqasına əl açmamışdı. Pis, yaxşı hər il qışı yaza çıxarar və beləliklə, aclıq nə olduğunu bilməzdilər. Onların dünya malından başqa bir həvəsləri yox idi. Fridunun doqquz yaşı olana qədər belə davam etdi. Bu yaşda artıq Fridun atasının əlinin altında işləyir, meynələrin dibini boşaldır, ağacları peyvənd edə bilir və başqa bu cür işlər görürdü. Yay ayları Azərşəhrə gələn ərbab uşaqlarından o, əlifbanı da öyrənə bilmişdi. Atası onun vərəqləri cırılmış birinci sinif kitabındakı hekayələri höccələyərək oxuduğunu gördükdə alnından öpmüş və iftixarla: “Bu uşaqdan bir şey çıxacaq” – demişdi. Hətta o, bir qədər pul yığıb Fridunu Təbrizə və ya Tehrana oxumağa göndərmək fikrinə də düşmüşdü.
Lakin tezliklə bu xəyalından əl çəkməli oldu. Tehrana köçən köhnə tacir Azərşəhrdəki malikanəsini satdı. Yeni ərbab çox qəribə bir xasiyyətə malik idi. Onun hərəkət və danışıqlarında, insanlara münasibətində möhkəm və sabit heç bir şey yox idi. O, gah qarşısına çıxan hər şeyi vurub dağıdacaq qızğın bir dəli, gah da hər şeyə laqeyd münasibət bəsləyən sadəlövh bir sarsaq kimi hərəkət edirdi. On iki yaşlı oğlu isə atasının tərsinə olaraq, çox aydın xasiyyətə malik idi: bu bütün günü dalaşan, vurub sındıran, hay basıb ağlayan, qəhqəhə çəkib gülən zırrama bir dəli idi. Ərköyünlük və kütlüyün bir nümunəsi olan bu uşaqda ağıl və düşüncənin əlaməti belə yox idi. Dörd il məktəbə getdiyinə baxmayaraq, o hələ də əlifbanı öyrənə bilməmişdi. Əlinə gələn şeyi vurub sındırar, istədiyi adamın başına çırpar, üzünə tüpürərdi. Heç kəs ona söz deyə bilməzdi. Bağa köçdüklərinin üçüncü günü o, Fridunu gizlənpaç oynamağa çağırmışdı. Beşcə dəqiqə keçməmiş dəcəlliyə başlayıb, əlinə keçən bir kötüyü Fridunun başına endirmək istəmişdi. Fridun kötüyü onun əlindən alaraq kənara atmış və qarnına bir təpik vurub yerə sərmişdi. O, motal kimi yıxıldığı yerdə düşüb qalmışdı. Nəriltisinə həyətə qaçışan adamların içində ərbab da vardı. Ərbab gözü qızmış dəvə kimi özünü Fridunun üstünə atmışdı. Lakin Fridun cəld arxın o tayına atıldıqda ərbab da üzü üstə yerə dəymişdi.
– Ay uşaq, tutun bu vələdüzinanı!
Nökərlər Fridunun dalınca tökülmüşdülər. Fridun ağacdan-ağaca yel kimi uçaraq, hasarı o taya aşmışdı. Bu zaman yerindən durub ətəyini çırpan ərbab Fridunun atasını yanına çağırmışdır:
– Ay kişi, sənin gözündən xəyanət tökülür!
Fridunun atası pambıq kimi ağarmışdı:
– Ağa, yüz ildir bu torpaqda qulluq edirik, on sənin kimi ərbab yola salmışıq, heç biri də bizdən xəyanət görməyibi
– Yox, sən xain adamsan, şələ-şüləni yığışdır, buralarda izini-tozunu görməyim.
Fridunun atası başqa bir yerdə işləmək istəmişdi. Lakin əvvəla, bir ərbabın qovduğu adama başqa ərbablar iş vermək istəməmişdilər. İkinci də, həmin ərbab Azərşəhrdən çıxmasa işin uzun sürəcəyini kişinin qulağına çatdırmışdı. Elə o günücə Fridungil doğma torpağı tərk etmişdilər. Əvvəlcə Təbrizə gəlmişdilər. Təbrizdə bir iş tapmaq mümkün olmadığını gördükdə Ərdəbilə, Fridunun anasının qohumları yaşayan kəndə getmişdilər. Kənddə də əsaslanmaq çətin olduğundan Fridunun atası ailəsilə birlikdə iş axtara-axtara Tehrana gəlib çıxmışdı.
Azərşəhrdən ayrıldıqları gündən Fridun ata və anasının üzündə dərin bir kədər görürdü. Onlar çox fikirli idilər. Zahirən təmkinli və mülayim olmağa çalışsalar da, gizlin iztirab və əndişələrini gizlədə bilmirdilər. Fridun xüsusən anasının çox sıxıldığını hiss edirdi: arvad torpaqdan qoparılmış bənövşə kimi hər an, hər dəqiqə şikayət etmədən sakitcə saralıb solurdu. Bir gecə uzun yoldan sonra hansı bir karvansaradasa şirin yatdıqları zaman laylaya oxşar bir ağlama səsinə Fridun yuxudan ayılmışdı: anası onun başını dizi üstə alaraq oturmuşdu. Fridun dərhal anasının boynuna sarılaraq, bərk yatmış atasını oyatmamaq üçün yavaşcadan:
Kitabxana.az · https://kitabxana.az/ru/works/mirze-ibrahimov-gelecek-gun-birinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Rza Qəhrəmani Friduna bir kömək etmək üçün çox çalışdı. Lakin bütün təşəbbüsləri nəticəsiz qaldı. Xüsusilə sərtib Səliminin və Hikmət İsfahaninin tutulması ilə iş çətinləşdi. Buna baxmayaraq o, məhbəslə əlaqə yaratmaq fikrindən əl çəkmədi. Oranın xırda qulluqçularından birini ələ almağa səy etdi. Fəridənin vasitəsilə, qızı toxucu fabrikində işləyən məhbəs süpürgəçilərindən bir qoca ilə əlaqə yaratdı. Onunla heç olmasa bəzi xəbərləri Friduna çatdırmağa cəhd etdi. Bu, Friduna ruhi qüvvə verər, iradəsini möhkəmlədərdi. Lakin qoca, qızının təklifinə qəti etiraz etdi:– İstəyirsən məni də tutub basalar ora?
İyirmi doqquzuncu fəsilMüharibə sürətlə inkişaf edirdi. Bu sürətlə müvafiq Tehranın siyasi dairələrində müxtəlif mülahizə və şayiələr gəzirdi. Rza xan müttəfiqlərin təklifini rədd etdiyi günlərdə almanların tezliklə Türkiyə və ya Qafqazdan qoşun keçirib, İranın köməyinə gələcəyinə aid şayiələr yayılmışdı. Lakin onlar sabun köpüyü kimi çox da tez dağılıb getmiş, yerini Hitlerin ünvanına yağdırılan lənətlərə, tam bir ümidsizliyi andıran danışıqlara tərk etmişdi. Artıq orada-burada Rza xandan, onun axır ayaqda nə cür hərəkət edəcəyindən, hara qaçacağından danışırdılar. Yeni dövlət quruluşu, məmləkətin gələcək taleyi hamını məşğul edirdi. Yavaş-yavaş inqilabi demokratik fikirlər, daha geniş dairələri əhatə etməyə başlayırdı. Fəhlə və kəndlilərlə dağınıq qüvvələrini birləşdirmək arzuları qüvvətlənirdi.Həyat və cəmiyyətin dərinliklərində yetişmiş və uzun müddət boğularaq, özünü göstərə bilməmiş ictimai qüvvələr baş qaldırır, böyük zəlzələ ilə torpağı çatladaraq, yuxarı püskürən vulkan kimi, hər şeyin altını üstünə çevirəcəyi ilə hakim təbəqələri təhdid edirdi. Yuxarı siniflər, istibdad və irtica qüvvələri onun bütün vüsətilə özünü göstərə biləcəyini hiss etdikdə qorxudan titrəyir, yaxınlaşmaqda olan fırtınanı yatırtmaq yollarını axtarırdı. Bu qorxu, bu vahimə Həkimülmülk və Rza xanları, mister Tomas və mister Haroldları daha artıq bir-birinə yaxınlaşdırır, təhlükə duyan canavarlar kimi bir dəstə halına salırdı. Xalqın hərəkətə gələcəyi, öz iradə və varlığını göstərə biləcəyi imkanı onları dəhşətə gətirirdi. Onlar uzaq gələcəyin mübarizəsinə hazırlaşır, yalan, böhtan, riyakarlıq kimi öz alçaq mübarizə silahlarını itiləyirdilər. Sovet xalqı, milyonlarla sovet əsgəri, qadın və kişiləri bəşər tarixinin görmədiyi bir qəhrəmanlıqla hər cür fəlakət və qurbanlara dözərək, bütün xalqların, bütün bəşəriyyətin azadlıq və gələcəyini Hitler yırtıcılarından qoruyarkən, Amerika, İngiltərə və İran mürtəceləri Tehranda oturub, gələcək mübarizənin riyakar planlarını tökürdülər. Xalq hərəkatının, demokratik inkişafın qarşısını almaq, Sovetlərə qarşı düşmənçilik siyasətini davam etdirmək yollarını axtarırdılar. Bütün millətlərin mülkiyyətçi və kapitalist sinfinə xas olan müxtəlif alçaq və vəhşi sifətlərdən əlavə, İran hakim və varlı təbəqəsinin özünəməxsus bir keyfiyyəti də vardır. Bu da onun doğulduğu gündən ictimai idealdan məhrum olmasıdır. Buna görə də o, hədsiz dərəcədə simasız və ikiüzlüdür. Bütün bu sinfin təbiəti olan bu keyfiyyət, bir dəryanın tərkibi bir zərrədə əks olunan kimi, həmin sinfin hər bir fərdinin, hər bir şəxsiyyətinin təfəkkür və əməllərində, əxlaq və adətlərində öz ifadəsini tapmışdır.
Otuzuncu fəsilAnasının ölümü Gülnaz üçün ağır taleyinin ən gözlənilməz bir zərbəsi oldu. İlk günlər o, tamam bir ümidsizlik içinə düşdü. Budur, qəlbində oyaymağa başlayan və onu mübarizəyə sövq edən hisslər sanki bir anlıq məhv olub getdi. Yenə nəhayətsiz bir tənhalıq duyğusu onun varlığına hakim oldu. Artıq onun bu böyük dünyada heç kəsi yox idi. O, kimsəsiz və pənahsız idi. Niyə özünü öldürmədiyinə, niyə anası ilə bir yerdə qəbrə girmədiyinə, yenidən bu cəhənnəmdə yaşamağa razı olduğuna da hərdən təəccüb edirdi. Bundan sonra o nə üçün yaşamalı, kimin yolunu gözləməli idi?.. Fridun dardan asılmış, atası kim bilir harada ölüb qalmışdı?Lakin bu bədbin və ezici düşüncələr, belə sağlam və gənc ürəkdəki həyat qüvvəsini, həyat eşqini, dumanlı və şirin arzuları boğub susdura bilmirdi... Yaşamaq, yaşamaq lazım idi. Onun ölümü ilə heç kəs səadətə çatmayacaqdı! Ölmək asan idi; həmişə mümkün idi! Lakin o yalnız özü üçünmü yaşayırdı? Bəs, yoxsul bir kəndli evində buraxıb gəldikləri balaca Almaz? Bəs Tehranın dolanbac küçələri, başaçılmaz hay-küyü içərisində itmiş Ayaz?.. Ah, kaş qardaşı və bacısı sağ olaydı. Gülnaz bütün zəncirləri qırar, bu zindandan qaçıb, onları tapar, qapılarda qulluqçuluq edərək, gecə-gündüz işlər və onları yaşadardı, uçuq bir daxmada sınıq bir kürsü başında olsa da, onlarla insana hər dərdi unutduran bir səadət tapardı!.. Yox, o körpələri tapmaq və böyütmək üçün yaşamağa, hər zülmə dözməyə dəyərdi... Sabahdanca küçələrə düşəcək, Ayazı axtarıb tapacaqdı və birbaş kəndə gedəcəkdi! Orada balaca Almazı da götürüb ata yurdunun bağlanmış qapılarını açacaqdı, axşam olub qaranlıq qovuşanda onların da evində işıq yanacaqdı. Cümə axşamları qapılarına gələn ata-babalarının ruhu peşman qayıtmayacaqdı. Kəndlilər “qeyrətli qızdır, ata ocağını birdəfəlik sönməyə qoymadı...” deyə ona hörmət edəcəkdilər...
Otuz birinci fəsilSovet ordusu Tehranın şimalında Kirəcdə dayanmışdı. Cənubda, Kirmanşahda ingilis qoşunları ilə İran qoşunları arasında saziş əmələ gəlmişdi.Tehranda vəziyyətin ən gərgin zamanı idi. Qoşunlar qaçmış, idarələr pozulmuş, tam bir hərc-mərclik yaranmışdı. Hakimiyyət adına hələ də zahiri bir sükut içərisində yaşayan saraydan başqa, heç bir şey qalmamışdı.
Стихи других поэтов
Könlümün hər dəm girər ol mahsima qoynuna,Yeridür gər girsə Xurşidnin Məsiha qoynuna.
Qəm çəkmə, ey könül, yenə canan sevir səniQəm çəkmə, ey könül, yenə canan sevir səni,Dərdindən öldüyün güli-xəndan sevir səni.
Yer üzündə bir evim var...Yer üzündə bir evim varPəncərəsi günəşə.
KəməndTa müənbər kakilin xurşidə salmışdır kəməndBağlamışdır boynumu zənciri-zülfün bənd-bənd