İyirmi beşinci fəsil
Страница 1 из 4
Göhər Səriyyə xalanın əyninə göy qədəkdən bir xalat geyindirib, ikimərtəbəli evinin birinci mərtəbəsində mətbəxin yanındakı böyük eyvanda oturtdu və yunu, parçanı qabağına töküb, “burada işləyəcəksən” dedi. Səriyyə səhərlər ora gedir, axşamlar fabrikin həyətində işıqsız, torpaq döşəməli daxmada yatırdı. Göhərin uşaqdan xoşu gəlmədiyini hiss edərək, Niyazı yanınca aparmayıb, bütün günü fabrikin həyətində özbaşına buraxmağa məcbur olurdu. Göhərin ikinci gün ona verdiyi bir tüməni bərk-bərk yaxasında gizlədərək gündə iki qranlıq çörək alırdı. Çörəyi iki yerə bölüb, birini Niyaza verir, o birini də cındır parçasına büküb küncə qoyurdu.
– Bala, bunu indi ye, bunu da günorta yeyərsən, – deyib üzündən öpərək işə gedirdi. Şama da qayıdanda özü ilə Göhərin verdiyi süfrə dibini gətirirdi. Uşaq çörəyi qoltuğuna sıxıb, parça-parça ağzına doldurur və acgözlüklə yeyir, daha aclıqdan şikayət etmirdi. Amma onun rəngi üstünə gəlmir və üz-gözü saralıb solurdu. Səriyyə xala onu birtəhər əvvəlki halına qaytarmaq üçün öz tikəsini də kəsib ona yedirdirdi. Axşam qayıtdıqda bütün günü həyətdə başsız qalmış uşağını üst-başı palçıqlı və çirkli tapırdı. Qadınlar onun zığ içində oynadığını, barama qazanlarını əlləşdirdiyini, bəzən də həyətin ortasında yerə sərilib ağladığını deyirdilər. Lakin Səriyyənin onu yenə də tək buraxmaqdan başqa çarəsi yox idi. Çünki birinci gün özü ilə apardıqda uşaq aynabəndin şüşəsini qurdalamağa başlamışdı. Göhər, “Xala, gözlə sındırar ha” demiş və əlavə etmişdi:
– Uşaq da bir şey deyil, zəhləm gedir.
Səriyyə xala yorğanın yaxşı çıxması üçün çox səy edirdi. Çünki taleyi bundan asılı idi. Göhər xanım bəyənsə ona iş verdirəcəkdi, əks halda yenə küçələrə düşməli olacaqdı. O, diqqətlə yunu yuyur, sərib qurudur, çırparaq təmizləyir və yorğanı sırımaq üçün yer hazırlayırdı. Gündüzlər fabrikdə ipək pərdə ilə ikiyə bölünmüş otaqda ərbaba kömək edən Göhər axşam evə qayıtdıqda Səriyyə xalanın işinə baxaraq:
– Yaxşı səliqən var, xala, – deyib razılığını bildirdi.
Bundan ürəklənən Səriyyə daha artıq səy etdi, yorğandan əlavə başqa işlərinə də əl atdı. Xalçaları həyətə salıb çırpdı, süpürgəni götürüb, evlərin toz-torpağını sildi, çünki üçotaqlı, ikimərtəbəli evdə Göhər təkcə yaşadığından bütün günü onları silib-süpürən olmurdu. Zirzəmidə qalan, hər iki qulaqdan kar qoca nökər də peçi qalamaq, bazara getmək və həyəti təmizləməkdən başqa bir iş bacarmırdı.
Göhər kontordan gəlib, ev-eşiyi süpürülmüş, səliqəyə salınmış gördükdə Səriyyə xalaya:
– Sağ ol, ay xala, evi ayna kimi parlatmısan, – dedi.
İyirmi dörd yaşında ərə gedib, iyirmi doqquz yaşında dul qalmış Göhər ömrünün açılan çağlarını yaşayırdı. Onun birinci əri xırda tacir idi. Ölən günə qədər “uşaq” deyib durmuş və Göhərin qəti müqaviməti nəticəsində bu həsrətlə də dünyanı tərk edib, heç bir qohumu olmadığından mülk-malını məlahətindən doymadığı Göhərə buraxıb getmişdi. Həyatda şirinlik sevən və şirinlik yaratmağı bacaran, gözüaçıq Göhər onun ölümündən sonra vətəni olan Şiraca, valideynlərinin yanına qayıtmaq istəmədi. Tehranda gah gəncliyinə tamahlanıb, gah da var-yoxunu ələ keçirmək istəyərək, ona evlənmək təklif edənləri bir-bir rədd etdi. Nəhayət, kustar fabrikinin sahibinə rast gəldi. Lakin Göhər onu yaxına buraxsa da, evlənməyə razılıq vermədi. Ərbab da səbir və mətanət göstərdi. Göhəri fabrikinə apardı. Özünə köməkçi etdi, hər cür hörmət göstərdi və nəhayət, ona məhrəm oldu. Buna baxmayaraq, Göhər yenə rəsmi arvad olmaqdan boyun qaçırırdı. O, yaxşı anlayırdı ki, dörd uşağı və arvadı olan bu adama ərə getməklə heç şey qazanmayacaqdı. Əksinə, kəbin zəncirini boynuna salıb, ixtiyarını əbədi olaraq ona vermək həm öz müstəqilliyini itirəcəkdi, həm onun məhəbbətini soyudacaqdı, həm də malının və canının ağası edəcəkdi. İndi isə Göhər onun ağası idi, başqa evlənmək istəyənlərin hamısını qovub, ayda bir-iki dəfə onu yanına buraxmaqla özünü daha da şirin edərdi.
Səriyyə xala Göhərin həyatının bu cəhətlərini bilmədən və maraqlanmadan tapşırıqlarını yerinə yetirir və getdikcə onun hüsn-təvəccöhünü qazanırdı.
Göhər kontordan gəlib həyətə girən kimi Səriyyə xalanı çağırdı.
– Dur, tez get, – dedi, – Niyaz bir az xarabdır.
Səriyyə xala onun üzünə baxıb, bir şey anlamadı. Fikri Niyazın yanında həyətdən çıxdıqda, Göhər rəhmə gəldi:
– Al bu beş tüməni də, lazım olar...
Səriyyə qıçları dolaşıb, tövşüyə-tövşüyə fabrikə tərəf qaçdı. Gün yenicə batmışdı. Lakin göy üzü buludlu olduğundan hava tez qaranlıqlaşmışdı. Səriyyə xala üzləri yorğun və sapsarı, üst-başları çirkli və dağınıq fabrikdən çıxaraq evlərinə tələsən fəhlə qadınlarla qarşılaşdı. Onun fabrik həyətində yaşadığını bilən və Niyazı tanıyan bəziləri ayaq saxlayıb, yol verdilər. Səriyyə özünü hamamın yanındakı daxmaya atdı. İlk gözünə dəyən fabrikdə birinci gün gördüyü Firuzə oldu. O, torpaq döşəmədə oturub, Niyazın başını dizi üstünə almışdı. Başqa bir qadın çömbələrək Niyaza baxırdı. O, Səriyyəni gördükdə qalxdı və yer verdi.
Səriyyə xala onu sonra tanıdı: bu, qarayanız Fatma idi.
Fəlakəti duymuş və boğazı qurumuş Səriyyə Firuzənin yanında oturdu, uşağa tərəf əyildi.
– Niyaz, bala, haran ağrayır?
Uşaq zorla gözünü açıb, anasına baxdı və yenə yumdu. Firuzə yavaşca onun başını Səriyyə xalanın dizi üstünə qoydu. Ana Niyazı qaldırıb, bağrına basmaq istərkən Firuzə:
– İncitmə xala, yazıqdır, qoy rahat can versin! – dedi və yaşarmış gözlərini yana çevirdi.
Niyazın ölümündən sonra Səriyyə xala yenə Göhərin evinə gedir, yorğanların mitilini sırıyırdı. Lakin əlləri əvvəlki kimi işləmir, gözləri tez yorulub, tikişi-tikişdən seçmirdi. Ən pisi isə son günlər tez-tez onu boğan ağır öskürək idi. Belə hallarda o dayanıb, nəfəsini dərir, əllərini yanına salıb dincəlir, gözlərini yumub otururdu. Bəzən ürəyi darıxanda heç kəsin eşitməyəcəyi sakit həyətdə həzin-həzin oxuyurdu.
Yorğanları tikib qurtardıqda Göhər xanım o yan-bu yanını çevirdi, əli ilə yoxladı və bəyəndi. Müzd olaraq verdiyi yeddi tüməndən əlavə göy qədək paltarı da ona bağışladı.
– Heç karxanaya getmə, – dedi, – qal evin işlərini gör, mənə qulluq elə.
Lakin Səriyyə xala Göhərin evində çox qalmadı. Bir axşam Göhər yuxarı otağın pəncərəsindən həyətə baxdığı zaman, Səriyyə xalanın öskürərək sinəsindən qan gəldiyini gördü. Göhər bunu diqqətsiz buraxmadı. Aşağı endi, onun tez-tez öskürdüyünü və neçə dəfə döşündən qan gəldiyini öyrəndikdə öz-özünə:
– Vərəmdir, – deyib fikrə getdi və əlavə etdi:
– Səriyyə xala, sabahdan fabrikdə işləsən yaxşıdır, ərbabla mən özüm danışaram.
Ərbab onu barama bişirən arvadların içində işə qoyub, fabrikin həyətindəki işıqsız daxmada yatmasına icazə verdi.
Səriyyə xalanın işlədiyi fabrikin yalnız adı fabrik idi. Əslində isə o, İranın bir çox şəhərlərində olan kustar karxanalardan biri idi. Burada ibtidai üsullarla həm barama bişirir, həm onu telləyir, həm boyayır, həm də ipək toxuyurdular. Onun buraxdığı mal, əsasən kənd yerlərində satılır və əhalinin aşağı təbəqələri tərəfindən istifadə edilirdi. Orada “sex” başçıları olan kişilər istisna edilməklə, bütün işçilər qadınlardan ibarət idi. Çünki onların əməyi çox ucuz və, faydalıdır. Sahibkar onları istədiyi qədər işlədib, kefi çəkən qədər maaş verə bilərdi.
Səriyyə xala işə günorta naharından sonra başladı. Sex müdiri onu bir neçə böyük qazanın bulandığı yerə gətirdi:
– İş qurtaranda bu qazanların suyunu boşaldıb yuyacaqsan, anbardan təzə su gətirib dolduracaqsan, bu işi sabaha qoymaq olmaz, səhər kargər işə gələndə gərək qazanı təmiz su ilə dolu görə.
O, ayağı ilə yerdəki çirkli suyu və zir-zibili göstərdi:
– Belə şeylər də gərək olmaya, bax, süpürgə də ordadır, hər gün silib süpürəcəksən, tezdən ocaqları yandırmaq da sənin işindir.
Səriyyə elə o saat, böyük qara əsgini, vedrə və süpürgəni götürdü, çirkli suyu yığıb qurulamağa, zir-zibili təmizləməyə başladı. O, tər və buğ içində qazanların başında işləyən qadınlara toxunmamağa çalışaraq, addım-addım hər tərəfi dolandı. Bu iş ona o qədər də ağır görünmədi. Lakin gün batandan sonra bütün fəhlə qadınlar dağıldıqda qazanların suyunu həyətin ayağındakı arxa daşıyıb, on-on beş piləli ovdana oxşar anbardan təzə su gətirməyə başlayanda nəfəsinin kəsildiyini, qollarının quruyub yanına düşdüyünü, dizlərinin əsdiyini hiss etdi. Yenə bərk öskürərək anbarın ağzında oturub nəfəsini dərdi.
Yalnız gecədən xeyli keçmiş qazanları doldurub qurtardı. Tər içində özünü daxmasına atdı və nə zaman yuxuya getdiyini bilmədi. Son illər ərzində belə yorulduğu olmamışdı, birinci dəfə olaraq ağır yuxuya getdi. Lakin səhər işıqlananda hərasan qalxdı. Yatıb yuxuya qalmaq və işdən qovulmaq vahiməsi şirin yuxuda da fikrindən çıxmamışdı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/mirze-ibrahimov-gelecek-gun-iyirmi-besinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Kərimxan Azadi qaranlıq və rütubətli zindana birdən-birə alışa bilmədi. Ona elə gəlirdi ki, uzun bədənini, enli çiyinlərini dar bir məzar sıxmaqdadır. Sanki onu zorla bir qəbrə soxmuş və qəbri də dikinə qaldırmışdılar. Heç bir yana tərpənmək mümkün deyildi. Heç olmazsa bazubəndin sıxdığı və bükülməkdən yorulmuş qollarını açmaq imkanı olaydı!.. Heç olmazsa gah qızışan, gah buz kimi soyuyan qıçlarını bircə anlığa aça biləydi!.. Nə üçün o tərpənə bilmir? O haradadır? Onun hissiyyatı və ağlı özündədirmi? Bəs ildırım sürətlilə barmağının ucundan başlayaraq beyninə qədər yeriyən bu sancı nədir?.. Görəsən, bu ağrılar, bu sızıltılar bədənin harasından baş qaldırır?.. Bəs bu su haradan axır? Yarıbihuş və yarıayıqlıq aləmindədir... O, qıçlarını çırmayıb gedir, gedir, tələsir, lakin çay qurtarmır, sahil görünmür. Bu zaman əzabın nəhayətsizliyindən doğan məyus bir fikirlə, bir ümidsizliklə özünü buzlu suların qoynuna atır, bütün bədəni titrəyir. Budur, artıq əziyyətlərin sonu çatdı. Əzablar qurtardı, hissiyyat susdu. Bütün əzası əbədi bir istirahətə daldı. Yox, bu əbədi rahatlıq deyil. Qəlbinin harasında isə hələ də əzablı bir duyğu yaşamaqdadır. Yəqin, o, dərin bir yuxuya getmişdir, bunlar hamısı pis bir röyadır, dəhşətli bir kabusdur. Röyada olan kimi qışqırmaq istəyir, səsi çıxmır, əlini uzatmaq istəyir, bacarmır.Onun bu ağır əzablara dözən sağlam vücudu, ecazkar bir surətdə öz həyat qüvvəsini göstərirdi. Birdən-birə uzun sürən dərin bir huşsuzluq içərisindən ayılır, müstəsna bir aydınlıqla hər şeyi anlayır, hər şeyi xatirinə gətirirdi. Nə cür tutulduğunu, necə bu qaranlıq məhbəsə düşdüyünü, nə əzablara məruz qaldığını və yoldaşlarına xain çıxmadığını açıq-aydın təsəvvür edirdi. Hafizəsində keçmiş günlər, ömrünün ağır uşaqlıq dövrləri, zəhmət, məhbəs və sürgünlər canlanırdı. Xavər, qaranlıq göylərdəki təkcə bir ulduz kimi onun həyatına işıq verən Xavər gəlib gözləri önündə dururdu. Sanki yenidən ürəyi bir şadlıq, bir səadət istisi ilə qızınır, dar və rütubətli zindana bir baharın ətri gəlirdi. Lakin mabədini düşünməkdən çəkinirdi. Xavərin indiki həyat və vəziyyətini təsəvvür etməkdən qorxurdu. Bu təsəvvür onu əzə bilər, iradəsini süstləşdirər, məhv edərdi. O, xəyalında həyatının başqa səhnələrini canlandırmağa çalışır, Fridunu, Kürd Əhmədi, pəncərədən müvəffəqiyyətlə qaçan doktorun oğlunu xatırlayırdı. Bunlar onun əzgin ruhuna ümid və qüvvət verirdi. Yalnız o, bircə şeyi xatırlaya bilmirdi. Görəsən, buraya düşdüyü neçə gündür? Bəlkə, aylar gəlib keçmişdir?.. Bu xatirələrə daldığı, huşu özündə olan zamanlarda Məhbusinin də siması gözləri önündə dururdu. O hələ də öz imanında möhkəm qalmaq istəyirdi. O, şübhəyə yol verməkdən qaçırdı. Çünki bütün bu dəhşətli əzablardan daha dəhşətlisi, onun səhvi, ehtiyatsızlığı nəticəsində yoldaşlarını fəlakətə verdiyi ehtimalı ola bilərdi. O, bu fikrin ağırlığına davam gətirə bilməzdi. Bununla belə, nə qədər çalışsa da, yenə ürəyində harada isə kor bir şübhə yaşayırdı. Axı o yaxşı adamdırsa, niyə ilk görüşdə Xavərə xoş gəlmədi? Yox, sevən qadınların hissiyyatı yanlış olmur! Bəs onda nə üçün Məhbusini də tutdular? Axı o zavallı da harada isə indi belə bir məzar içində çırpınmaqdadır... Bu təzadlı fikirlər içərisində o yalnız bircə şeyə sevinirdi: nə yaxşı ki, Fridun və Kürd Əhmədi onunla tanış etməmişdi. Sadiq adam olsa da, indi zəiflik göstərə bilər, onları ələ verə bilərdi. Bu fikir onu az-çox təskin edirdi.
İyirmi ikinci fəsil1941-ci ilin baharı gəlirdi. Hər gün təmiz və sakit bir səhər açılır, mavi üfüqlər dumduru, ləkəsiz və nəhayətsiz görünürdü. Novruz bayramına az qalırdı. Şəhərdə axır çərşənbələri bayram edirdilər, dükan-bazar boyalı yumurtalar, rəngarəng parçalar, əli-ayağı xınalı adamlarla dolmuşdu. Fridun bütün bunlardan xəbərsiz kimi idi. Sanki nə gəlməkdə olan baharı, nə də bayramı görürdü. Hər gün onun vaxtı min bir qayğı içərisində keçirdi. Gah doktorun oğlunun, gah arvadının, gah Xavərin yanına gedir, gah Kürd Əhmədlə görüşmək lazım olur, gah dəmiryol və bütün fabrik işçilərinin yanında olur, gah da Səlimi, Şəmsiyyə və Südabə vasitəsilə zindandakılara kömək etmək yollarını axtarırdı. Lakin hələlik heç bir şey etmək mümkün olmurdu. Səlimi ona, bu məsələ ilə Rza xanın hər gün, hər saat məşğul olduğunu, istintaq nəticələrini hər gün tələb etdiyini, vəzarəti-kişvərdə və məhbəsdə müstəsna bir gərginlik yarandığını demişdi. Hətta onun hərbilər arasında olan yüksək mövqeli tanış və dostları belə bu işə yaxın düşməkdən imtina edirdilər. Beləliklə, zindandakıların xilası üçün heç bir ümid yox idi. Fridun Südabə və Şəmsiyyə vasitəsilə bir təsir etmək mümkün olacağını düşündü. Sərhəng Səfai Hikmət İsfahaninin yaxın dostu idi. Bəlkə onun işə qarışması ilə heç olmazsa gözlənilən ölüm cəzasını əbədi sürgünlə əvəz etmək mümkün olar deyə Şəmsiyyə ilə danışmaq istədi. Səlimi məsləhət görmədi:– Əvvəla, Hikmət İsfahani xeyri olmayan bir işə, xüsusən belə bir işə girişməz, ikinci də, əgər xeyri olsa, bu saat yenə bu işə yaxın düşməz. Çünki, həm Həkimülmülk, həm də Rza xanla əlaqələri hələ düzəlməmişdir. Onu ittiham edib, boğazından asmağa bəhanə axtarırlar.
İyirmi üçüncü fəsilAyaz beş qranı ovcunun içinə sıxaraq çiyinlərini qısmış halda, titrəyə-titrəyə bazar qələbəliyinə qarışmışdı. Təzəcə yağış yağdığından çox palçıq idi. Adamlar ətəklərini yığışdıraraq, su gölməçələrinin qırağı ilə ehmalca o tərəf-bu tərəfə keçirdilər. Ayaz kimi ayaqyalın, başıaçıq uşaqlar heç kəsə, heç nəyə əhəmiyyət vermədən palçıqlı suyu ətrafa sıçrada-sıçrada gölməçələrin içində yeriyirdilər. Köhnə tumanköynəkdən, cırıq və yamaqlı pencək-şalvardan tutmuş, qapı cəftəsinə, lampa şüşəsinə, bülbül qəfəsinə qədər müxtəlif şeyləri qolunun üstünə, çiyninə ataraq və ya əlində tutub, havada oynadaraq, satmaq üçün bar-bar bağıran adamlar bir-birinə qarışmışdı. Ayaz izdihamdan ayrılıb, buludlar arasında boylanan yaz günəşinin soyuq işıqları düşmüş quru və nisbətən sakit bir yerə çıxdıqda burnuna tünd bişmiş iyi dəydi. Bura qovurmaçılar meydanı idi. Bir tərəfdə tavada cızbız qovrulur, bir tərəfdə çüğündür buğlanır, o biri tərəfdə pörtlənmiş kartof ağarırdı. Ayaz ləbləbi bişirənə yaxınlaşdı:– Əmi, çörək dükanı haradadır?
İyirmi dördüncü fəsilAğır bir məzar sükutu içərisində edam hökmünü onlara oxudular. Ölümə məhkum edilənlər kamerasına salıb, iyirmi dörd saatlıq həyatları qaldığını bildirdilər. İyirmi dörd saat! Bu iyirmi dörd saatda nələr ola bilərdi? Onlar min arzu və xəyal ilə yaşayır, azadlıq ümidini itirmirdilər. Bununla belə, hər keçən saniyə iradəni sarsıdır, ölümün dəhşətli rəmzi olan dar ağacını gözləri önünə gətirirdi. Onlar dəqiqələri, saniyələri saymağa başlayırdılar. Kərimxan, insanın oturub dəqiqələri saya-saya ölümü gözləməyindən dəhşətli bir şey olmadığını bilirdi. Belə dəqiqələrin ağır iztirabına dözməyib, dəli olanları o, məhbuslar arasında az görməmişdi. İyirmi dörd saatda əlli illik bir həyatın işgəncələri altında əzilmiş kimi, saçı-saqqalı ağaran, üz-gözünü qırışıq basan, heç bir zaman unuda bilmədiyi bir məhbusun surəti indi də gəlib gözləri önündə durmuşdu. O, bu fikir və xatirələri qovmağa çalışırdı. Həyatının xoş günlərini, qəlbə qüvvət və mətanət verə biləcək hadisələrini xatırlamağa səy edirdi. Cənubda sürgündə olanlar arasında rast gəldiyi bir dabbaq yadına düşdü. Dabbaq qərib bir adam idi. Onun qırx illik ömrünün yarısı məhbəslərdə və sürgünlərdən keçmişdi. O, beş dəfə məhbəsdən, iki dəfə sürgündən qaçmışdı. Axırıncı dəfə yenə qaçmaq istəyəndə tutub, edama məhkum etmişdilər. Onu asmamışdan qabaq demişdi:“Dünyada qəlyandan doymadım. Bir qəlyan gətirin, bir qurtum sümürüm, sonra asın”. On yaşından başlayaraq bütün ömrünü oğurluqda keçirmiş otuz yaşlı başqa bir məhbusu asdıqda “vəsiyyətin nədir?” sualına cavab vermişdi: “Çayçı Əhmədə beş tümən borcum var, onu verin, anama da deyin mənə südünü halal eləsin?”
Стихи других поэтов
Düşdi dil şəm'i-ruxun şövqünə pərvanə kimi,Aqibət atəşi-eşqinlə sənin yana kimi
Ulusum adlı-sanlı ordumdurUlusum adlı-sanlı ordumdur,Ulu yurdumdan almışam ilham.
OynarYenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.
Ey gözüm nuri, qarari-düi-ürfan, getməNeyləyim, covr eləyir cərxi-cəfakar mənə,Göndərib hər nə qədər covr, sitəm var, mənə.