İyirmi üçüncü fəsil
Страница 1 из 5
Ayaz beş qranı ovcunun içinə sıxaraq çiyinlərini qısmış halda, titrəyə-titrəyə bazar qələbəliyinə qarışmışdı. Təzəcə yağış yağdığından çox palçıq idi. Adamlar ətəklərini yığışdıraraq, su gölməçələrinin qırağı ilə ehmalca o tərəf-bu tərəfə keçirdilər. Ayaz kimi ayaqyalın, başıaçıq uşaqlar heç kəsə, heç nəyə əhəmiyyət vermədən palçıqlı suyu ətrafa sıçrada-sıçrada gölməçələrin içində yeriyirdilər. Köhnə tumanköynəkdən, cırıq və yamaqlı pencək-şalvardan tutmuş, qapı cəftəsinə, lampa şüşəsinə, bülbül qəfəsinə qədər müxtəlif şeyləri qolunun üstünə, çiyninə ataraq və ya əlində tutub, havada oynadaraq, satmaq üçün bar-bar bağıran adamlar bir-birinə qarışmışdı. Ayaz izdihamdan ayrılıb, buludlar arasında boylanan yaz günəşinin soyuq işıqları düşmüş quru və nisbətən sakit bir yerə çıxdıqda burnuna tünd bişmiş iyi dəydi. Bura qovurmaçılar meydanı idi. Bir tərəfdə tavada cızbız qovrulur, bir tərəfdə çüğündür buğlanır, o biri tərəfdə pörtlənmiş kartof ağarırdı. Ayaz ləbləbi bişirənə yaxınlaşdı:
– Əmi, çörək dükanı haradadır?
Ləbləbi bişirən onun armud saplağı kimi incəlmiş boğazından tutaraq sağa çevirdi və:
– Odur bax, oradadır, – dedi.
Çörəkçilər təndirdən yeni çıxmış lavaşı asaraq və üzünə xaşxaş səpilmiş çörəkləri taxta ləmələrə düzüb, müştəri gözləyirdilər. Ayaza qəribə gəldi ki, bu qədər çörək ola-ola niyə şəhər onlar kimi aclarla doludur? O, bunun səbəbini heç cür anlaya bilmirdi. Yadına ovcundakı beşqranlıq düşdü və öz-özünə “pulları yoxdur, ona görə” deyib düşündü. Çörək dükanlarının qabağında zığdan yerimək olmurdu. Onların ətrafı bir-birini itələyib, müştəri axtaran alış-verişçilərlə dolu idi. Ayaz dükanlardan birinə yaxınlaşdı, iki qranlıq çörək alıb qoltuğuna vurdu və geri qayıtdı. Taxta bir dükanın dalında bir dəstə uşaq oturmuşdu. Onlar da Ayaz kimi çıl-çılpaq idilər. İçlərində qızlar da vardı. Özlərini günə verir və aşıq-aşıq oynayırdılar. Ayaz ayaq saxlayıb kənardan onlara baxdı. Uşaqlardan biri barmaqlarını əllərini oynadaraq divarda gah dəvə qulağına, gah dovşana, gah da itə oxşar cürbəcür şəkillər salırdı. Bu, Ayaza maraqlı göründü. Uşaq onun nəzərini cəlb etdiyini gördükdə əli ilə şəkillər düzəldə-düzəldə gah boğazında, gah burnunda cürbəcür səslər çıxartmağa başladı. O birdən it kimi hürür, küçük kimi zınqıldayır, pişik kimi miyoldayırdı. Onun bu hərəkətlərinə nəinki Ayaz, hətta bazar adamları da ağzını açıb tamaşa edir və gülürdülər. Lakin “Qoyma, qaçdı!” deyə qopan bir qadın çığırtısı hamının nəzərini cəlb etdi. Uşaqlardan biri, ağzını açıb oyunbaza baxan satıcı arvadın iki cüt güllü corabını götürüb, camaatın arasına soxulmuşdu. Arvadın hay-küyü bazarı basmışdı. Bunu görən yekəpər bir ajan izdihamdan çıxıb tini dönmək istəyən uşağın qolundan çəkib saxladı. Qulağından tutub bərk burdu, yuxarı qaldırdı. Uşaq qışqırdı, ajanın əlini dişlədi. Ajan acıqlanıb, onun o biri qulağından yapışdı. Yoldaşlarının ağlamasına dözə bilməyən uşaqlar, ona havadar çıxdılar. Bazar bir-birinə dəydi. Ajan Ayazı da yurdsuz uşaqlara qatıb qabağına saldı. Ayazın qulağına kəsik səslər dəyirdi:
– Kişi, çıxart bunları, abrımızı tökdülər...
– İt küçüyündən pisdirlər...
– Gözdən tük qapırlar...
Ayaz yana çıxdı, üzünü ajana tutub ağladı:
– Ağa, məni burax, anam gözləyir.
Ajan heç ona baxmadı da:
– Kəs səsini, küçük! Anasına bax! O çörəyi hardan oğurlamısan?
Ayaz and içdi:
– Həzrət Abbas haqqı oğurlamamışam.
– Həzrət Abbas sənə qənim olsun!.. Yeri!..
Ayaz, bazardan xeyli uzaqlaşdıqlarını, bələdliyə bilmədiyi döngələrdən keçdiklərini gördükdə, xəstə anası, acından zarıyan Niyaz yadına düşdü.
Uşaqların içindən ayrılıb qaçmaq istədi. Ajan tüfəngin qundağı ilə belindən elə vurdu ki, o, yerə yıxıldı. Qoltuğundakı çörək kənara sıçradı. Əlindəki üç qran pul zığa düşdü. Lakin o qalxınca çörəyin hər tikəsini bir uşağın əlində gördü. Üçqranlıq isə yox oldu. Ajan:
– Qarğa-quzğundan pisdirlər, – deyib onları daha bir neçə döngədən keçirtdi. Bir-birinə qatıb, hara isə apardı. Ayaz, bədəninin ağrısından zorla yeriyir və daha qaçmağa təşəbbüs etmirdi. Ajan onları get-gəl seyrəkləşən xarabalığın dibində qoyub qayıtdı:
– Kimi bazarda görsəm, canını alacağam!
Hey burunlarını çəkən uşaqlar bir-birinə baxdılar. Xarabalığın o tərəf-bu tərəfinə dolandılar. Kimisi özünü divarın dibinə günə verdi, kimisi uçuq divarlara dırmaşdı, kimisi daşların altında eşələnməyə başladı. Bazarda əli ilə oyunlar çıxaran və corabı götürüb qaçmaq istəyən uşaqlar Ayaza yaxınlaşdılar:
– Cibə girə bilirsən?
Ayaz təəccüb etdi, başını tərpətdi.
Qulağı qanlı uşaq qapazı onun başına endirdi:
– Bəs nə bilirsən?.. Dilin yoxdur, lalsan?..
Ayaz qapaz vuran uşağın böyründən itələdi:
– Başıma niyə vurursan?..
Uşaq səndələyib yıxıldı. Bunu görən yoldaşı Ayazın üstünə atıldı və onu yumruqladı. Ayazın ağzı isti qanla doldu. O, oyunbaz uşağın qıçlarından tutub yerə yıxdı və əzişdirdi. Bu zaman o birisi uşaq yoldaşlarının hayına gəldi. Onlar Ayazı ayaqları altında tapdalayıb getdilər. Ayaz üst-başı palçıq içində durub oturdu, dörd tərəfinə baxdı, heç kəsi görmədikdə əli ilə burnunun, ağzının qanını sildi. Xarabanın qabağındakı balaca gölməçənin suyunda əllərini, üzünü yudu və evlər görünən tərəfə yollandı. Anası və qardaşını axtarıb tapmaq həsrəti ürəyini yeyirdi. O, küçələri dolandı. Böyük, kiçik evlərin qabağından keçdi. Lakin bunlar hamısı görmədiyi, tanımadığı yerlər idi. Gün batan çağı bərk acdığını və yorulduğunu hiss etdi. Üç-dörd çörəkçi dükanının qabağında durub çörək alanlara, dükançılara baxdı. Çörəyin iyi burnuna dəydikcə sanki səbri tükənir, ixtiyarı əlindən gedir, aclığı şiddətlənirdi. Neçə dəfə əlini açıb, çörək dilənmək istədi, lakin bacarmadı, elə bil ki, atası, anası gəlib qabağında durur, tənəli gözlərlə ona baxırdı. Bir daha çörəkçi dükanlarına baxmadan çəkilib getdi. Gecəni, özü kimi bir neçə uşağın bir dalana dolduğunu gördü. Onlara qoşuldu, çöldə soyuqdan titrəməyə davamı yox idi. Uşaqlar bir-birinə və dalana gəlmiş sahibsiz küçə itlərinə qısılaraq yatır, əsnəyirdilər. Səhər açılan kimi onlar bir-bir durub dağılışdılar. Qəribə idi ki, Ayaz hələ aclıq duymurdu. Sanki heç mədəsi yox idi. Bir az da dincəlmişdi, yenə anasını tapmaq ümidilə şəhərə çıxdı. Dükan-bazar təzə açılırdı. Hava çiskindi. O, küçələri dolandıqca, içərisində nəyinsə hərəkətə gəldiyini və bütün varlığına sahib olduğunu hiss etdi. Aclıq dünənkindən daha güclü bir halda onu əldən salırdı. Bir yerdən keçəndə yenə təzə çörək iyi duydu. Çörəyin iyi nə qədər şirin, nə qədər dadlı idi!.. Çörəkçi təndirdən yeni çıxan çörəkləri ləmələrə düzürdü. Ayaz elə bildi ki, indicə özünü bu çörəklərin üstünə atacaqdır!.. Yavaşca dükana yaxınlaşdı. Çörəkçi altdan-yuxarı ona nəzər saldı. Ayaz, bu kişinin gözlərində bir mehribanlıq duydu. Bir addım da irəlilədi, qapının ağzında durub, həris gözlərini yerə tökülən çörək qırıntılarına dikdi. Çörəkçi:
– Nə istəyirsən, bala, – deyə farsca soruşdu.
Ayaz zəif səslə:
– Əmi, mən farsca bilmirəm, – dedi.
Çörəkçi güldü. Azərbaycan sözlərini sındıra-sındıra danışdı:
– Təbrizdənsən, bala?..
Ayaz:
– Xeyr, əmi, Ərdəbildənəm, – dedi.
– Yetimsən?
Ayaz, ata-anasını itirib küçədə qaldığını danışdı. Kişi dükanın taxtasını qaldırdı:
– Keç oğul, burda işlərsən.
Ayaz, gündüzlər satış işində qocaya kömək edir, axşamlar ayaqlarını təmiz yuyaraq xəmir ayaqlayır, su daşıyırdı. Qarın dolusu çörəyə çatdığı üçün sevinsə də, ata və anasını tapmağı fikrindən çıxara bilmirdi. Günlər qızdıqca ona elə gəlirdi ki, atası da, anası da öz yerlərinə, öz kəndlərinə qayıdacaqlar. Bu ümid onda Tehranı qoyub getmək fikri oyadırdı. Bir gün ağlaya-ağlaya o öz fikrini qoca çörəkçiyə dedi:
– Atamı, anamı könlüm istəyir, əmi.
Kişi ona qulaq asdı, görünür yazığı gəldi:
– Yaxşı, bala, səni Ərdəbilə yola salaram. Bir az pul verərəm, oradan da kəndinizə gedərsən.
Doğrudan da, bir həftə sonra çörəkçi onu qırmızı rəngli, içi adamlar, üstü yüklə dolu böyük bir maşına, şoferin yanında oturtdu:
– Ərdəbildə düşürdərsən, – dedi, – bu pulları da özünə verərsən, bacarsan, yazıqdır, ordan kəndə də yola sal.
Evlərindən çıxandan bəri bu adam Ayazın rast gəldiyi ilk mərhəmətli adam idi. Nədənsə onu atasına oxşadırdı. Üz-gözünü yadında saxlamaq fikrilə diqqətlə ona baxdıqda, elə bilirdi, atasıdır qabağında durub...
Tehranın üstünü qara buludlar almışdı. Yel onları Xəzər dənizi və Gilan meşələrinin üstündən gətirib, hara isə qovurdu. Getdikcə külək yavaşıyıb, gün batan çağı tamamilə kəsilsə də, şəhərin üstündəki qara buludlar dağılmadı. Əksinə, onlar daha da sıxlaşdı və şimşək qarışıq bir göy gurultusu altında iti bir yağışla yumadığı bir küçə buraxmadı. Üfüqlərdə insanı parça-parça edəcək təsiri bağışlayan xəncər ağızlı ildırımlar oynadıqca Səriyyə xala Niyazı bağrına basıb deyirdi:
Kitabxana.az · https://kitabxana.az/ru/works/mirze-ibrahimov-gelecek-gun-iyirmi-ucuncu-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
İkinci kitabı yaymaq birincidən çox çətin oldu. Artıq hər yerdə gizli və açıq nəzarət son dərəcə güclənmişdi. Bu, bazar əhli və qoca kitabfüruşların olduqca ehtiyatlı davranmasında da sezilirdi. Onlar gündəlik qəzetlərdən tutmuş, məcmuə və kitablara qədər hər nə alsalar açır, diqqətlə o tərəf-bu tərəfinə baxır, satan adamı təpədən-dırnağa qədər süzürdülər. Hətta Firdovsi, Sədi, Hafiz və başqa klassik şairlərin cildi saralmış, vərəqləri ipremiş kitablarını belə yoxlamamış, bir-iki dəfə o tərəf-bu tərfinə baxmamış almırdılar. Bununla belə, Fridunun ikinci kitabdan yüzünü darülfünun tələbələri, məktəblilər, müəllimlər arasında yaymış, üç yüzünü fəhlələrə və əsnafa çatdırmışdılar.Kürd Əhməd və Fəridə hərəsi yüz nüsxə götürüb, bir həftə əvvəl Azərbaycana yola düşmüşdülər. Onların ikisi də Tehranla Təbriz arasında işləyən yüzlərlə xüsusi maşınlardan birinə minib getmişdilər. Kürd Əhməd yolda özünü Fəridə ilə yad kimi aparacaq, Təbrizə çatıb, yerbəyer olduğunu bildikdən sonra Mehabada gedəcəkdi. Rza Qəhrəmani, Rizvanın Sərxanla birlikdə Gilan və Mazəndərana getməsini təklif etmiş, Kərimxan Azadi, Məhbusini cənub neft mədənlərinə göndərməyi məsləhət görmüşdü. Çünki o özü Ehvazdan idi və oraları yaxşı tanıyırdı. Ona Ehvaza getmək lazım olacağını söyləmiş, lakin hələ səbəbini deməmişdi. Bu gecə görüşməyi və bir yerdə məsləhətləşməyi qərara almışdılar. Bu, ona verilən ilk tapşırıq olacaqdı.
İyirmi birinci fəsilKərimxan Azadi qaranlıq və rütubətli zindana birdən-birə alışa bilmədi. Ona elə gəlirdi ki, uzun bədənini, enli çiyinlərini dar bir məzar sıxmaqdadır. Sanki onu zorla bir qəbrə soxmuş və qəbri də dikinə qaldırmışdılar. Heç bir yana tərpənmək mümkün deyildi. Heç olmazsa bazubəndin sıxdığı və bükülməkdən yorulmuş qollarını açmaq imkanı olaydı!.. Heç olmazsa gah qızışan, gah buz kimi soyuyan qıçlarını bircə anlığa aça biləydi!.. Nə üçün o tərpənə bilmir? O haradadır? Onun hissiyyatı və ağlı özündədirmi? Bəs ildırım sürətlilə barmağının ucundan başlayaraq beyninə qədər yeriyən bu sancı nədir?.. Görəsən, bu ağrılar, bu sızıltılar bədənin harasından baş qaldırır?.. Bəs bu su haradan axır? Yarıbihuş və yarıayıqlıq aləmindədir... O, qıçlarını çırmayıb gedir, gedir, tələsir, lakin çay qurtarmır, sahil görünmür. Bu zaman əzabın nəhayətsizliyindən doğan məyus bir fikirlə, bir ümidsizliklə özünü buzlu suların qoynuna atır, bütün bədəni titrəyir. Budur, artıq əziyyətlərin sonu çatdı. Əzablar qurtardı, hissiyyat susdu. Bütün əzası əbədi bir istirahətə daldı. Yox, bu əbədi rahatlıq deyil. Qəlbinin harasında isə hələ də əzablı bir duyğu yaşamaqdadır. Yəqin, o, dərin bir yuxuya getmişdir, bunlar hamısı pis bir röyadır, dəhşətli bir kabusdur. Röyada olan kimi qışqırmaq istəyir, səsi çıxmır, əlini uzatmaq istəyir, bacarmır.Onun bu ağır əzablara dözən sağlam vücudu, ecazkar bir surətdə öz həyat qüvvəsini göstərirdi. Birdən-birə uzun sürən dərin bir huşsuzluq içərisindən ayılır, müstəsna bir aydınlıqla hər şeyi anlayır, hər şeyi xatirinə gətirirdi. Nə cür tutulduğunu, necə bu qaranlıq məhbəsə düşdüyünü, nə əzablara məruz qaldığını və yoldaşlarına xain çıxmadığını açıq-aydın təsəvvür edirdi. Hafizəsində keçmiş günlər, ömrünün ağır uşaqlıq dövrləri, zəhmət, məhbəs və sürgünlər canlanırdı. Xavər, qaranlıq göylərdəki təkcə bir ulduz kimi onun həyatına işıq verən Xavər gəlib gözləri önündə dururdu. Sanki yenidən ürəyi bir şadlıq, bir səadət istisi ilə qızınır, dar və rütubətli zindana bir baharın ətri gəlirdi. Lakin mabədini düşünməkdən çəkinirdi. Xavərin indiki həyat və vəziyyətini təsəvvür etməkdən qorxurdu. Bu təsəvvür onu əzə bilər, iradəsini süstləşdirər, məhv edərdi. O, xəyalında həyatının başqa səhnələrini canlandırmağa çalışır, Fridunu, Kürd Əhmədi, pəncərədən müvəffəqiyyətlə qaçan doktorun oğlunu xatırlayırdı. Bunlar onun əzgin ruhuna ümid və qüvvət verirdi. Yalnız o, bircə şeyi xatırlaya bilmirdi. Görəsən, buraya düşdüyü neçə gündür? Bəlkə, aylar gəlib keçmişdir?.. Bu xatirələrə daldığı, huşu özündə olan zamanlarda Məhbusinin də siması gözləri önündə dururdu. O hələ də öz imanında möhkəm qalmaq istəyirdi. O, şübhəyə yol verməkdən qaçırdı. Çünki bütün bu dəhşətli əzablardan daha dəhşətlisi, onun səhvi, ehtiyatsızlığı nəticəsində yoldaşlarını fəlakətə verdiyi ehtimalı ola bilərdi. O, bu fikrin ağırlığına davam gətirə bilməzdi. Bununla belə, nə qədər çalışsa da, yenə ürəyində harada isə kor bir şübhə yaşayırdı. Axı o yaxşı adamdırsa, niyə ilk görüşdə Xavərə xoş gəlmədi? Yox, sevən qadınların hissiyyatı yanlış olmur! Bəs onda nə üçün Məhbusini də tutdular? Axı o zavallı da harada isə indi belə bir məzar içində çırpınmaqdadır... Bu təzadlı fikirlər içərisində o yalnız bircə şeyə sevinirdi: nə yaxşı ki, Fridun və Kürd Əhmədi onunla tanış etməmişdi. Sadiq adam olsa da, indi zəiflik göstərə bilər, onları ələ verə bilərdi. Bu fikir onu az-çox təskin edirdi.
İyirmi ikinci fəsil1941-ci ilin baharı gəlirdi. Hər gün təmiz və sakit bir səhər açılır, mavi üfüqlər dumduru, ləkəsiz və nəhayətsiz görünürdü. Novruz bayramına az qalırdı. Şəhərdə axır çərşənbələri bayram edirdilər, dükan-bazar boyalı yumurtalar, rəngarəng parçalar, əli-ayağı xınalı adamlarla dolmuşdu. Fridun bütün bunlardan xəbərsiz kimi idi. Sanki nə gəlməkdə olan baharı, nə də bayramı görürdü. Hər gün onun vaxtı min bir qayğı içərisində keçirdi. Gah doktorun oğlunun, gah arvadının, gah Xavərin yanına gedir, gah Kürd Əhmədlə görüşmək lazım olur, gah dəmiryol və bütün fabrik işçilərinin yanında olur, gah da Səlimi, Şəmsiyyə və Südabə vasitəsilə zindandakılara kömək etmək yollarını axtarırdı. Lakin hələlik heç bir şey etmək mümkün olmurdu. Səlimi ona, bu məsələ ilə Rza xanın hər gün, hər saat məşğul olduğunu, istintaq nəticələrini hər gün tələb etdiyini, vəzarəti-kişvərdə və məhbəsdə müstəsna bir gərginlik yarandığını demişdi. Hətta onun hərbilər arasında olan yüksək mövqeli tanış və dostları belə bu işə yaxın düşməkdən imtina edirdilər. Beləliklə, zindandakıların xilası üçün heç bir ümid yox idi. Fridun Südabə və Şəmsiyyə vasitəsilə bir təsir etmək mümkün olacağını düşündü. Sərhəng Səfai Hikmət İsfahaninin yaxın dostu idi. Bəlkə onun işə qarışması ilə heç olmazsa gözlənilən ölüm cəzasını əbədi sürgünlə əvəz etmək mümkün olar deyə Şəmsiyyə ilə danışmaq istədi. Səlimi məsləhət görmədi:– Əvvəla, Hikmət İsfahani xeyri olmayan bir işə, xüsusən belə bir işə girişməz, ikinci də, əgər xeyri olsa, bu saat yenə bu işə yaxın düşməz. Çünki, həm Həkimülmülk, həm də Rza xanla əlaqələri hələ düzəlməmişdir. Onu ittiham edib, boğazından asmağa bəhanə axtarırlar.
İyirmi dördüncü fəsilAğır bir məzar sükutu içərisində edam hökmünü onlara oxudular. Ölümə məhkum edilənlər kamerasına salıb, iyirmi dörd saatlıq həyatları qaldığını bildirdilər. İyirmi dörd saat! Bu iyirmi dörd saatda nələr ola bilərdi? Onlar min arzu və xəyal ilə yaşayır, azadlıq ümidini itirmirdilər. Bununla belə, hər keçən saniyə iradəni sarsıdır, ölümün dəhşətli rəmzi olan dar ağacını gözləri önünə gətirirdi. Onlar dəqiqələri, saniyələri saymağa başlayırdılar. Kərimxan, insanın oturub dəqiqələri saya-saya ölümü gözləməyindən dəhşətli bir şey olmadığını bilirdi. Belə dəqiqələrin ağır iztirabına dözməyib, dəli olanları o, məhbuslar arasında az görməmişdi. İyirmi dörd saatda əlli illik bir həyatın işgəncələri altında əzilmiş kimi, saçı-saqqalı ağaran, üz-gözünü qırışıq basan, heç bir zaman unuda bilmədiyi bir məhbusun surəti indi də gəlib gözləri önündə durmuşdu. O, bu fikir və xatirələri qovmağa çalışırdı. Həyatının xoş günlərini, qəlbə qüvvət və mətanət verə biləcək hadisələrini xatırlamağa səy edirdi. Cənubda sürgündə olanlar arasında rast gəldiyi bir dabbaq yadına düşdü. Dabbaq qərib bir adam idi. Onun qırx illik ömrünün yarısı məhbəslərdə və sürgünlərdən keçmişdi. O, beş dəfə məhbəsdən, iki dəfə sürgündən qaçmışdı. Axırıncı dəfə yenə qaçmaq istəyəndə tutub, edama məhkum etmişdilər. Onu asmamışdan qabaq demişdi:“Dünyada qəlyandan doymadım. Bir qəlyan gətirin, bir qurtum sümürüm, sonra asın”. On yaşından başlayaraq bütün ömrünü oğurluqda keçirmiş otuz yaşlı başqa bir məhbusu asdıqda “vəsiyyətin nədir?” sualına cavab vermişdi: “Çayçı Əhmədə beş tümən borcum var, onu verin, anama da deyin mənə südünü halal eləsin?”
Стихи других поэтов
Özün yaxşı-pis qapılar açarsan,Bir ox atıb könlüm evin yıxarsan,
Acı həqiqətlər qarşısında dadlı xatirələrÇox bağırdıq ki, nisanın da böyük xidməti var,Rolu var, qulluğu var, güclü əhəmiyyəti var.
Qara qorxuEy Ağa İbrahim, aya dərdmənd,Yüz fitnə bilən, yüz əlli min fənd
Təcnisİki mələk xəttat xəttin yazanda,Adın müshəfdə yazmış Yasinə,