Страница 3 из 3 · 67%

– Ağa mənə Kürdüstana getməyi təklif edir. Yüz ədəd özümlə apararam.

Təbrizdə və Azərbaycanın başqa yerlərində kitabı yaymağı Fridun boynuna götürmək istədi, bir on günlüyə darülfünundan icazə alıb gedəcəyini söylədi. Hamısı tərəddüddə ikən birinci etiraz edən Fəridə oldu:

– Mən Fridun qardaşın ora getməsini lazım görmürəm. İcazə versəniz, özüm apararam.

Hamı təəccüblə ona baxdı.

Fridun soruşdu:

– Qorxmursan ki?.. Birdən...

– Nədən qorxacağam. Elə apararam ki, heç kəsin xəbəri olmasın.

Onların ehtiyat etdiyini görən ana:

– Qorxmayın, – dedi, – qız deyil, od parçasıdı. Lap yaxşı aparar, qorxmayın!..

Kürd Əhməd Təbrizdə Azəroğlunu necə tapmağı ona söylədi.

Gecədən xeyli keçmiş hamısı bir-bir çıxıb dağıldıqdan sonra, Sərxan Fəridənin çiyinlərindən tutdu və qayğı dolu bir səslə:

– Fəridəm, özünü gözlə ha, – dedi.

Fəridə ona qısıldı...

– İndi mənim heç şeydən qorxum yoxdur... Cəsarətli ol, qızım, qorxma, yolun düz yoldur!..


Fridun Qurban Mərəndi ilə bir daha yaxınlıq etmədi. Yalnız ara-sıra darülfünun həyətində və ya koridorlarda rastlaşdıqda salamlaşar, “Ağa, necəsən?”, “Yaxşıyam, sağ ol, sən necəsən?”, “Mən də yaxşıyam” kimi adi mükalimələrdən sonra keçib gedərdilər. Dalınca nəzaret qoyulduğunu hiss edən və hamının ondan şübhələndiyini düşünən Qurban Mərəndi də heç kəsə inanmır, heç kəslə yaxınlıq etmir, başını dik tutub gəzirdi. Fridun bu gün darülfünuna çox fikirli və tutqun gəlmişdi. O, bütün varlığını məşğul edən təşkilatın işlərini unutmağa, fikrini dərslər ətrafında toplamağa çalışırdı. Tənəffüs zamanı koridora çıxıb, zümzümə edərək gəzirkən, pəncərə qabağında durmuş bir dəstə tələbə nəzərini cəlb etdi. Bunlar üçüncü kurs tələbəlri idi. Bir zaman Qurban Mərəndi ilə mübahisə etmiş balacaboylu adam da orada idi, Fridun onlara fikir verməyib, gəzmək istərkən, Qurban Mərəndi ilə qarşılaşdı. Onun kefi duru idi, gözləri gülürdü. Fridunla salamlaşıb keçdi və ikicə addım o yanda rastına çıxan bir tələbəyə baş əydi, vəcd ilə aşağıdakı misraları söylədi:

Nə ehtiyac ki, saqi verə şərab sənə,
Ki verdi badəsini çünki afitab sənə.

Xoş bir təbəssümlə gülümsəyən dostu cavab verməmiş balacaboylu tələbə dəstədən ayrılıb, onlara yaxınlaşdı:

– Ağa, bura İrandır, dilimiz də fars dilidir!

Azca pərt olmuş və hiddətlənmiş Qurban:

– Bilirəm, – dedi. – O üsuliddini mən də bilirəm. Ancaq oxuduğum beyt Sahib Təbrizinin qəzəlindəndir. Özü də “Danişməndani-Azərbaycan”da çap olunmuşdur.

– Ağa, mənə dərs demək lazım deyil, mən deyirəm ki, bu xəyanətdir, çirkin işdir!..

Qurban Mərəndi yenə müvazinətini itirdi:

– Çirkin iş çirkin adama yaraşar... Gedin öz əməllərinizə baxın!..

Balacaboylu adama daha bir neçə ağır söz dedi və dedikcə də qızışdı. Onda ayıldı ki, ədəbiyyat fakültəsi dekanı onun yanında dayanmışdır, dekan Azərbaycan dilində danışmağın və oxumağın vətən qarşısında xəyanət olduğunu Mərəndiyə xatırlatdı. Bu, ona acıq gəldi. Özünü saxlaya bilmədi:

– Ağa, bu Saibin şeridir, gözəl, nəfis bir kəlamdır, – deyə etiraz etdi.

O:

– Get, Sədi və Hafizin fars dilində yazılmış əşarını əzbərlə, – dedi.

– Bu kobud, biməzmun və biməna ləhcədə yazılan şeyləri bir kənara at.

– Hüzurunuza ərz elədim ki, bu Saibin şeridir, çox nəfis, mənalı və gözəl bir dildə yazılmışdır!

– Füzulluq lazım deyil. Sizə nə deyirlər onu da eləyin.

– Ağa, bizim atamızın, anamızın danışdığı bir dildə aşar oxumaq füzulluq niyə olur?

Görünür ki, o da bərk acıqlandı və özündən çıxdı:

– Müstofi yaxşı deyib ki, sizlərə arpa yedirtmək lazımdır!

Bu söz onu bir şapalaq kimi tutdu. Təhqirə dözə bilmədi:

– Ağa, ədəbli danışsanız yaxşıdır!..

Mübahisə yerinə yığışmış bir neçə azərbaycanlı və kürd tələbələr onu müdafiəyə qalxmışdılar. Dekan onlara acıqlandı, xəyanətdə ittiham etdi. Tələbələr də qızışaraq, onu hədələdilər və döymək dərəcəsinə gəldilər. Nəhayət, məsələ gedib müdiriyyətə çıxdı. Müdir onu “vətənpərəstlik hisslərini itirməkdə və şuriş salmaqda” ittiham etdi. Kitablarını qoltuğuna verib, darülfünundan çıxartdı. Bundan sonra Fridun onu nəinki darülfünunda, bəlkə, bütün Tehranda bir daha görmədi...

Bu hal tələbələr arasında dərin həyəcan oyatdı. Xüsusilə azərbaycanlı və kürd tələbələr özlərini pis hiss edirdilər. Onlar yadlar və yabançılar içinə düşmüş kimi dərdlənir və qüssələnirdilər.

Axşam Fridun bu hadisəni Rza Qəhrəmaniyə danışdı:

– Ah, bu farsçılıq, bu fasrpərəstlik, – dedi, – nə çirkin bir fikirdir. Ağalar kargər və kəndlinin qanını sormaqdan doymadılar, bir də İranda yaşayan millətləri bir-birinə düşmən eləmək istəyirlər. Yer üzündə mən bundan böyük cinayət görmürəm. Çünki bəşərin səadəti millətlərin bir-birinə hörmət və məhəbbət gözü ilə baxmasındadır.

Rza Qəhrəmani çox mütəəssir oldu:

– Mən də bir fars oğluyam, lakin xalqımın adından bu çirkin işləri görənlərin hərəkətindən utanıram. Nifrət edirəm. Məni təskin edən odur ki, siznən ürəkdən qardaş olmuşam. Kürd Əhmədə, doktorun oğluna və sənə qoy bu qardaşlıq bir rəmz olsun, xalqımızın ürəklərini birləşdirsin!..

Fridun “Ana”da hansı bir qəhrəmansa dediyi sözləri xatırladı:

– Elədir, dostum, biz ürəklərimizin alovu ilə başqalarının yolunu işıqlandırmalıyıq!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İyirmi ikinci fəsil

1941-ci ilin baharı gəlirdi. Hər gün təmiz və sakit bir səhər açılır, mavi üfüqlər dumduru, ləkəsiz və nəhayətsiz görünürdü. Novruz bayramına az qalırdı. Şəhərdə axır çərşənbələri bayram edirdilər, dükan-bazar boyalı yumurtalar, rəngarəng parçalar, əli-ayağı xınalı adamlarla dolmuşdu. Fridun bütün bunlardan xəbərsiz kimi idi. Sanki nə gəlməkdə olan baharı, nə də bayramı görürdü. Hər gün onun vaxtı min bir qayğı içərisində keçirdi. Gah doktorun oğlunun, gah arvadının, gah Xavərin yanına gedir, gah Kürd Əhmədlə görüşmək lazım olur, gah dəmiryol və bütün fabrik işçilərinin yanında olur, gah da Səlimi, Şəmsiyyə və Südabə vasitəsilə zindandakılara kömək etmək yollarını axtarırdı. Lakin hələlik heç bir şey etmək mümkün olmurdu. Səlimi ona, bu məsələ ilə Rza xanın hər gün, hər saat məşğul olduğunu, istintaq nəticələrini hər gün tələb etdiyini, vəzarəti-kişvərdə və məhbəsdə müstəsna bir gərginlik yarandığını demişdi. Hətta onun hərbilər arasında olan yüksək mövqeli tanış və dostları belə bu işə yaxın düşməkdən imtina edirdilər. Beləliklə, zindandakıların xilası üçün heç bir ümid yox idi. Fridun Südabə və Şəmsiyyə vasitəsilə bir təsir etmək mümkün olacağını düşündü. Sərhəng Səfai Hikmət İsfahaninin yaxın dostu idi. Bəlkə onun işə qarışması ilə heç olmazsa gözlənilən ölüm cəzasını əbədi sürgünlə əvəz etmək mümkün olar deyə Şəmsiyyə ilə danışmaq istədi. Səlimi məsləhət görmədi:– Əvvəla, Hikmət İsfahani xeyri olmayan bir işə, xüsusən belə bir işə girişməz, ikinci də, əgər xeyri olsa, bu saat yenə bu işə yaxın düşməz. Çünki, həm Həkimülmülk, həm də Rza xanla əlaqələri hələ düzəlməmişdir. Onu ittiham edib, boğazından asmağa bəhanə axtarırlar.

28 мин
İyirmi üçüncü fəsil

Ayaz beş qranı ovcunun içinə sıxaraq çiyinlərini qısmış halda, titrəyə-titrəyə bazar qələbəliyinə qarışmışdı. Təzəcə yağış yağdığından çox palçıq idi. Adamlar ətəklərini yığışdıraraq, su gölməçələrinin qırağı ilə ehmalca o tərəf-bu tərəfə keçirdilər. Ayaz kimi ayaqyalın, başıaçıq uşaqlar heç kəsə, heç nəyə əhəmiyyət vermədən palçıqlı suyu ətrafa sıçrada-sıçrada gölməçələrin içində yeriyirdilər. Köhnə tumanköynəkdən, cırıq və yamaqlı pencək-şalvardan tutmuş, qapı cəftəsinə, lampa şüşəsinə, bülbül qəfəsinə qədər müxtəlif şeyləri qolunun üstünə, çiyninə ataraq və ya əlində tutub, havada oynadaraq, satmaq üçün bar-bar bağıran adamlar bir-birinə qarışmışdı. Ayaz izdihamdan ayrılıb, buludlar arasında boylanan yaz günəşinin soyuq işıqları düşmüş quru və nisbətən sakit bir yerə çıxdıqda burnuna tünd bişmiş iyi dəydi. Bura qovurmaçılar meydanı idi. Bir tərəfdə tavada cızbız qovrulur, bir tərəfdə çüğündür buğlanır, o biri tərəfdə pörtlənmiş kartof ağarırdı. Ayaz ləbləbi bişirənə yaxınlaşdı:– Əmi, çörək dükanı haradadır?

34 мин
İyirmi dördüncü fəsil

Ağır bir məzar sükutu içərisində edam hökmünü onlara oxudular. Ölümə məhkum edilənlər kamerasına salıb, iyirmi dörd saatlıq həyatları qaldığını bildirdilər. İyirmi dörd saat! Bu iyirmi dörd saatda nələr ola bilərdi? Onlar min arzu və xəyal ilə yaşayır, azadlıq ümidini itirmirdilər. Bununla belə, hər keçən saniyə iradəni sarsıdır, ölümün dəhşətli rəmzi olan dar ağacını gözləri önünə gətirirdi. Onlar dəqiqələri, saniyələri saymağa başlayırdılar. Kərimxan, insanın oturub dəqiqələri saya-saya ölümü gözləməyindən dəhşətli bir şey olmadığını bilirdi. Belə dəqiqələrin ağır iztirabına dözməyib, dəli olanları o, məhbuslar arasında az görməmişdi. İyirmi dörd saatda əlli illik bir həyatın işgəncələri altında əzilmiş kimi, saçı-saqqalı ağaran, üz-gözünü qırışıq basan, heç bir zaman unuda bilmədiyi bir məhbusun surəti indi də gəlib gözləri önündə durmuşdu. O, bu fikir və xatirələri qovmağa çalışırdı. Həyatının xoş günlərini, qəlbə qüvvət və mətanət verə biləcək hadisələrini xatırlamağa səy edirdi. Cənubda sürgündə olanlar arasında rast gəldiyi bir dabbaq yadına düşdü. Dabbaq qərib bir adam idi. Onun qırx illik ömrünün yarısı məhbəslərdə və sürgünlərdən keçmişdi. O, beş dəfə məhbəsdən, iki dəfə sürgündən qaçmışdı. Axırıncı dəfə yenə qaçmaq istəyəndə tutub, edama məhkum etmişdilər. Onu asmamışdan qabaq demişdi:“Dünyada qəlyandan doymadım. Bir qəlyan gətirin, bir qurtum sümürüm, sonra asın”. On yaşından başlayaraq bütün ömrünü oğurluqda keçirmiş otuz yaşlı başqa bir məhbusu asdıqda “vəsiyyətin nədir?” sualına cavab vermişdi: “Çayçı Əhmədə beş tümən borcum var, onu verin, anama da deyin mənə südünü halal eləsin?”

24 мин
İyirmi beşinci fəsil

Göhər Səriyyə xalanın əyninə göy qədəkdən bir xalat geyindirib, ikimərtəbəli evinin birinci mərtəbəsində mətbəxin yanındakı böyük eyvanda oturtdu və yunu, parçanı qabağına töküb, “burada işləyəcəksən” dedi. Səriyyə səhərlər ora gedir, axşamlar fabrikin həyətində işıqsız, torpaq döşəməli daxmada yatırdı. Göhərin uşaqdan xoşu gəlmədiyini hiss edərək, Niyazı yanınca aparmayıb, bütün günü fabrikin həyətində özbaşına buraxmağa məcbur olurdu. Göhərin ikinci gün ona verdiyi bir tüməni bərk-bərk yaxasında gizlədərək gündə iki qranlıq çörək alırdı. Çörəyi iki yerə bölüb, birini Niyaza verir, o birini də cındır parçasına büküb küncə qoyurdu.– Bala, bunu indi ye, bunu da günorta yeyərsən, – deyib üzündən öpərək işə gedirdi. Şama da qayıdanda özü ilə Göhərin verdiyi süfrə dibini gətirirdi. Uşaq çörəyi qoltuğuna sıxıb, parça-parça ağzına doldurur və acgözlüklə yeyir, daha aclıqdan şikayət etmirdi. Amma onun rəngi üstünə gəlmir və üz-gözü saralıb solurdu. Səriyyə xala onu birtəhər əvvəlki halına qaytarmaq üçün öz tikəsini də kəsib ona yedirdirdi. Axşam qayıtdıqda bütün günü həyətdə başsız qalmış uşağını üst-başı palçıqlı və çirkli tapırdı. Qadınlar onun zığ içində oynadığını, barama qazanlarını əlləşdirdiyini, bəzən də həyətin ortasında yerə sərilib ağladığını deyirdilər. Lakin Səriyyənin onu yenə də tək buraxmaqdan başqa çarəsi yox idi. Çünki birinci gün özü ilə apardıqda uşaq aynabəndin şüşəsini qurdalamağa başlamışdı. Göhər, “Xala, gözlə sındırar ha” demiş və əlavə etmişdi:

27 мин

Стихи других поэтов