Səkkizinci fəsil
Страница 5 из 5 · 80%
Nökər qayıdıb: “Buyurun” deməmiş talvarın başında Fridun sərtibin səsini eşitdi:
– Buyurun, ağayi Fridun, xoş gəlmisiniz.
Fridun sərtibi qabaqlamaq üçün addımlarını itiləşdirdi. Sərtib mehriban və sadə bir hərəkətlə onun qolundan tutdu. Kefi çox saz, rəngi açıq idi.
Ağzını Fridunun qulağına tutub yavaşca:
– Eşitmisənmi, şəhərimizdə vərəqələr tapılıb, – dedi, – elə bilirdilər ki, millət qoyun sürüsüdür. Halbuki, onun içində qəhrəman var!..
Fridun ilk zəhmətinin səmərəsini belə gördü. O, sevinclə “Sərtib, o işi biz görmüşük!” deyib qışqırmaq istədi, lakin dodağından:
– Nə vərəqələr? – sualı çıxdı...
Sərtib nə isə demək istərkən:
– Ağayi sərtib, evdə bizi istidən boğdunuz, – deyib ətir saçan şux səsli bir xanım ona mane oldu. Fridun pillələrdən aşağı enən üç kişi və iki qadına baxdı. Sərtib Fridundan ayrılıb, qabaqda gələn yaşlı kişi ilə şux səsli xanımın qolundan tutub, Friduna tərəf gətirdi. Əvvəlcə onu yaşına və mövqeyinə görə sərtibin çox hörmət etdiyi bilinən əli əsalı qocaya təqdim etdi.
– Ağayi Hafiz Biluri, rica edirəm, ağayi Fridunla tanış olun. Sizin arzunuza müvafiq danişgaha gəlmişdir. Həm də sizin danişgədədə oxumaq istəyir.
Qoca ani bir diqqətlə Friduna baxıb, əlini sıxdı.
– Çox gözəl, çox gözəl, qurtuluş ancaq elmdədir.
Bu zaman evdən çıxmış digər iki kişi və qadın gəzə-gəzə çarhovuzun yanına gedib, güllərə baxırdılar. Onlardan biri Hafiz Bilurini səslədikdə o, demək istədiyini yarımçıq qoydu:
– Bağışlayın, ağayi Fridun, siz sərtiblə, xanım Şəmsiyyə ilə söhbət edin, mən görüm ağalar nə deyir, güman edirəm ki, yenə görüşərik.
Fridun Şəmsiyyə adını eşidən kimi, diqqətlə xanımı süzdü. Onun uşaq üzünə oxşar üzündə bir sadəlik və munislik vardı. İngilis malından sarı şal paltar, qırmızı və göy zolaqlı üstü açıq tufli geymiş, başına şlyapa qoymuşdu. Zərif şal paltar onun incə belinə müvafiq tikilmişdi. Əllərində paltarı ilə həmrəng nazik əlcək vardı. Sərtibin sağlam vücudu yanında o bəzəkli, lakin əl vursan dağılacaq bir kuklaya oxşayırdı. O, yüngül bir hərəkətlə səkiyə çıxdıqda, sərtib:
– Mənim dostumla tanış olun, rica edirəm, – dedi.
Şəmsiyyə gülümsəyib, əlini ona uzatdı. Fridun onun əlini tutdu. Hansı bir hissin təsirindənsə Gülnazı, Fəridəni xatırladı, onlarla Şəmsiyyə arasında nə böyük fərq vardı: onların xırmanda şana və qəlbir tutmaqdan, evdə odun yarmaqdan, kartof soymaqdan, qazan və qabqacaq silməkdən bərkimiş əlləri yanında Şəmsiyyənin əli sanki daima pambıq içində sazlanmış və gün görməmişdi. Fridunun əli hələ bu yumşaqlıqda ələ dəyməmişdi. Odur ki, diksinər kimi olub, tez əlini çəkdi. Bunu hiss edən qız yenə eyni sadəliklə gülümsədi, bir maraqla gözlərini süzdürdü.
– Ağanın şuğli nədir?..
Səlimi:
– Müəllimdir, – dedi, – İran ədəbiyyatı tarixini yaxşı bilir. Məsləhət görürəm.
Şəmsiyyə Fridunu başdan-ayağa bir də süzdü:
– Ağa razı olarmı?
– Məncə razı olar, deyilmi, ağayi Fridun?
Fridun aşağıdakı mənanı ifadə edən bir beytlə cavab verdi:
– Dostlara qurban getməyən baş, çiyinin üstündə ağır bir yükdür.
Şəmsiyyə gülümsədi.
– Oh, nə gözəldir. Sabahdan saat ondan on ikiyə qədər sizi gözləyəcəyəm. Bu il necə olsa, gərək mütəvəssitəni qurtarmaqda mənə kömək edəsiniz, – dedi və sərtibdən ünvanını yazmaq üçün kağız, mürəkkəb istədi.
Sərtib dörd barmaq boyda balaca bloknotu və özüyazan qələmi ona uzatdı. Qız ünvanını yazıb Friduna verdi. Çaydan sonra sərtib Fridunu qapıya qədər ötürdü.
– Başqalarını öyrət, amma özün də oxumağı unutma ha, – deyib əlini sıxdı.
Fəridə və ana Fridunu sevinclə qarşıladılar. O gələndə ana böyük işıqlı otaqda bardaş quraraq, cəhrə əyirirdi. Fəridə isə başladığı yun köynəyi toxumaqda idi. Onu görən kimi hər ikisi işi bir kənara atdı. Fəridə samovara od salmağa başladı. Ana, köhnə dəmir sandığı açıb, bir torba çıxartdı. Qənddanı doldurub, torbanı yenə sandığa qoydu. Ağzını qıfılladı. Fridun zarafatla:
– Ay ana, qəndi sandıqda gizlədirsən? – dedi.
– Nə edim, ay bala, deyirlər dava olacaq, qənd-zad tapılmayacaq. Ona görə bir az yığıb gizlətmişəm. Sənin kimi əziz qonaq gələndə çıxardıram.
Fəridə samovara od salıb, içəri gəldi. Fridunun “hə, necə oldu” sualına tez-tez və ağızdolusu danışa-danışa cavab verdi:
– Qoynumda gizlədib, çıxdım bazara. Birini bir misqal zəncəfil alıb əllaf dükanında qoydum, o birisini bir cüt corab soruşub, orada qoydum, amma corablar nə corablar idi, şüşə kimi işıldayırdı. Üçüncüsünü parça dükanına saldım. Birini göz-göz eləyib, bir evin qapısına yapışdırdım. Qayıdanda gördüm on beş-iyirmi adam bir-birini basa-basa oxuyur. Dedim: “oxuyun, bəlkə, haqqın yolunu tapasınız”. Yəni, Fridun qardaş, bununla dünya düzələcək deyirsən?
Fridun gülümsədi:
– Yox, Fəridə, dünyanı elə xaraba qoymayıblar ki, belə şeylərlə düzəlsin. Lakin onlar, insanlara dünyanı düzəltmək lazım və mümkün olduğunu başa salacaqdır.
Ana söza qarışdı:
– Deməli, hələ yol uzundur. Bizim xoş günə çıxmağımıza çox qalır?
– Tələsmə, ana, tələsmə. Yol nə qədər uzun olsa da, insanlar onun çoxunu keçmişlər.
– Heç mən də tələsmirəm, ay bala... Canın sağ olsun, nə vaxt olar, olar. Özüm üçün deyiləm. Mənim bir ayağım burda, biri gordadır. Mən bu qızın fikrini eləyirəm. O ayaqyalın, başıaçıq uşaqlar üçün deyirəm. Deyirəm tez olsun ki, yazıqlar nə qədər cavandırlar, bir xoş gün görsünlər. Yoxsa, mən acından öldüm, toxundan öldüm, təfavütü yoxdur.
Şəhərin hər tərəfində yayılmış bu yüz vərəqə, minlərlə ürəklərdə beləcə sevinc yaratmışdı. Onları, bir anlığa da olsa, həqiqət işığı ilə işıqlandırmışdı. İnsanlar bir ümiddə yaşamağa başlamışdılar. İlk addımın bu nəticəsi Fridunun qəlbini yeni və daha geniş fəaliyyət həvəsilə doldururdu...
Kitabxana.az · https://kitabxana.az/ru/works/mirze-ibrahimov-gelecek-gun-sekkizinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Sərtibin otağında intizar dolu bir sükut vardı. Hafiz Biluri və Yavər Əzimi üz-üzə oturub fikrə getmişdilər. Onların qabağındakı açıq nərdin ağ və qırmızı daşları bir-birinə qarışmışdı. Fikirlərini yenə başqa məsələlər məşğul etdiyindən oyun yarımçıq qalmışdı. Nərdin yanına qoyulmuş stəkanlardakı çay soyumuş, vazalardakı meyvə, şirniyyat əl dəyilməmiş qalmışdı. Yavər Əzimi tez-tez saatına baxır, səbirsizlik göstərirdi. Hafiz Biluri isə gözlərini qeyri-müəyyən bir nöqtəyə dikdiyi halda, nərdin bir daşını götürüb o birisini qoyur, zahiri təmkinini pozmamağa çalışırdı. Hər ikisi, Səliminin həyatında bir dönüş günü gəlib çatdığını müəyyən etməyə çalışırdı. Səlimi evdən çıxıb, saraya getməmiş onlar bu görüşə sevinirdilər. Məmləkətin siyasətində əsaslı bir dönüş yaradacağına inanmasalar da, Səlimi öz haqqındakı pis fikirləri məhv edəcəyinə, yenə əvvəlki mövqeyini özünə qaytaracağına şübhə etmirdilər. Lakin Səlimi onlarla xudahafizləşib, həyət qapısını örtdükdən sonra ürəklərinə ağır bir şübhə, qondu. Hafiz Biluri nərdin daşlarını qarışdırıb Yavər Əzimiyə baxdı:– Görəsən, sərtib bu gedişlə islaholunmaz bir iştibah etmir ki? Nə isə ürəyim rahat olmur.
On səkkizinci fəsilMister Harold diqqətlə dünya hadisələrinin gedişini izləyirdi. Artıq Hitlet Avropanın bir çox ölkələrini işğal etmiş, Fransa üzərinə hücuma keçərək, Parisə yaxınlaşmaqda idi. Xəbəri hər gün bu yerdən gələn Fransa dövləti Parisi açıq şəhər elan etmişdi. Hələ susmaqda olan Amerika milyonerləri öz sənayesini sürətlə genişlənən dünya müharibəsinin tələblərinə görə qurur, həm hücum edən, həm də hücuma məruz qalan dövlətlərlə əlaqələrini kəsmirdilər. Hər tərəfi bürüməkdə olan müharibə alovu mister Haroldun gözlərinə işıq, ürəyinə sevinc gətirirdi. Sanki bu, bütün ölkələrin üfüqlərində qızaran bir ölüm və fəlakət rəmzi deyil, ilıq bir günəş işığı idi. O, Amerikanın bütün dünyanı öz təsiri altına almaq üçün okeanlardan uzanıb gələn yolunu işıqlandırırdı. Mister Harold işgüzar bir amerikan olaraq, müharibənin Amerika bankları, Amerika sahibkarları üçün böyük gəlirlər vəd etdiyini bilirdi. O, sözdə xeyirxahlıqdan, sülhün xeyrindən danışsa da, əslində müharibənin genişlənməsindən bir sevinc duyurdu. Müharibə, dünya qızılının böyük bir hissəsini yenə Uld-Stritə verəcəkdi, bir çox məmləkətlərin iqtisadi damarlarını onun ağzına keçirəcəkdi. Əvəzində isə vuruşub əldən düşmüş ölkələrin yarasını bağlamaq üçün Amerika tənzif və pambıq göndərəcək, qarnını doydurmaq üçün ət və badımcan dolu konserv qutuları ixrac edəcəkdi.Köhnə güclü dövlətlər zəifləyib kənara çəkiləcək və dünya bazarında öz mövqeyini tamamən Amerikaya verəcəkdi. O zaman dostu mister Tomas da İranda onunla rəqabət aparan bir adam olmayacaq, onun əlaltısına çevriləcəkdi. Onun bu xəyallarını dumanlandıran, müharibə alovu ilə işıqlanmış Amerika ağalığı yoluna kölgə salan bircə amil var idi ki, bu da mister Harolda rahatlıq vermirdi. Bu amil də, Sovetlər ölkəsinin varlığı idi. Mister Harold bütün varlığı ilə hiss edirdi ki, Sovetlər ölkəsi gələcəkdə qərbdə duracaq inadlı və rəddedilməz bir maneədir. Buna görə də mister Harold İranda öz fəaliyyətinə böyük məna verirdi, o bu maneənin lap böyrünü eşir, lap ayağının altında hər dəqiqə partlayacaq bombalar basdırırdı. Əvvəllər mister Harold, İranda xalq arasında Sovetlərə olan açıq məhəbbətə fikir verməmişdi. Bu ona əməli qüvvədən məhrum bir şey kimi görünmüşdü. Ölkənin siyasi və iqtisadi həyatını idarə edən Hikmət İsfahani, Həkimülmülk, Səfai və Rza şah kimi adamlar onun əlində ikən, real qüvvədən məhrum olan bu məhəbbət hissi nə edə bilərdi? Lakin vərəqələr və kitabçalar çıxdıqdan sonra Harold, gündəlik həyati müşahilərində bu məhəbbətin heç də platonik bir xasiyyət daşımadığını, öz daxilində çox təhlükəli bir qüvvəni gizlətdiyini gördü və səbri tükəndi. Rza şahın bütün təzyiqinə, sərhəng Səfainin səylərinə baxmayaraq, vərəqə və kitabçaları buraxan adamlar xalqın içində itmiş və tapılmırdı. Onların kimliyi haqqında getdikcə artan şayiələr isə məsələni ancaq dolaşıq salırdı.
On doqquzuncu fəsilTəpələrin üstünə və tamamilə çılpaqlaşmış ağacların budaqlarını quşbaşı qar örtmüşdü. Haradansa əsib gələn yüngül bir sazaq insanın iliyinə işləyirdi. Yol qıraqlarındakı sular və gölməçələr buz bağlamış, Savalanın başı əbədi duman içində itmişdi. Səriyyə və Gülnaz soyuğu duymadan yavaş-yavaş balaca bir cığırla gedirdilər. Gülnazın dalında iki yorğan və bir boğça vardı. Çiyninin üstündən yorğana bükülmüş balaca Almazın gözləri işıldayırdı. Mürgüləyən Niyazı da Səriyyə xala dalına almışdı. Sol əli ilə Ayazın əlindən tutmuş, içində yemək şeyləri olan balaca xurcunu da sağ qolunun üstünə atmışdı. Onlar ağır bir köç kimi yorğun-yorğun yeriyir, dumanlı və anlaşılmaz bir gələcəyə doğru irəliləyirdilər. Ürəklərində daş kimi yatıb qalmış bir dərd, nəhayətsiz bir qüssə və kimsəsizlik hissi vardı. Bu hiss getdikcə bir vahiməyə, ağır-ağır bütün varlıqlarını gəmirən bir qorxuya çevrilirdi. Hara gedirlər? Nə üçün gedirdilər? Sabah onları gözləyən nə idi! Nəyə rast gələcəkdilər? Taleyin nəsibi, fələyin gərdişi onları hara çəkib aparırdı?.. Bu ürək dağıdan şübhələrə, tərəddüdlərə baxmayaraq, onlar gedirdilər. Bəzən bu təpəni aşdıqdan, bu kəndi keçdikdən sonra Musa kişiyə rast gələcəklərini, əzab və işgəncələrin qurtaracağını güman edirdilər. Bu ümid onları səbrlə hər şeyə dözməyə və durmadan irəliləməyə məcbur edirdi. Lakin bir təpəni aşdıqdan sonra saysız-hesabsız digər təpələr qabağı kəsir, bir kəndi keçdikdən sonra, eyni laqeydliklə qış yuxusuna dalan başqa kənd qarşıya çıxırdı. Bu kəndlərdə rast gələn adamlar soyuq nəzərlərlə onları süzür, adi bir şey kimi onlara baxıb keçirdilər. Sanki hər kəs öz dərdi ilə məşğul idi. Onların halını soruşmağa nə bir adamın macalı, nə də imkanı vardı. Hamının üzündə tükənməz bir dərd, ağır bir ehtiyac damğası hakim idi. Gözlər əbədi əndişə və çırpıntıdan başqa, bir şey ifadə etmirdi. Kənddən çıxdıqlarının onuncu günü Səriyyə xala yemək ehtiyatının tükənməyə başladığını hiss etdi. Gündəlik cirəni də, xeyli azaltdı. Cirə azaldıqca uşaqlar daha artıq yemək istəsələr də onları təskin edir, gündə bir öynə verməklə kifayətlənirdi. Yalnız üçyaşlı Almazı iki dəfə yedirdirdi. Səriyyə xala alt köynəyinin yaxasında gizlətdiyi otuz tümən pulu heç bir vəchlə xərcləmək istəmir, onu lap pis, qara gün üçün gizlədib saxlayırdı. O, gələcək qarşısında, böyük vahimə duysa da, bir gün uşaqlarının bir tikə çörək üçün dilənə biləcəklərini, ona-buna əl açacaqlarını heç ağlına da gətirmirdi. Yalnız son gün xurcunun dibində azca yarma, bir az un və bir qədər də qurumuş lavaş qaldığını gördükdə belə bir fikir ani olaraq başından keçdi və ildırım kimi onu sarsıtdı. Yox! Nə qədər ki, o diridir, nə qədər ki, gözləri baxır, körpələrinin bu hala düşməsinə yol verməyəcəkdir! Rəngini başlayan ehtiyac hələ onun ruhunu sarsıda bilməmiş, hələ insan kimi yaşamaq arzularını məhv etməmişdi. O, tezliklə balalarını Tehrana yetirməyə can atır, orada ya Musa kişini və ya Fridunu tapacağı ümidilə yaşayırdı. Bu ümidlə də o, yıxıla-dura, taqətdən düşmüş dizlərini bükə-bükə qüvvəsini gərginləşdirir və yeriyirdi.Ömrü gödək qış günü qurtarmaqda idi. Üfüqlərdən soyuq bir alaqaranlıq aləmə yayılırdı. Qar basmış və ağarıb gedən çöllərdən və təpələrdən başqa bir şey gözə dəymirdi. Nə bir kənd, nə bir insan görünürdü. Qaranlıq artdıqca ucsuz-bucaqsız çöllərin sükutu içərisindən bir qorxu baş qaldırırdı. O, çöllərdə, qarlı axşamlarda yırtıcı canavarların bu yollara çıxdığını, hətta kəndlərə soxulduğunu eşitmişdi. Canavarın amansızlığına dair uzun qış gecələrində eşitdiyi söhbətlər indi səhraların bu əzici səssizliyi içində xəyalında canlanır və iztirabını artırırdı. Səriyyə xala bu hissin təsiri ilə qüvvəsini toplayaraq, addımlarına sürət verməyə çalışdı və Gülnaza:
İyirminci fəsilİkinci kitabı yaymaq birincidən çox çətin oldu. Artıq hər yerdə gizli və açıq nəzarət son dərəcə güclənmişdi. Bu, bazar əhli və qoca kitabfüruşların olduqca ehtiyatlı davranmasında da sezilirdi. Onlar gündəlik qəzetlərdən tutmuş, məcmuə və kitablara qədər hər nə alsalar açır, diqqətlə o tərəf-bu tərəfinə baxır, satan adamı təpədən-dırnağa qədər süzürdülər. Hətta Firdovsi, Sədi, Hafiz və başqa klassik şairlərin cildi saralmış, vərəqləri ipremiş kitablarını belə yoxlamamış, bir-iki dəfə o tərəf-bu tərfinə baxmamış almırdılar. Bununla belə, Fridunun ikinci kitabdan yüzünü darülfünun tələbələri, məktəblilər, müəllimlər arasında yaymış, üç yüzünü fəhlələrə və əsnafa çatdırmışdılar.Kürd Əhməd və Fəridə hərəsi yüz nüsxə götürüb, bir həftə əvvəl Azərbaycana yola düşmüşdülər. Onların ikisi də Tehranla Təbriz arasında işləyən yüzlərlə xüsusi maşınlardan birinə minib getmişdilər. Kürd Əhməd yolda özünü Fəridə ilə yad kimi aparacaq, Təbrizə çatıb, yerbəyer olduğunu bildikdən sonra Mehabada gedəcəkdi. Rza Qəhrəmani, Rizvanın Sərxanla birlikdə Gilan və Mazəndərana getməsini təklif etmiş, Kərimxan Azadi, Məhbusini cənub neft mədənlərinə göndərməyi məsləhət görmüşdü. Çünki o özü Ehvazdan idi və oraları yaxşı tanıyırdı. Ona Ehvaza getmək lazım olacağını söyləmiş, lakin hələ səbəbini deməmişdi. Bu gecə görüşməyi və bir yerdə məsləhətləşməyi qərara almışdılar. Bu, ona verilən ilk tapşırıq olacaqdı.
Стихи других поэтов
Nəqşi aləmidir keçmişəm dilü candan,Yəqin elur ki, Bana bən bu yolda qətl oluram!
OlmuşamNə saatda gəldim dünya evinə,Şum sitarə bəxti bağlu olmuşam.
Yaşamaz aşiq olan dövlət ilə cahə görəYaşamaz aşiq olan dövlət ilə cahə görə,Can fəda eyləmə, mehri yox olan mahə görə.
GördümNəmirli, Zəngəzur əhlin fəna işlər edən gördüm,Nə insan kəlməsin qanmış, nə bir düz yol gedən gördüm