Ceyranı
Ovçu insaf eylə tökmə qanını,Qıyma qatarından qala ceyranı.Yara vurub qəsd eyləmə canına,Azad eylə ana-bala ceyranı.
Ananı itirsən diyarbədiyar,Körpə bala ağlar, çəkər ahu-zar,Gedəndə tapşırıb böyük sənətkar,İncitməyin hər mahala ceyranı.
Vurğunun sözləri iz salır daşa,Tapşırıb ellərə o başdan-başa,Bəsləyib göstərə qardaş qardaşa,Öpüb qucağına ala ceyranı.
Kənarda saxlayın atəşdən, nardan,Tikandan, afətdən, borandan, qardan,Qanlı ovçulardan, zalım şahlardan,Qoymayın kəməndə sala ceyranı.
Qurdu, quşu göz evindən itirin,Ətrafında qızılgüllər bitirin,Oxşayın, öyrədin, dilə gətirin,Tez yetirin bir kamala ceyranı.
Miskinli Vəli də gedər aradan,Qalmaz bu dünyada hər addım atan,Hanı Vurğun kimi yazıb yaradan?Nəqş edə, tarixə sala ceyranı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/miskin-veli-ceyrani
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ustadlar dastanı ustadnamə ilə başlıyallar. Biz də deyək bir olsun. Xəbisin, xainin yeri qəbir olsun.Naqabil qanmazı işə buyurma,
Gəlmədin(Miskinli Vəlinin Aşıq Şəmşirə məktubu)*Şəmşir qardaş, xeyli keçdi aradan,
GedərəmDost məni çağırsa, vaxtsız ölümə,Çatanda çəksələr, dara gedərəm.
Aşıq Şəmşirlə deyişmə – IVəliDilimin əzbəri, Şəmşir qardaşım
Стихи других поэтов
Hərimi-bəzmi-vəsl yarə məhrəm çün rəqib oldu,Mənə ol bəzmdən məhrumluq daim nəsib oldu
AxtarmaDuanəvisdə kəşfü kəramət axtarma,Buyur həmamə və lakin nəzafət axtarma!
AğlaramSeyri-gülüstanda, Kür kənarında,Bu gün bir həsrətkeş qalıb ağlaram.
ƏvəzindəGəl payəndaz eylə - ayaqla məni,Qoy sinəm tab etsin yol əvəzində.