İnsan oğlu insan gərək,Yaxşılığı bilən olsun.Ağlayanda könlün alan,Göz yaşını silən olsun.

Ərzin alsın hər gələnin,Dərdin alsın dərd bilənin,Qəsdim budu göz dələnin,Gözlərini dələn olsun!

Düzlük olsun bir hünəri,Gizləməsin tapsa, zəri,Yoldaşınan xeyri şəri,Doğru, düzgün bilən olsun!

Meyil versin öz payına,İnsanlıq haqqı sayına,Yaxşı dostun harayına,Yaman gündə gələn olsun!

Vəli, sinə dağlamasın,Başa qara bağlamasın,Ağlatmasın, ağlamasın,Güldürənlər gülən olsun!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О мудрости