Акрам Айлисли
- О любви
- О божественной любви
- О разлуке
- О вине
- О природе
- О судьбе
- О смерти
- О мудрости
- О родине
- Хвалебные
- Сатира
- Плачи
Zuğulbaya gəldiyi gündən düz bir həftə keçəndən sonra, axşamtərəfi, Səfalı müəllim yeməkxananın qabağındakı avtomat telefondan qonşusu Loraya zəng elədi və aldığı ilk xəbərdən o qədər sarsıldı ki, qonşunun – səsi titrəyə-titrəyə – şəhərdə baş verən digər hadisələr barədə dediklərinə bir o qədər də həvəs göstərə bilmədi.TARYEL* gəlmişdi. Bakıdaydı. Lora arvad Səfalı müəllimin Leninqrada, qızının yanına getdiyini o Taryelə azı on dəfə desə də, o gədə, o qapıdan yenə əl çəkmirdi. Gündə düz üç dəfə – səhər, günorta və axşam – Loranın qapısının zəngini basırdı, Səfalı müəllimin Leninqraddan gəlib-gəlmədiyini soruşurdu.
Qədim, qara küləkSiz heç təsəvvür də eləyə bilməzsiniz ki, mən – qırx ilin yazanı – əlimə qələm alandan bəri həmişə bir qara küləyin barəsində nəsə yazmağa can atmışam. Mən o qara küləyin öz yazısını indiyəcən yaza bilməmişəm. Ancaq, elə bilirəm ki, hər yazımın yazılması ərəfəsində o külək mənim içimdə həmişə əsib və indiyəcən yazdığım hər bir yazılı sözdə o qara küləyin xofu, həniri, havası var. Küləyin də yaşı, yaddaşı ola bilərmi görəsən?.. Yəqin ki, ola bilməz. Onda, bəs indi niyə mənə elə gəlir ki, o külək çox qədim külək idi, haradansa – sirli-sehrli bir aləmdən Əylisin göyüzünə özüylə bir topa qapqara bulud da gətirmişdi.O bulud həm də isti idi. Qara qoyun yunu kimi yüngül və yumşaq idi. O qara külək də, söz yox, o qara buludun küləyiydi. Və o qara külək bir xırdaca cəviz bağında – qələmə ağacı kimi dikinə uzanıb gedən – uca cəviz ağaclarının lap başdakı çılpaq budaqlarının arasında xəfifcə əsə-əsə elə bil o qara buludların sirli-sehrli nağılını bu dünyaya danışırdı.
Altıncı – axırıncı fəsil. Vaskanın tapılmağıAncaq o gün kitabı Leninqrada göndərmək üçün Səfalı müəllim poçta getmədi. Özü də ona görə yox ki, o kitab evdə Rənadan necə olsa bir yadigardı, xatirəydi və yaxud Səfalı müəllimin gözü o kitaba elə öyrəşmişdi ki, ondan həmişəlik ayrılmaq indi ona çətin gəlirdi... Ona görə ki, Ay və Nil Armstronq barədə o müsibət yuxunu gördüyü – elə həmin gecənin səhəri – hava bir balaca işıqlanan kimi, Səfalı müəllimin ağlına birdən-birə bir təzə fikir gəlmişdi və o fikri həyata keçirməmiş, Səfalı müəllim bu dünyada heç bir iş görmək niyyətində deyildi.... Şəhər dağılırdı. Hər yerdə tətil idi. Bakı camaatı nə ki var, Domsovetin qabağına yığılıb, orada səhərdən axşamacan mitinq keçirirdi... Domsovet Butır türməsinə oxşayırdı. Mərkəzi Komitə Ağdam bazarına, Nazirlər Soveti Şəki hamamına bənzəyirdi. Baksovet Smolnıya çevrilmişdi. Və Smolnıya çevrilmiş həmin o Baksovetinsə uzun, alaqaranlıq dəhlizlərində Səfalı müəllim neçə vaxtdan bəriydi ki, əsir-yesir idi.