Мухаммед-ага Шахтахтинский
- О любви
- О божественной любви
- О разлуке
- О вине
- О природе
- О судьбе
- О смерти
- О мудрости
- О родине
- Хвалебные
- Сатира
- Плачи
Biz müsəlmanlarda tərəqqi fikri yoxdur. Cəmiyyəti, təni (sosial) ibarət olmaq üzrə tərəqqi ondan ibarətdir ki, bir millətin, bir qövmin, bir cəmiyyətin hamı əfradının əhvalı irəlikisindən yaxşılığa, yəni füqəra, zəngin, alim, cahil, uşaq, böyük, dövlət qulluqçusu və ya öz-özünə məşğul olan şəxsi, adamların hamısını hiss edirlər, feli və həqiqi dəlillər ilə və yəqin edələr ki, bu gün dünəndən, zamani-hal zamani-mazidən daha rifah hal ilə yaşayırlar. Bu tərəqqi, xüsusilə dövlətlərin beynəlmiləl münasibətində görünür. Hankı dövlətin əhalisi tərəqqi etdi, yəni xoş güzəranlıqda, rifah halında rövnəq və pişroft oldu, o dövlətin xahişlərinə, mütaliblərinə dövlətlər içində artıq riayət göstərirlər.Bu ümumi tərəqqi ol zaman hüsula gələ bilir ki, millətin əfradının hamısında təbii o əqidə ola ki, "mənim öz xoş güzəranlığım, içində yaşadığım camaatın xoş güzəranlığına bağlıdır. Özümü və əyalımı və mütəəlliqatımı xoşbəxt görmək istərəmsə, ümumən rifah halı nəyi icab edərsə, ona canü dil ilə çalışmalıyam".
Hər gün bir az (29 avqust 1904)Bu dəfə dilimizdən danışacağız. Rusiyada yaşayan müsəlmanların çoxusu türk və tatar qövminə mütəəlliqdir. Türk dili ki, bu qövmlər danışırlar, ümdə iki qismə bölünür.Biri şərqi, biri qərbi. Şərqi türkcəsi Çığatay dilidir ki, onun ilə Qazan türkcəsinin arasında fərq pək azdır. Hər ikisi bir dildir, bir ləhcədir. Ancaq aralarında bəzi kəlmələrin tələffüzü cüzi fərqi var. İsim və feillərin elalı isə ümumi olaraq hər iki ləhcədə birdir. Arada olan təfavüt o qədər cüzidir ki, ləhcənin birini danışan adam ömründə birinci dəfə olaraq ismi və feili o biri ləhcənin tələffüzü ilə eşidəndə o dəqiqə anlayır və heç bir çətinlik çəkmir.