Ayrılıqdan yar mənim bağrımı büryan eylədi,Özünü bir yana saldı, məni bir yan eylədi.

Zə’fərana bənzimi döndərdi ol birəhm yar,Düşmənin xəndan edib, dostunu giryan eylədi.

Aldı könlüm, qılmadı ol bivəfa bir kəz vəfa,Yıxdı mə’mur şəhrini, gör necə viran eylədi

Canımın zəxmindən, ey can, xab gəlməz eynimə,Cigərimdə zəxmi-peykan, tiri-müjgan eylədi.

Eşidərsə daş ərir həsrətdə ahü zarımı,Ol güləndam yarı gör, könlümü zindan eylədi.

Cəhd qıldım çox, vüsalə yetmədim, çəkdim fəraq,Tədbir ana neyləsin, təqdiri-yəzdan eylədi.

Макта — последний бейт с тахаллусом поэта. Ey Nəsimi, sübhdəm var, ərz qıl dildarə sən,Qəmzəyə versin nəsihət, yoxsa çox qan eylədi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви