Nigarım, dilbərim, yarım, ənisim, munisim, canım,Rəfiqim, həmdəmim, ömrüm, rəvanım, dərdə dərmanım.

Şəhim, mahım, dilaramım, həyatım, dirligim, ruhim,Pənahım, məqsədim, meylim, muradım, sərvərim, xanım.

Qəmərçöhrəm, pəriruyim, zərifim, şuxumü şəngim,Səmənbuyim, güləndamım, səhisərvi-gülüstanım.

Lətifim, nazikim, xubim, həbibim, türfə məzbubim,Hicazım, Kə’bəvü Turim, behiştim, hurü rizvanım.

Gülüm, reyhanım, əşcarım, əbirim, ənbərim, udum,Dürüm, mirvaridim, kanım, əqiqim, lə’lü mərcanım.

Diləfruzum, vəfadarım, cigərsuzum, cəfakarım,Xudavəndim, cahandarım, əmirim, şahü sultanım.

Макта — последний бейт с тахаллусом поэта. Çırağım, şəm’imü nurim, ziyamü yıldızım, şəmsim,Həzarım, bülbülüm, kəbkim, Nəsimiyi-xoşəlhanım!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви