Şərbətin acı firqətin nuş edərəm şəkər kimi
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Şərbətin acı firqətin nuş edərəm şəkər kimi,Canımı dutmuşam qəmin qarşısına sipər kimi.
Yaxma məni fəraqilən, çünki mən, ey üzü qəmər,Xalisü müxlis olmuşam eşqi-rüxündə zər kimi.
Qurmağa qoyma yayını, salma məni fəraqə kim,Doğramış oxları anın yürəgimi zəhər kimi.
Ta bilələr ki, məğribin günəşi doğdu, ey qəmər,Türfə niqabını götür, xalqa görün qəmər kimi.
Kim ki, mələk kimi sana qılmadı səcdə, ey sənəm,Ta əbəd adı div imiş münkiri-bibəsər kimi.
Gərçi hidayət eylədi Musayı nara ol şəcər,Aşiqə hadidir üzün, nuruna ol şəcər kimi.
Sidqü səfavü zövqilən həqqə ulaş və vasil ol,Zənnü gümanə möhtəmil olma əgər-məgər kimi.
Səndən əzəldə, ey qəmər, aşiqə gəldi bir xəbər,Bir dəxi səndən istərəm, ancılayın xəbər kimi.
Макта — последний бейт с тахаллусом поэта. Xalü xətin Nəsimiyi oda buraxdı, yandırır,Gör necə xoş yanar, tütər, mişk ilə udi-tər kimi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nasimi-serbetin-aci-firqetin-nus-ederem-seker-kimi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Necə rəhmlidir, necə amansız,Necə mehribandır qadın ürəyi!
GözlərinGülzar Xotəndir dövreyi-zülfün,Çərayə durubdur ahu gözlərin,
Yar oldunBaşına döndüyüm xubların şahı,Bir di görüm indi kimə yar oldun,
Məsnəvi: Ey cəfapişə ki ayini-vəfa bilməzsənEy cəfapişə ki ayini-vəfa bilməzsən,Rahi-birahə gedib qeyri cəfa bilməzsən