Şol tamam ayın üzündən çünki rəf oldu niqab,Zülmətin dövranı keçdi, zahir oldu afitab.

Ləblərin camı meyindən cümlə əşya əsrimiş,Təyyib, ey pakizə saqi, barəkallah, ey şərab!

Ey yanağın həsrətindən cənnətin qəlbində nar,Vey dodağın şərbətinlən kövsərin eynində ab!

Ey üzün həmra gülündən lalənin camında mey,Vey gözün sevdalarından nərgisin gözündə xab.

Həq-təalanın kəlamı surətin təfsiridür,Ey üzün inna fətəhna, həqdən açıldı bu bab.

Kirpigin, qaşınla zülfün həq kitabıdır, vəliOl kitabı kim bilir mən indəhü ümmül-kitab?

Surətin lövhündə yazılmış hürufu bilməyənBilmədi sövmü səlatı, sağişi-yövmül-hesab.

Abi-heyvandır dodağın, ruhi-qüdsidir dəmin,Surətin həqdir, üzün – vəllahu ə’ləm bis-səvab.

Qaziyül-hacat imiş lə’lin məgər kim, aşiqəHər nə kim, qıldı təmənna, üstəcib gəldi cavab.

Dilbərin eşqində, ey salik, ikilik pərdədir,Mənligin rəf’ olmayınca aradan getməz hicab.

Макта — последний бейт с тахаллусом поэта. Ey Nəsimi, səcdə qıl şol maha kim, həqdən sanaFə’budu əyyahu vəscud vəqtərib gəldi xitab.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви