Çəkin Qarabağdan qara əlləri
Dostum, qardaşım Yasif NəsirliyəSinəmdə döyünür bu yerin qəlbi,Əyilməz dağlara bir də baş əyim.Vaqifin ürəyi,Üzeyrin qəlbiMənim ürəyimdir, mənim taleyim.Əsməsin hicranınqara yelləri,Çəkin Qarabağdan qara əlləri!Quzeydən çaylara göz yaşı sızır.Qəzəb dalğaları axır yollara.Yurdumun xan qızı,mehriban qızı,Natəvan nigaran baxır yollara.Axmasın vadininqara selləri,Çəkin Qarabağdan qara əlləri!Dar gündə sınanar nəslin qüruru,Qeyrət həqiqətin müqəddəsidir.Fikrətin xəyalı —zirvələr nuru,Bülbülün nəğməsi dağlar səsidir.Bir də mən görməyimqara illəri,Çəkin Qarabardan qara əlləri!Kükrəyib qəzəbdən od tökər qışım,Qolumdan bərk tutsun qardaşım gərək.Qarışsa yad eləbircə qarışım,Özüm də torpağa qarışım gərək.Çəkin bu torpaqdanqara əlləri!Çəkin Qarabağdan qara əlləri!
Kitabxana.az · https://kitabxana.az/ru/works/nebi-xezri-cekin-qarabagdan-qara-elleri
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О родине
Köçdü bu dünyadan sevimli Vahid,O, qəzəl mülkünün son hakimiydi.
Gəlin, dostlar, gəlinGəlin, vətəndaşlar, gəlin, a dostlar,Şairin sizlərə şad xəbəri var.
Deyibsiz yəni gəlləm gəldi bir belə xəbər, Vaqif!Deyibsiz yə’ni gəlləm gəldi bir belə xəbər, Vaqif,Xilaf idi bu sözlər bəs, peşimanmı məgər Vaqif?
Bakı vilayətin məskən edibsənBakı vilayətin məskən edibsən,Cəhd elə, elmindən olgunan halı.