Mənim ana kəndim —Ziyarətgahım!Haçandır səninçinQəribsəmişdim.Bəlkə elə buymuşMənim günahım?Onunçun yıxılıbZəifləmişdim?

Əsayla astacaHəyətə gəldim,Yazın gül ətrindənHeyrətə gəldim!

Ağaclar ucalıbHeykəllər kimi:— Bizə sən su verdinAna, ay ana!— Müqəddəs, ətirliGözəllər kimiGöyə qalxırsınızAna yanına?

— Sənin gözəl-göyçəkOğul, qızın var.Onlar az-az dəyirGözlərimizə.

— Bu gün meynələrdəGümüş, qızıl var.Burda yerlər təzə,Göylər də təzə.

Eybi yox, qanadımQızım, oğlumdur.

Onların taleyiTale yolumdur.Kimə Nabran gözəl,Kimə Xırdalan.

— Sənin Nigar adlıƏziz nəvən var!— Kəndə gedəcəyikAna, bəs haçan?Kəndi istəyirəm,Şəhərdə nə var?

Gün doğur göylərinÜfüqlərində,Bağda cəh-cəh vurur,Quşlar səs-səsə.

— Onun əsasınıMən gəzdirərəm.Fəqət anam yoxdurYer üzərində.

Birdən saçlarımdaİsti əl gəzdi.Anam hara getdi,Hara tələsdi?

Yamyaşıl ümmandaQaldım yenə tək.Dolandı dövrəmdəYaşıl kəpənək…

12 iyun 2003

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов