I

Sındı şerimizin kövrək qanadı,Görmədi zirvələr doyunca onu.Şeri utandırıb nankor övladı,Bəlkə də qaytarıb ana borcunu.

Ey ürək, şam kimi yanıb ərimə,Onun tək aləmə işıq saç, işıq.Əfsus ki, biz nakam Əli KəriməHələ borcumuzu qaytarmamışıq.

II

Bu söz şairlərə ağır gəlməsin;Deyirlər şairlik divanəlikdir.Kərəm atəşiylə yanan bir kəsinQatili soyuqluq, biganəlikdir.

Üzdə çox sevilib, çox alqışlanıb,Xəlvətdə şerinə dəyib şillələr.Müşfiqin köksünə tüfəng tuşlanıb,Əlini susdurub səssiz güllələr.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов