Bir küçədə hər səhərQarşılaşır qız-oğlan.Qonşular da bu zamanBaxarlar oğrun-oğrun.

Heç sinədə bu qədərDüyün olmaz, dağ olmaz.Qonşuda qız sevəninÜrəyində yağ olmaz!

Qovuşubdur bağ-bağa,Eyvanlarsa üzbəüz.Oğlan sözü, fikri düz,Düşünər gecə-gündüz.Amma ki, danışmağaDil olmaz, dodaq olmaz,Qonşuda qız sevəninÜrəyində yağ olmaz!Səhər bağdan çıxar qız,Tellərinə gül düzər,Qonşusundan gen gəzər,Ürək yaxar, can üzər.Baxar oğlan qərarsız,Heç damağı çağ olmaz.Qonşuda qız sevəninÜrəyində yağ olmaz!O sarmaşıq, o eyvan,Tez-tez dəyər gözünə.Baxar qızın üzünə,Deyər özü özünə:Bu qədər yaxın olanBu qədər uzaq olmaz!Qonşuda qız sevəninÜrəyində yağ olmaz!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов