Dostum Yəhya Məmmədovatəskinlik üçün

Birdən dodaqlardadoldu gülüşlər,Elə bil bürüdüsükut aləmi.Dostuma üz verənağır bir kədər,Dostlar çiyninə dəendi dağ kimi.Bir insan gözünüYumdu cahana.Üç övladBir andaAtasız oldu.Ürəkmi vəfasızÇıxdı insana,İnsanmı ürəyəVəfasız oldu?Əsdi xəzan yeliYaşıl çəməndə,Güllər ləçəyiniTökdü sükutla.Sevinc hay-haraylaGəlir gələndə.Kədərsə ürəyəÇökdü sükutla.Dost susur...Baxırsan...Sən də susursan...Söz indi tufanlıFikirlərindir.Sevinci bölüşmək.Nə qədər asan,Kədəri bölüşməkNecə çətindir!O susur,Dostlar daBu yerdə susur.Paşa dillənməyir,O pərişandır.Susmağı sevməyənŞükür də susur,Cabir sükutuyla dosta hayandır.Könüldə o qədərSözlər qalır ki,Axı, necə deyimOnu dosta mən?Sükut ürəklərəKörpü salır ki,Təskinlik yol alsınHəmin körpüdən....Görür üç övladıDuman içində.Susur...Üzü nurlu...Baxışı isti...Oyanır qəlbindəBir an içində.Atasız uşağaAtalıq hissi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов