Nə gəzirsən arsız-arsızcənab sahə müvəkkili, –Qəbir üstə mən qoymuşamgöz tikdiyin o əklili.

Qəbristana yolum düşür,kədərliyəm nə zamandı.Üzdə sakit görünsəm də,ürəyim çox nigarandı.

Qadın keçir, dilənçidi,o zəlilə, naxoşa bax.Çiynindəki boz örpəyə,ayağında qaloşa bax.

O əl açır sənə, mənəgör nə deyir, zavallıdır.Harda ölü basdırsalar,orda əli uzalıdır.

O dilənir, o yalvarır:Babək fərman verən dildə.Qoca Sabir asta-astaağladıb güldürən dildə.Vurğun şeir yazan dildə.Ozanlardan gələn dildə."Hoydu, dəlilərim, hoydu!"Qoç Koroğlu dinən dildə.Nənələrdən qalan dildə,anan layla çalan dildə,dövlət himni olan dildə!

Necə sığır qeyrətinəcənab sahə müvəkkili, –Dil deyirsən, ana dili!

Qoyma keçsin bu yollardanfəxri adlar alanları,Vəzifədə olanları,natiqləri, nazirləri."Millət", "Millət" əzbərləyənşairləri, nasirləri.Müxbir üzvü olmaq üçünimza yığan dilçiləri.Dilinizdə dilənirlərcənab millət elçiləri!

Yox, öyrəndim, bacarmazsan, –sən də sahə müvəkkili,pul yığırsan altdan-altdan.Səndən kömək ummaq hədər!hərə bir cür dilənirmiş:vəzifəni dilənənlər,fəxri adı, elmi adıdilənənlər!Yuxarıdan sənə qədər.Cibimdəki bu, manatdı.Gəl, dilənçi, buyur görək,mən dilənim sonra gərək.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов