Gəncə gözəli
Nigar Rəfibəylinin xatirəsinə
Üst-üstə qoyublar iki mərməri, –biri sinən, biri sinədaşındı.* * *Torpağa səpildi Rəfibəylilər,çəkicli oraqla biçilmək üçün.Müəllif
Gör harda görüşdük, Gəncə gözəli,üstün daş, ətrafın dəmir hasardı.– Mənim gəncliyimdi dediyin gəlin,gözümün ilk ovu –o da məzardı.Sən yatan yataqda yer salmışdılar,danırdım, qorxurdum dərdindən hürkək.
¹ Şeir Habilin yaradıcılıq gecəsində yazılmış və orada da oxunmuşdur (red.)
Onu görüb səni tanımışdılar,orda... Moskvada, cərrah həkimlər.
Burda heykəltəraş gör necə duyub,iki qəbir üstdə eyni büst qoyub.Biri sənsən, biri sənə oxşayan,daş deyil, həyatdı daşda yaşayan.
Yerə basdırılıb sözün gövhəri,bu şeh – o gövhərdi, o göz yaşındı.Üst-üstə qoyublar iki mərməri,biri sənsən, biri sinədaşındı.
İnsan dərk eləmir öz tutduğunu,gizlənpaç oynayır uşaqlığından.Torpağa əliylə basdırdığını,həyatda gözüylə axtarır insan.
Çətin əl götürür bu adətindən,ürək də inaddı, toxunma, ağlar.Gözləyə-gözləyə qalıbdı bəzən,axtara-axtara yoxa çıxanlar.
Qaldıq yüz sualın bir cavabıylahəyatın özündə həyata həsrət.Növbəyə dururuq yaş hesabıyla,onu da hər dəfə pozur təbiət.
Kitabxana.az · https://kitabxana.az/ru/works/neriman-hesenzade-gence-gozeli
Клавиши ← → для перехода, R — случайное стихотворение