Eyvanda qırmızı gül dibçəyi,yazda çiçək açar.Al-atlas ləçəyiYanar,dan yeri kimi.Yarpaqlarbuludsuz cənub göyləri kimigömgöy!Ləkəsiz.Suyunu, günəşiniəskik etmirik biz.Qoy firavan böyüsünevimizin bəzəyi.Həmişə yaşıl olsunOnun yarpaq-yarpaq köynəyi.Fəqət bir günləkə düşdü,saraldı bir yarpaqSonra da o biri.Dedim, bəlkə də soyuqdur yeri.Keçirtdim evə,Olmadı yenə.Sarılıq,elə bil yoluxdu o birilərinə.Saraldı, saraldı yarpaqlar...Fikir apardı məni.Görəsən niyə saralır?Bəlkə bir azarı var?Sevgilim əlini çəkdiAğarmış saçlarıma.Dedi:– Payızdır, əzizim...daha nə etmək olar...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе