Məhəbbəti satın alır pul verən,Məhəbbətə can verənin əlindən.

(İrandan, Türkiyədən gələn binamus “qardaşlarımız”qadınları şirnikləndirməklə gün keçirirlər)Müəllif

İnsaf elə, məhəbbətdən az danış,yeni sevdan mübarəkdi, əzizim.El sözüdü: əyri otur, düz danış,dost arası düz gərəkdi əzizim.Deməməyin nə deməkdi, əzizim?!

Yad ellərə dəvət edir filankəs,sevən kimdi, sevilən kim, bilinməz.Ağ köynəyə ləkə düşsə, silinməz,

yeri qalsa, o da pisdi əzizim,gedən gedir, qalan izdi, əzizim.

İndi zaman dəyişibdi doğrudan,bilmirsən kim uduzandı, kim udan?Oyansan da bu yatdığın yuxudan,daha gecdi, sən xumarsan, əzizim,yuxulardan nə umarsan, əzizim.

Məhəbbəti satın alır pul verən,məhəbbətə can verənin əlindən.Səndən ötrü nə məhəbbət, nə vətən? –Vətənsizsən vətəndə sən, əzizim,cəbhədədir indi vətən əzizim.

Bizim qızlar papaq qoyub başına,kəklik kimi yatır qaya qaşına.Körpələrin tökülən göz yaşına,dözə-dözə döyüşürük, əzizim,dərdimizi bölüşürük, əzizim.

Qazan orda, bəzən orda, gəz orda,kimə kəniz olacaqsan bəs orda?!Əhd-peyman bağla orda, kəs orda,bundan sonra fərqi nədir, əzizim,arifə bir işarədir, əzizim.

Bəsdi şair, rəhmin gəlsin özünə,qızın doğma ocağına, közünə.Göz həkimi baxsın özgə gözünə,birləşməmiş ayrılırıq əzizim,tanıdırlar, tanıyırıq əzizim.

30 aprel, 1992

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине