Allah, mənim al ağlımı,ağıl məni dala salır.Ağıllıyam deyənləriağılsızlar yola salır.

Kimə dedik boşdu başı,başımıza saldı daşı.Yalvarana gülür naşı,zarafatla ələ salır.

Əyilməzi əyir Zaman,seçilməyir yaxşı-yaman.Qıl satanı, ələk satanarxadan əvvələ salır.

Mənim dostum, mehribanım,demir hanı Nərimanım?Yüz yerə gedir gümanım,məni yüz xəyala salır.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О мудрости