Sən köçdün dünyadan
Mənə deyirdin ki, köçək xaricə,bu zülmə dözərmi vətəndə insan?!Doldu xaricilər biz tərpənincə,sən köçdün dünyadan, dünyaya qurban.
Onlar irişdikcə biz dedik əhsən,külək kül üfürdü açıq gözlərə.Üzdülük – onlarda nə qədər desənqanacaq bizdəymiş, hayıf bizlərə.
Hayıf, nənələrin ağbirçəyinə,hayıf, süfrəmizə, təndirimizə.
Bir gün ağlamadıq axırda yenə,biz nə ölümüzə, nə dirimizə.
Gələn “qonaq gəlir” sahibkar gəlir? –bazar onunkudur, ocaq onunku.Hasarlar yanında hasar çəkilir,bayraq bizimkidir, torpaq onunku.
Mənə mədh eləmə “Teksun”u, yetər,kərə yağ onsuz da düşməyir ələ.Pisləri hər yerdə tərifləyirlər,yaxşılar tərifsiz yaxşıdır elə.
Halal yeməyimi haram eləyir,burda xariciyə bir sorğu yoxdu.Fransız, toyuğu reklam eləyir,guya bu millətin toyuğu yoxdu.
Təzə bir don biçir yenə əlimiz,bilmirəm, Avropa belə geyirmi?Rusdan ingilisə keçir dilimiz,azadlıq deyənlər kölə deyilmi?!
Kitabxana.az · https://kitabxana.az/ru/works/neriman-hesenzade-sen-kocdun-dunyadan
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О родине
Düşdü yadıma kecən gunlərim, əfsus olsun,Bizi məyus edən dəhrdə məyus olsun.
Gəncənin qırğınıEy qazilər, gəldi qəzadan bəla,Bir olmaz müsibət dövran eylədi,
DünyanıAnası bilinmir, dədəsi dörddü,Bumunun kölgəsi tutar dünyanı.
SürəyyaQol çırmayıb sən tarlaya çıxandaSəs yayılır hər mahala, Sürəyya.