– Bir qadın anama oxşayır, ata,üzü, görünüşü, boyu-qaməti.Gülüşü ürəkdən, yerişi asta,bir əl yaradıbdı iki xilqəti.

Anamda görmüşdüm o baxışları,onundu o gözlər, o qaşlar, ata.Yuyub daramıram mən o saçları,o ətrə bələnib bu saçlar, ata.

O necə özgədir? – deyirəm hərdən,özgələr yanında doğmamdır, ata.Gedənlər qayıdır bəlkə yenidən? –o da qayıdıbdı, anamdır, ata.

Dünyanı bir qadın gözəli gəzir,dünyada yaşayır özündən ayrı.Get barış, o bəlkə küsülü gəzir? –bizdən də yan keçir o səndən ayrı.

Qadınlar köyrəkdi, qəm yeyə bilər,ilahi söz deyir o baxış, ata.Qadınlar hər şeydən inciyə bilər,nəvaziş gözləyir, get barış, ata.

Nə qədər həsrətdi dilim bir sözə,nə deyim, soruşma o nədir, ata.Yəqin, hansı qızın anası varsa,Allah da göydə yox, yerdədir, ata.

Ədası mehriban, səsi mehriban,ata, o, Yer olsa, mən Göyün ollam.Mən sənin yanında o “Şeytan balan”,mən onun yanında ərköyün ollam.

Həyat gözlərimdə təzə don geyir,arzumu, sirrimi qoy ona deyim.Məni hər görəndə o, “qızım”, deyir,qorxuram, “anama” mən ana, – deyim.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов