Şəhidlər xiyabanı
Dayanın, Şəhidlər xiyabanıdı,yas toya qarışıb, toy yasa burda.Qızıl qumaşlarda qara xonçalar, –nişan gətiriblər bir qıza burda.
Nigaran gedənlər yatır xəbərsiz,yatağı boş qalıb, atı yəhərsiz.Ana var, oğulsuz, gəlin var ərsiz,nəydi bu müsibət, bu cəfa burda?
Qızıl qan ləkəsi qalır gül üstə,bir qurğu qurdular fitnə-fel üstə.
İl təhvil olubdu qərənfil üstə,verib öz yerini qış yaza burda.
Kim bilir, nə qədər ölən-qalan var,Vətəndə bir vətən şəhid olan var.Hələ bir-birini xəbər alan var, –dil yox, sual verir, göz-gözə burda.
Şəhriyar əlində bir asa gəlsin,çağırın Babəki bu yasa gəlsin.Qisas istəyəni qisasa gəlsin,Yer özü çağırır qisasa burda.
Bir yandan məğrurluq, bir yandan həya,yası bir boyadı, toyu bir boya.Neçə Koroğlular gəldi dünyaya,cavan Babək yatır, hardasa burda.
Kim belə qarğadı bu bağça-bağa,qaralar bağlanıb min bir budağa.Sürtüb ağ saçını qara torpağa,dəyməyin, Nəriman ağlasa burda.
fevral, 1990
Kitabxana.az · https://kitabxana.az/ru/works/neriman-hesenzade-sehidler-xiyabani
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Dedim mərqum edəm ol yarə kağız,Mənə bəlkə qıla bir carə kağız.
Yenə səhər-səhər başımın üstdənYenə səhər-səhər başımın üstdənQaqqıldaşıb keçir durna qatarı...
DərdimiAllahı sevərsən a Loğman həkimVarım deyim dağa daşa dərdimi
TəlayədirƏhli-zamanə səy həmişə təlayədirTə'miri-mülk ü zinəti-qəsr ü sərayədir