Dördüncü məclis
Страница 2 из 2 · 50%
İndi öz hissiyyatımı, məhəbbətimi açıq-açığına Sonaya yazmaq, Sonanı qeyri bir fikirlərə.... (Fikir.) Mənim bir kəsim yox, atam-anam qəbirdə, mənim halıma yanan, mənim dərdimə qalan yox. Mənə nə olursa-olsun.... Heç kimə əziyyət olmayacaqdır.... Sona isə ata-anasının əziz pərvəriş edilmiş qızı.... Sona belə yaxşı, gözəl külfətin işığı.... Sonanın qəmi, ümum külfətin qəmi. Sonanın bədbəxtliyi, ata-anasının bədbəxtliyi. (Fikir.) Yəqin ki, Sona məhəbbətini pünhan saxlaya bilməyəcəkdir.... Məhəbbəti aşkar olursa, ata və anası nə edə biləcəklər? (Fikrə gedib sonra deyir.) Ah, nə üçün mən belə bir atəşli kağız yazdım? Nə üçün belə bir ali təbiətli valideynlərin ruhlarına əziyyət verməli oldum? Nə üçün? (Oturub başğşı əlləri ilə tutur və sonra yavaş-yavaş əllərini tapançaya uzadır. Bir az fikirdən sonra tapançanı əlindən buraxıbiki əlləri ilə üzünü tutub ağlaya-ağlaya kravata yıxılır.) Ah! Ah! Bu nə halətdir? Ah, Sona! Ah, mənim məhəbbətim!
ÜÇÜNCÜ GƏLİŞ
Qapı döyülür, Bahadır qapıya tərəf baxır. Sona, Yusif, Bahadır.
B a h a d ı r. Girin! (Qapıda Yusiflə Sonanı görüb özünü itirir, sonra Yusifi qucaqlayıb öpür.)
S o n a (gülümsünüb). Bizi gözləməyirdiniz, deyilmi?
B a h a d ı r (Sonanın əllərindən öpüb). Xeyr, xanım əfəndi, heç fikrimə də gəlməzdi! Əyləşin. (Sona pəncərənin qabağında oturur, Yusif Bahadırla bir yerdə.)
B a h a d ı r (qapıya gedib). Zinolin!
Z i n o l i n (qapıdan). Bəli, ağa!
B a h a d ı r. Bizə çay hazırla.
Z i n o l i n. Yaxşı.
S o n a. Çay hazır olanadək mən gələrəm, özümə əlcək alacağam. (Gedir.)
B a h a d ı r (durub qapıyadək ötürür). Bu yaxında taparsınız. (Gəlib oturur.) Əcəba, Maşo xanım sizinlə nə üçün gəlmədi?
Y u s i f (başını aşağı salıb fikirdə). Bahadır bəy! Bizim gəlməyimizə səbəb mühüm bir məsələ olubdur....
B a h a d ı p. Əcəba! Nə üz veribdir?
Y u s i f (fikirdə). Sizin Sonaya və Sonanın sizə olan məhəbbəti məni və Maşonu böyük təşvişə salıbdır.... Siz özünüz bilirsiniz dünyanın işığına Sonanın gözləri ilə baxırıq. Biz Sonanın uğrunda can verməyə hazırıq.... İndi bu təmiz, saf ürəkli qız sizə aşiq olub, gecə-gündüz aramı yoxdur. İndi ikimiz də gəlmişik, bəlkə üçlükdə bu işə bir sərəncam verək.... Sonanın millətinə olan məhəbbəti sizə məlum: bizim və yainki sizin millətin belə məsələlərdə xüsusi bir əqidədə olmaqları da sizdən gizlin deyil.... Özünüz, əlbəttə, düşünürsünüz.... Sizin kağızınızı mən oxudum: fikirləriniz düz, əqidəniz təmiz, müqəddəs bir əqidə, fəqət. (Fikir.) Camaat ... millət....
B a h a d ı r (fikirdə). Bəli.... Bəli.... Düz buyurursunuz.... Mən. Mən.... Səhv etmişəm.... Mənim məhəbbətim sizə əziyyət veribdir.... Bağışlayınız.... Əfv ediniz! Mən.... Mən.... (Söz danışa bilməyib ağlayır.) Ah!
(Yusif başını aşağı salıb ağlayır.)
DÖRDÜNCÜ GƏLİŞ
Sona, qeyriləri və Zinolin.
S o n a (onların hallarına təəccüb qalaraq sözsüz pəncərənin qabağında oturur.) Ah!
(Zinolin stəkan gətirib çay tökür.)
B a h a d ı r (durub tədarük edir). Buyurun, çay için! (Sona və Yusif mizə yaxın oturub çay içirlər.)
B a h a d ı r. Sizdən təvəqqe edirəm, bu gün naharı da bir yerdə edək. İnşaallah, sözləşib məsləhət edərik. Ümid edirəm hamı düyünlər açılsın....
Y u s i f. Sizə zəhmət vermək istəmirəm, yaxşı olardı siz də bizimlə bir yerdə restoranda nahar edək.
S o n a. Yox, atacığım, bura yaxşıdır, mən restoranın xörəyini sevmirəm.
B a h a d ı r. Əlbəttə, bura yaxşıdır, bizə gələrsiniz. Necə olsa ev xörəyi təmiz olar.
Y u s i f. Yaxşı, sözüm yoxdur, gələrik! İndi qızım, gedək.
B a h a d ı r. Haraya belə tez?
Y u s i f. Bir dost adam var, görüşmək lazımdır. Sonra daha işimiz yoxdur, tez gələrik. (Sona və Yusif çıxırlar.)
B a h a d ı r (onları qapıyadək ötürür, qapıda durub Sonanın dalınca xeyli baxır. Sonra otaqda tez-tez gəzinməyə başlayır. Fikirdə ikən gah dayanır, gah gəzinir, sonra tez oturub kağız yazır; yazıb qurtarandan sonra oxuyur). Təvəqqe edirəm mənim ölməyimdə heç kimi müqəssir etməyəsiniz, mən özüm öz əlimlə özümü öldürdüm.... "Ah, insanları bir-birindən ayıran "uçurum dərələr!" Mən sizi məhv etmək istərkən siz məni məhv etdiniz.... Fəqət əmin olunuz, siz axırda məhv olunacaqsınız....
Ah! (O, tapançanı gicgahına atır.) Ah! (Yıxılır.)
Z i n o l i n (tez gəlib Bahadırı yıxılmış görür). Ağa! Ağa! (Özünü itirir.)
BEŞİNCİ GƏLİŞ
Yusif və Sona gəlirlər.
Y u s i f. Nə oldu? (Özünü itirib papağı əlindən düşür.)
S o n a (qəşş edib Bahadırın üstünə yıxılır). Ah!
PƏRDƏ
Kitabxana.az · https://kitabxana.az/ru/works/nerimanov-bahadir-ve-sona-dorduncu-meclis
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
ƏHLİ-MƏCLİSŞah Sultan Huseyn xan-- 1717-ci ildə fars padşahı, padşahlığa layiq olmayan bir zat, 60 yaşında.
Birinci məclisVaqe olur İsfahan şəhərində 1717-ci ildə, Şah Hüseyn xanın otağı, qapıda iki fərraş, xanın taxtı.Ə d h ə m x a n. Tamam üç saatdır gözləyirəm, bu vaxtadək hələ cavab vermir. Kim bilir, yatır, ya balaca uşaqlar ilə oynuyur. Amma dövlətin işləri getdikcə çətinləşir, nə etməli? (Fikrə gedir. Qapı açılır, Hüseyn xan yan otaqdan daxil olur.)*
İkinci məclisVaqe olur Xorasan kəndlərinin birində. Əvvəlinci pərdə: bir tərəfdən Nadirin evi və yol. İkinci pərdə: çöl-biyaban.*ƏVVƏLİNCİ GƏLİŞ
Üçüncü məclisVaqe olur Xorasanın ətrafında. Bir tərəfdə Nadirin çadırı, o biri tərəfdə Xorasan qələsi.*ƏVVƏLİNCİ GƏLİŞ
Стихи других поэтов
Huş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.
Gəraylı: Yaxşı olur qövm qardaşYaxşı olur qövm ü qardaşEl başına dönim sənin
Dayının bacıoğluya cavabıBacıoğlu, a qırışmal, bu nə sözdür, nə kələk?Aramızda a gədə, “sən” nə demək, “mən” nə demək?
MəndənBaşına döndüyüm a nazlı dilbərGəlirmi guşuna sədalər məndən