Günəş qızıl örpəyininYığır zərli saçağınıçöllərdən.Həzin meh əsir hərdən.Bir dəstə qız gəlirYol ilə gülüşə-gülüşəkəndə sarı.Gülümsəyir uzaqdan onlaraDoğma kəndin işıqları,Onlar işdən qayıdır,Pambıq tarlasındaalaq edib hərəsi.Qumrov kimi səslənirOnların şən nəğməsi.Çölləri toy süfrəsi kimiBəzəyib səliqəyə salan,Qeyrətli əməyindənfərəh və ilham alan,Ömrü-günü vətənə,xalqa xidmətdə keçən,Alın təriyləəkən-biçənİnsanların fərəhi,sevinci tükənməzdir!Şadlığı, səadətiinsandan uzaq yerdəAxtarmaq əbəsdir!İndi bu axşamçağıİşdən qayıdanBu qızların fərəhini yaradanNə qumaş, nə incidir,Sevinclərin ən müqəddəsiAlın təriylə qazanılmışAzad əmək sevincidir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов