Bahar gəlir
Bağban təzə basdırdığıBir pöhrəyə dayaq vurur,Bir meyvəsiz cır ağacaBar gətirən calaq vurur.Ana tutub körpəsiniYeritdirir yavaş-yavaş,Arzulayır bu bahardaDil açaydı körpəsi kaş.Bütün qışı tufanlarlaPəncələşən neft ustası,Baxın aydın üfüqlərəÜrəyində yaz sevdası.Şair könül diyarındanSöz axtarır dəstə-dəstə,Puçurlayır çiçək açırTəzə şer kağız üstə.Qaranquşlar yığın-yığın,Yenə süzə-süzə gəlir,Pambıq əkən dəstə qızlarƏlvan geyib düzə gəlir.Gənc bəstəkar yeni mahnıBəstələyir pərdə-pərdə,Körpə tərlan qanad açıbPərvaz edir saf göylərdə.
Dağda donmuş bir bulaq daŞırıl-şırıl axıb gedir.Yamaclarda göy otlaraOğrun-oğrun baxıb gedir.Coşqun həvəs nəfəsiyləTorpaqlar da oyanır bax,Soyuq, quru səhralardaŞölə saçıb yanır çıraq.Bir gənc oğlan küçələriDolaşaraq aram-aram,Deyir kaş ki, mən o qızaRast gələydim bir bu axşam.Ürəyində məhəbbətinİlk fidanı yarpaq açır,Daxili bir hərarətləNəzərləri şölə saçır...Ana durub intizarla,Stansiyada gözləyir o.Üfüqlərdə hər buludu,Hər kölgəni izləyir o.Yaz tətili oğlu gəlir,Ana çıxmış qabağına.Bir dəstə gül gətirmişdirGələn əziz qonağına.Dəyişəydi qatarlarınDeyir kaş ki bu cədvəli,Anaların arzularıHəm böyükdür, həm məzəli,Ürəklərə ilham verənCoşqun həyat qaynağıdır,İnsan qəlbi arzularınTükənməyən bulağıdır.İnsanların ürəyinəBahar gəlir, bahar gəlir,Xoş əməllər, xoş duyğular,Fərəhli arzular gəlir.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nigar-refibeyli-bahar-gelir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О природе
گوهری حمدی که باشد از جواهر آبدارنشر باشد بر فضای در که پرورد کار
Bahar olduNə yatmısan, dur, ey saqi, ki, yay misli bahar oldu,Bulut od yağdırır dünyayə, aləm tarü mar oldu,
Bahar əyyamıdır, acıldı güllər, ey cavan sənsizBahar əyyamıdır, acıldı güllər, ey cavan sənsiz!Təəccübdür, nədən divanə olmaz Natəvan sənsiz?
Cəkər xəclət, gülüm, ol gül üzündən gül cəmənlərdəCəkər xəclət, gülüm, ol gül üzündən gül cəmənlərdə,Üzündən qeyri yad etməz gülü bülbül cəmənlərdə.