Dağların dəli boyu,Hardan gəldin arana.İçsəydin bulaq suyu,Qalmazdın yana-yana.

Boy çiçəyi rəngi sarı,Yarpaqları yaşıl-yaşıl,Sən dağlara çəkil barı,Sənə bu dağlar yaraşır.

Boy çiçəyi, boy çiçəyi,De, sən hara, aran hara?Dağ ətrin, dağ havasınıGətirdinmi sən dostlara?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов