Kosta Xetaqurov

Mən şair deyilkən oynardım sözlə,Açmazdım dərdimi heç dosta-yada;Sevgimi, çəkdiyim iztirablarıKimsəyə demədim mən bu dünyada.Qəlbimin sirrini açaraq bu gün,Artıq söyləyirəm, eşitsin cahan:Sevirəm Anneti həyatım qədər.Minbir iztirabla sevirəm candan.

Sönür fikirlərim gözümdə duman;Sanki donmuş artıq vücudumda qan.Payız gecəsindən qəmlidir könül,Nəğmə susmuş, əsər qalmamış yoldan.Keçmişin izi yox... Ən gözəl illər,Xəstə, həyəcanlı bir yuxu qədər,Mənasız, məqsədsiz bu xoş dünyadanBir oyuncaq kimi gəlib keçdilər.Bir şey gələcəkdə... nəşə, səadət,Mənə lazım deyil, etmədim adət, –Hər an belə mənə yanan olsaydı,Bütün həyatımı verərdim, əlbət.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви