Lalə
Lalə günəşlə durur,Lalə günəşlə yatır,Anasını oyadır,Atasını oyadır.
Lalə tezdən oyanırDodağında gülüşü,Pəncərədən səsləyirYuvada yatan quşu.
Lalə oyanan kimiSanki bahar oyanır.Bağçada əlvan güllər,Bağda quşlar oyanır.
Dörd yaşına girəcəkLalə hələ gələn il,Lalə yatan otaqdaSaat da lazım deyil.
O, hamını qaldırıbSəhər tezdən oyadır.Lalə günəşlə durur,Lalə günəşlə yatır.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nigar-refibeyli-lale-2
Клавиши ← → для перехода, R — случайное стихотворение