Meşə quşları
Nədən belə söhbət açırmeşə quşları?Yazqabağı kim salmışdırişə quşları?Elə bil ki, hey yığışıbiclas edirlər,Görən, kimin həyatınıxilas edirlər?Səhər tezdən civildəşir,qarıldaşırlar,Bu budaqdan o budağahey dolaşırlar,
Bu dünyanın işlərinigötür-qoy edir,Yoxsa quşlar meşələrdəyenə toy edir?Bu sevişmək, sevdalaşmaqsöhbəti deyil,Meşələr də bu quşlarıncənnəti deyil.Körpə quşlarzirvələrə uçsalar əgər,Yüksəklərdə yazıqlarıqartallar yeyər.Yerə enib torpaq üstədənlənsə bir az,Yer üzündə bu quşlarıheyvanlar yeyər.Meşə boyu hər tərəfdənovçular güdər.Yuvalardan ayrılsalar,quzğunlar didər,Ovçularmı salmış burdaişə quşları?Sizin nə çox dərdiniz var,meşə quşları?Bəlkə quşlar canlarınıxilas edirlər.Quş ömrünü yaşamaqçıniclas edirlər?!
Kitabxana.az · https://kitabxana.az/ru/works/nigar-refibeyli-mese-quslari
Клавиши ← → для перехода, R — случайное стихотворение