Blaqa Dmitrova

Qadın olmaq ağırdır,Sevgili qollarındaSusub qalmaq, ağırdır.Ağırdır, ana olmaq,Sevgilidən ayrılmaq,Körpə bala itirmək,Atasız yetimləriBoya-başa yetirmək,Dul qalmaq da ağırdır...Bunlar qadın qəlbiniÇox incidir, ağrıdır.Təlaşsız, iztirabsızHeç bir ağrı duymadanSakit, məmnun yaşamaqBütün ağrılardanDaha yamandır, yaman.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви