Soğan soya-soya ağlayan qadın,ömrün soğan kimi acıdı, acı.Mələksən, qırılıb» qolun-qanadın,dərdi verən Allah vermir əlacı.

Gözündən süzülən yaşı kim silər?"Göz yaşı" dediyin nədi?Acı su.Bir şirin öpüşlə başlar sevgilər,Sonunda həmişə soğan acısı.

O öpüş yandırmaz dodaqlarını,soyuyub od dolu o qucaq indi.Sayar bircə-bircə barmaqlarınıhər gecə yuduğun qabqacaq indi.

Gələr "ər" dediyin hər gecəyarı,bir qaşıq xörəyin baxmaz dadına.Yuxuda dilindən qopan adlarınbiri də bənzəməz sənin adına...

Soğan soya-soya ağlayan qadın,gözünün yaşını silə bilmərəm.

Neyləyim, mən sənə özgəyəm, yadam,neyləyim, yanına gələ bilmərəm.

Bir sevgi gəzirəm dünyada mən də,O sevgi hardadı?Bilmirəm ancaq....Kim soğan soyacaq mənim evimdə,Soğan soya-soya kim ağlayacaq?!.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви