Tənha qarılar
Ölür kəndimizdə tənha qarılar,Yenə kölgə düşür toya-şənliyə.Şəhərə qüssəli xəbərlər gedir,Nəvələr gəlirlər üç-dörd günlüyə.
Bir yanda gəlinlər xısınlaşırlar,Astadan, alçaqdan danışır onlar.İynədən-düymədən,kənddən-şəhərdən,Asfaldan-palçıqdan danışır onlar.Günahkar-günahkarbaxır nəvələr;Nədir günahları, -bir kimsə bilmir...
...Haçansa,beş ilmi,on ilmi əvvəlNəvələr hərəsi bir uşağıydı,Bu ölən qarılar sağıydı onda,bu ölən qarılar yol gözlərdilər.Dava illərindən bu günə kimioğul gözlərdilər,yol gözlərdilər...
Saatlar uzandı, günlər uzandı,kirpiklər uzandı yol gözləməkdən, -oğullar gəlmədi.O gözlər inadkar,yollar günahkar,Yollar o gözlərə dözə bilmədi.Yollar gizləndilərasfalt altında...
Qarılar durdular çiyin-çiyinə,Bayram günlərində şam yandırdılar.Ölən oğulların gələcəyinəAz qala kəndi də inandırdılar.
…Sönür komaların işığı tək-tək,Kimsə yatanları oyatmayacaq.Analar ölürsə -oğullar deməkDaha qayıtmadı, qayıtmayacaq.
Ölür kəndimizdə tənha qarılar...
Kitabxana.az · https://kitabxana.az/ru/works/ramiz-rovsen-tenha-qarilar
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Günəşdən soruşdum: – Nədəndir, müdamYanırsan tükənməz bir hərarətlə?
Dərbəndə gəlSalam olsun sənə, ey aşiq Valeh,Hünərin var isə bu Dərbəndə gəl,
YaxşıdıƏzəl bir adamla dostluq eyləsən,Onu çəksən imtahana, yaxşıdı.
Ana və oğulHər sabah gün ki, saçar aləmə nur,Danədən ötrü uçar cümlə tüyur,