Lüdmila Tatyaniçeva

Bir cüt yaşıl ağac gördülər onlarHündür aşırıma dırmaşıb qalxcaq.Qucaqlayıb durmuş qoz ağacınıCavan budaqlarla alaca qovaq.

Oğlan papağını əzib əlindəQıza çəp-çəp baxdı, əsəbi baxdı.– Gör nə bərk sevirlər bu bəxtəvərlər, –Dedi, sinəsindən bir ah da qalxdı.

Bu acı sözləri rədd etdi gənc qız,Güldü şirin-şirin, güldü ürəkdən.– Buna da məhəbbət deyirsən, yoxsaMəhəbbət sanırsan bunu yoxsa sən.

Tezcə yanıb sönən bir atəşdir bu,Boranın nəfəsi toxunsa əgər,Alaca qovaqla toz ağacınınBu şirin eşqindən qalmaz bir əsər.

Sən bir onlara bax, bir onlara bax,Qız ona göstərdi özgə cəhəti,Gör sidr ağacı ağcaqayınaNecə izhar edir saf məhəbbəti.

Onlar dağ havası alıb yüksəlir,Yüksəlib boy atır, qol-budaq atır.Torpağın qatında onların köküBərk-bərk qucaqlaşıb uyuyur, yatır.

Nə boran, nə tufan, nə acı küləkOnları heç zaman ayıra bilməz.Yanaşı dayanıb əsrlər boyu,Onları ayırmaq cəhdi də əbəs!

Kobud bir qüvvəylə amansız tufanOnları məhv etmək istəmiş fəqət...Oğlan dedi qıza: qoy belə olsunBizim qəlbimizdə böyük məhəbbət.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов