Marqarita Aliger

Uşaqları qoruyun, analar,Qızmar günəşdən,Sərin küləkdən,Uzaq yollardanQorumayın ancaq.Əmr edir anamız torpaqHər gün, hər saatUşaqların doğulduğu gündənBilin, anlayın,Yalnız sizin üçün deyil,Doğma xalqımız üçün

Böyüdür körpələri vətən!Taybatay açılmış pəncərələrdənQorumayın uşaqları.Uşaqların ayağınıqorumayın nəmişlikdən, sudan...Nazik körpə ürəyinəYara vurmayın, aman,Uşağın kövrək olurKönül aləmi,Buraxmayın oraQüssəni, qəmi...Dizi sıyrılarsaYoxdur qorxusu,Təmiz paltarınaDüşsə ləkələr,Əli-üzü çirkliolarsa əgər,Yuyub təmizləyərOnu adi su...Körpə vicdanınıQoruyun yalnız...Ürəyinə ləkə düşərsəbir az,Vicdan ləkəsiniAparmaq olmaz!

Uşaqları qoruyun, analar,Amansız həqiqətdən qorumayınəsla,Bələkli don geymiş riyaGəlməsin yaxın,Sərhədlərdən axın-axınSürünüb gələn üfunətdənQoruyun balaları.Qorumaq lazım deyilhəqiqətdən.İnsan ləyaqətini,İnsan qürurunu,İnsan namusunuTutun müqəddəs...Dünyada azadBir diyarınKörpə vətəndaşıQul ola bilməz.Qurub yaratdığımızAzad dünyaylafəxr etsin onlar.Əmək dünyasındaQaliblər kimiYeni zəfərlərə qoy getsin onlar.Korluqdan qoruyun uşaqları siz;Yaxşı deməsinləryaman işlərə...İnanın, hər cürə soyuqdəymədənKorluq dəhşətlidir,korluq, min kərə.Uşaqları qoruyun.Sərt küləkdən,Yağışdan, tufandanLazım deyil onları qorumaq.Qoruyun, qoruyun ancaqHələ sağ-salamat gəzənRüşvətxordan,Talançıdan,Alverçidən,Riyakardan,Yalançıdan...Onların zəhərli nəfəsindənQoruyun uşaqları.Bu üfunətKörpələrin üzünəToxunmasın barı.Yer üzündə sülhü qoruyun.

Ədaləti, xalqlarınqardaşlığını qoruyun...Bir gün deyəndə ki, “vaxtdır, gedək biz!”Qapıdan çıxanda, vidalaşanda;Uzaq yoldan keçibdağlar aşanda,Övladlar bəsləyən, şanlı analar,Siz də evinizdə rahat qalarsız,Onları fərəhlə yola salarsız.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Müşfiqi düşünərkən...

Müşfiq vətəni, şeri, bir də Dilbəri sevirdi. Vətənin təbiətini, insanlarını, sənətini, musiqisini sevirdi. Vətən onun əsərlərinin əsas mövzusu, tükənməz və əzəmətli ilham mənbəyi idi. Şeir onun mənəvi qidası, dilinin əzbəri, qəlbinin nəğməsi idi.Dilbər Müşfiqin həm ömür yoldaşı, həm də lirik qəhrəmanı, coşqun sevincinin və həzin kədərinin canlı şahidi, canlı şəriki idi. Gənclərimizə Müşfiqdən söhbət açarkən, “Müşfiq kimi şair olun” deyə bilmərəm. Şairlik fitri istedaddır. Müşfiq də Azərbaycan torpağının yetişdirdiyi nadir istedadlardan biri idi. Lakin gənclərimizə demək istəyirəm ki, şeri, sənəti Müşfiq kimi sevin, şerə-sənətə Müşfiq qayğısı bəsləyin. Müşfiq yerin alt qatlarından qədim mədəniyyətimizdən xəbər verən qazıntıları çıxarmaq üçün külüngünü yerə böyük bir ehtiyatla vuran arxeoloqa bənzəyirdi. Keçmiş şairlərimizin yaratdığı söz incilərini, misilsiz, gözəl lirika nümunələri olan şeir və qəzəlləri, qoşma və bayatıları maraq və məhəbbətlə axtarıb tapan vicdanlı bir alim və tədqiqatçı kimi bu şairləri unutmağa qoymazdı. Bahar Şirvaninin, Buxudun, Nasehin və başqa bir çox unudulmaz Azərbaycan şairinin şeir və qəzəllərini mən ilk dəfə Müşfiqin dilindən eşitmişəm.

3 мин
İran Azərbaycanının müasir şairlərindən Hökumə Billuri

Bahar idi. Zəncan şəhəri yaşıl bir don geymişdi. Badam çiçəklərinə qərq olmuş dağlardan xoş ətir qalxırdı. Quşların sevincli bahar nəğməsi hər tərəfi bürümüşdü. Axan suyun yekahəng şırıltısında həzin bir musiqi vardı.Bir parça çörək qayğısı ilə çoxdan bəri İranın müxtəlif şəhərlərini dolaşıb, nəhayət Zəncan şəhərində sakin olmuş dəmirçi ailəsinin kiçik qızı məktəbdən evə qayıdırdı. O, nədənsə incik idi. Nə baharın şux ahəng səsləri, nə çiçəklərin məstedici ətri, nə də axan suyun şırıltısı onun könlünə fərəh verirdi. Bu gün o, yenə məktəbdə tənəffüs zamanı yoldaşları ilə öz doğma Azərbaycan dilində danışdığı üçün onu tənbeh etmiş, dərsdən sonra ac saxlayıb evə buraxmamışdılar. Zəif vücudlu, məğrur ruhlu balaca qız düşmən qarşısında ağlamamış, göz yaşlarını qəlbinə axıtmışdı. İndi o, cansız ayaqları dolaşa-dolaşa evlərinə tələsir, bu ağır dərdini anasına danışmaq və orada doyunca ağlamaq istəyirdi. O, Zəncanda yeganə məktəb olan farsca qız məktəbində oxuyurdu. Bura məktəbdən çox həbsxanaya bənzəyirdi. İran irticaçıları xüsusilə böyük bir səy göstərərək Zəncan şəhərindən Azərbaycan ruhunu silmək üçün ən şiddətli tədbirlərə əl atırdılar.

4 мин
Övlad – ümiddir

“Koroğlu” dastanında maraqlı bir parça var; qılınc-qalxan cingiltisi, döyüş nərələri, mərdlik cəngləri, yürüş şeypurları və zəfər təbillərinin gur səsi içindən qəflətən həzin, kədərli, qəlbin ən dərin guşələrindən gələn bir inilti eşidirik. Bu, analıq həsrətiylə yanan Nigarın səsidir. Nigar öz dərdini qoç Koroğluyla bölüşür:Necə baxım ev-eşiyə,

3 мин
Qayınanalar da gəlin olub

Müharibə illəri tanışlardan birinin cəbhədən qara xəbəri gəldiyini eşidib onun evinə getdim. Darısqal otaqda gəlin-qayınana baş-başa verib xısın-xısın ağlayırdılar. Uşaqlar duyuq düşməsin deyə, yavaşdan, gileylənə-gileylənə ağlayırdılar. Ana oğlunun köynəyini bağrına basmışdı. Ölüm xəbəri tez yayılır. Qonşular eşidib gəldilər. Ana onları görəndə, “hər kəsin evində yarsız gəlini var, mən ona qurban” – deyib ağladı.Müharibənin yarsız qoyduğu gəlinlər... Onların sayı-hesabı yox idi.

6 мин

Стихи других поэтов