Qara dəniz
Qara dəniz sularında əriyir axşam,Uzaq sahillərdə işıqlar yanır...Könlümdə bir şirin əməl oyanır.
Tökülsün ulduzlar Qara dənizə,Bu qara dalğalar dönsün gündüzə,Çıxsın göy sulardan gecələr qızı,Ucalsın göylərdə səhər ulduzu,Çəkilsin gecələr Qara dənizdən.Gülsün bizim kimi Qara dəniz də!
Qara dəniz sularında əriyir axşam,Uzaq sahillərdə işıqlar yanır,Könlümdə bir şirin əməl oyanır.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nigar-refibeyli-qara-deniz
Клавиши ← → для перехода, R — случайное стихотворение