Sərkərdə və qırmızıpapaq qız haqqında ballada
Başında üçbucaqlı papaq,Başının üstündə qan ləkəli bayraq.Zəfər sözü dilində,Yalın qılınc əlində,Sərkərdə qanlı səfərə çıxdı;Yürüş elədi ölkələrə,Ölüm və qan gətirdiAyaq basdığı hər yerə.At bağlatdı sənətinUlu mehrablarına,Dağ çəkdirdi xalqlarınMöhtəşəm vüqarına.İdrak yaratdığınıTonqallara qaladı.Şəhərləri, kəndləriVurdu, çatdı, taladı.Torpağın sinəsindənSu yerinə qan axdı.Sərkərdə öz başınaZəfər çələngi taxdı.Elləri diz çökdürdü,Yurdlara divan tutdu.Zəfərlər qazandıqcaGözlərini qan tutdu.Şöhrətli keçdi onunHəftələri, ayları.Nə zaman möhkəm olmuşGöz yaşından yarananSəadət sarayları?O, tənha bir adadaSürgünlərdə verdi can.Əkdiyini biçəcəkBu dünyada hər insan.Qan tökdüyü torpaqdaÖz dizləri büküldü.Zəfər çələngləri dəXəzəl olub töküldü.
Başında qırmızı papaq,Əlində zənbilBalaca bir qız da çıxdıHəmin ölkədən.Nənəsinə şirin qoğal,Bir də süd aparırdı.Ellərə, obalara şirin dilək,Arzu, ümid aparırdı.Nəsil-nəsil uşaqlarQırmızıpapaq qızınNağılına qulaq asdı.Qırmızıpapaq qızUzaq-uzaq ölkələr gəzdi,Dolaşdı elləri, obaları,Oxşadı saçlarınıDağların, dərələrinSərin rüzgarı.Bulaqlardan su içdi,Uzun yollardan keçdi;Könülləri fəth elədi,Ürəklərdə yuva saldı.Hər obada, hər oymaqdaGecələyib qonaq qaldı.Uşaqlara çox mehribanBir dost oldu bu alpapaq.Nə vaxt əziz olmamışdırXoş niyyətlə gələn qonaq?!
Hər ocağın başındaBu gün belə onun şirin söhbəti var.Qılıncın da, nağılın daHəyatda öz qisməti var,Başında üçbucaqlı papaq,Əlində yalın qılınc,Ölkəsindən bəd niyyətlərləÇıxan sərkərdə,Qılıncla fəth eləməkİstəyirdi cahanı...Aqibəti yaman olduAğır tənha bir adada.Sürgünlərdə tərk elədiİşıqlı dünyanı.Başında qırmızı papaq,Əlində həsir bir zənbilHəmən ölkədən səfərə çıxan qızBir gün də qalmadı yalqız.Məhəbbətlə fəth elədiKönülləri.Onu hamı doğma bilirTanıdığı gündən bəri.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nigar-refibeyli-serkerde-ve-qirmizipapaq-qiz-haqqinda-ballada
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Haqq nəsib eyləsin yenə varalum,Bab-i-salam qapusundan girəlum,
ای نسیم سحر، چه میگویی؟از بت من خبر چه میگویی؟
DərdimiAllahı sevərsən a Loğman həkimVarım deyim dağa daşa dərdimi
Şübhənmi var?Ey könül, dar-i fənadan köçməyə şübhənmi var,Ol əcəl cami-şərabın içməyə şübhənmi var,