Köçəri quşlar kimi uçub getmişdiKönlümdənşerin əlvan misraları.Mən körpəmin nəfəsilə oyanandaGeyəyarı,Yırğalanıb beşiyini oturandabütün gecə,Köçüb getmişdi könlümdənşeir sakit və gizlicə...

Gecə keçir...Ulduzlar da uçub gedir,Pəncərədən şəfəq gülür,Şirin yatan bu körpəninYatağına nur tökülür...Açıb qonur gözləriniGülümsəyir şirin-şirin.Nə gözəldir, nə təmizdirİfadəsi bu gözlərin?!Seyr edirəm onu hər an,Könlümə bir fərəh dolur.Körpə tumbul əlləriləSaçlarımı çəkib yolur.Bu səhərin, bu körpəninŞeri gözəl bir həyatdır.Onun xoşbəxt gələcəyiBir ilhamdır, bir qanaddır.Mənə elə gəlir bu an,Çəkib onun keşiyini,Yırğalayır ana əlimGələcəyin beşiyini...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов