Toy
Deyirlər ki, qısqanırsan, anasan, əlbət,Oğlun bu gün toy eləyib səndən ayrılır.Mən nə deyim, bu sözlərdə var bir həqiqət,Elə bil ki, ruhum indi təndən ayrılır.
Ürəyimdə fərəh də var, qısqanclıq da var,Körpəlikdən sinəm üstdə böyütdüm onu.O böyüdü, böyüdükcə coşdu arzular,Kaş görəydim, dedim, bircə oğul toyunu.
İndi bizə gəlin gəlir, toy-düyün gəlir,Daha da gur yanacaqdır evin çırağı.İstədiyim, gözlədiyim gözəl gün gəlir,Kim istəməz belə qəşəng, əziz qonağı.
Qoy cəbhələr ayırmasın bizi övladdan,Qoy aparsın oğulları gözəl gəlinlər.Qara bulud asılmasın göydən heç zaman,Yurdumuzun üzərində parlasın səhər.
Müharibə, qan olmasın, tufan olmasın,Qısqanclığın atəşini söndürər ürək.Kaş toy olsun, bayram olsun, hicran olmasın,Kama yetsin ürəklərdə bəslənən dilək.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nigar-refibeyli-toy
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
O heç kəsi sevmədi, xoşlamadı heç kəsi,Qızdırmadı könlünü xoş bir insan nəfəsi.
Bosfor sahillərindəİstanbulun üstündə duman pərdə-pərdədir,Türk qızı namaz üstə, yenə başın yerdədir.
İstanbul duman içindəİstanbul duman içindəÜrəyim duman içində
Azadlıq bayrağıMin doqquz yüz qırxıncı il...Avropanın axır qanı.