Yer kürəsi
Ad günü qızıma yer kürəsiniHədiyyə gətirdi atası axşam.Uşağın gül kimi açıldı üzü,Yandı gözlərində şirin bir ilham.
Ölkələr, şəhərlər gör nə yaxındır!Dənizlər, nəhrlər qoşa-qoşadır.Cüt axıb tökülür çaylar ümmana,Uca-uca dağlar lap baş-başadır.
– Ata, nə yaxşıdır ölkələr, – deyir,Bir fərəh içində çırpınır uşaq. –Gəl gedək dolaşaq dünyanı biz də...Körpənin bu şirin arzusuna bax.
Ölkələr, şəhərlər yaxın-yaxındır.Arzular böyükdür, əməllər təmiz.Kiçik barmağıyla Yer kürəsiniGəzdi bircə anda əziz körpəmiz.
Aşdı nəhrləri, ümmanlar keçdi.Gah uzaq şimala eylədi səfər,Gah da uca-uca dağları seçdi,Gah onu cəlb etdi mavi dənizlər.
– Belə yaxındırsa ölkələr, – dedi. –Niyə bəs onlara qonaq getmirik?Bu yaşıl, qırmızı, sarı ellərləNiyə yaxın olub, dostluq etmirik?
– Qızım, arzuların safdır, təmizdir,Hələ dost da vardır, düşmən də vardır.Görürsən, bu geniş, bu böyük dünyaHələ çoxlarının başına dardır.
Dünyadan qan izi kəsilər tamam,İnsanlar mehriban bir qardaş olar...... Çatıb qaşlarını baxır bu axşam,Qızın gözlərində min bir sual var.
Gəzib dolaşasan sən də dünyanı,İnsanları doğma qardaş görəsən.Nə əzilən bir xalq, nə ac bir uşaq,Nə ana gözündə bir yaş görəsən.
Çoxlu dost elləri salamlar səni,Gülümsər üzünə mavi ləpələr.İşıq, nur mənbəyi gözəl yurdumuzGetdiyin yollara nurlar səpələr.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nigar-refibeyli-yer-kuresi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Mən də gəlirdim Qarsın elindən,Əylənin yəhəri alım belindən,
AzalarmolaAy ağalar, bəylər, duran qazılar,Bu dərdlər sinəmdən azalarmola?
NecolduBaşına döndüyüm, ay uca dağlar,Səndə gəzən ağır ellər necoldu?
Başına döndüyümSən gedəli üzüm-gözüm gülmüyorMəndə yoxdur hal, başına döndüyüm